Məhkəmə qərarları › İş №3(006)-3415/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3415/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3415/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında X7 Xidmətinin protokolu tərtib etmiş: nümayəndəsi X6 Barəsində inzibati xəta “BİO-SUN”MMC-nin nümayəndəsi haqqında iş üzrə icraat Vəkil aparılan şəxs: iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 111; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC tərəfindən vətəndaş X3 ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanılsa da, həmin müqavilə xx.xx.2024-cü il tarixdə elektron informasiya sisteminə daxil edilmiş, nəticədə qeyd olunan dövrdə işçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X8 izahatında bildirdi ki, X3 xx.xx.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək əvvəl işlədiyi Şəxs MMC tərəfindən son fevral, mart ayları və aprelin 15-nə kimi əmək haqqısını ödənilmədiyini, əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyini bildirərək faktla bağlı araşdırılma aparılmasını xahiş etmişdir. Müraciət üzrə aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs MMC ilə X3 arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanılsa da, müvafiq informasiya sisteminə bu barədə məlumat xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. Bununla da müəyyən edilmişdir ki, qeyd olunan dövrdə işçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunmuşdur. Buna görə də Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil izahatında göstərdi ki, faktla bağlı inzibati xəta haqqında protokolun tərtib edilməsi İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə həyata keçirilmiş, ümumiyyətlə Şəxs MMC tərəfindən həmin Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Belə ki, X3 ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanılmış və həmin tarixdən də ona rəsmi şəkildə əmək haqqı hesablanmaqla tam ödənilmişdir. Məlumatın elektron informasiya sisteminə daxil edilməsinin əmək müqaviləsi bağlanan gün deyil, xx.xx.2024-cü il tarixdə daxil edilməsi isə həmin elektron sistemin özünün xətası səbəbindən baş vermişdir. Bundan əlavə, X2 xx.xx.2024-cü il tarixdən əmək haqqı hesablanaraq ödənilmiş və bu zaman onun hər hansı hüququ pozulmamışdır. Hətta fərziyyə olaraq yuxarıda qeyd edilən hal inzibati xəta kimi qəbul edilsə belə, istənilən halda protokol qanuni hesab edilə bilməz. Çünki, X7 Xidmətinin Bakı şəhər İdarəsinin Şəxs MMC-yə göndərdiyi xx.xx.2024-cü il tarixli bildirişdə müəssisə barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 11:30-da 4 saylı Bakı “DOST” Mərkəzinə, yaxud videokonfrans vasitəsi ilə iştiraka dəvət olunmuşdur. Bu bildiriş şənbə günü, yəni xx.xx.2024-cü il tarixdə poçt şöbəsinə daxil olmuş, həftənin bazar ertəsi günü isə, yəni xx.xx.2024-cü il tarixdə müəssisənin direktoru barəsində tərtib olunması gözlənilən protokolla bağlı öz izahat və etirazlarını hazırlamağa imkanı olmadan qeyd edilən ünvana getmişdir. Onun Azərbaycan dilini yaxşı bilmədiyindən istifadə edən müfəttiş müəssisə barəsində xx.xx.2024-cü il tarixdə tərtib olunmuş protokola imza etdirmiş, onun hüquq və vəzifələrini izah etməmiş, həmçinin bu protokol əsasında ona külli miqdar cərimə tətbiq olunacağı barədə qərar qəbul edilməsi üçün əsas olduğunu da deməyi unutmuşdur. Protokol tərtib edilməzdən əvvəl X3 ərizə ilə Müfəttişliyə müraciət edərək onun şikayətinin araşdırılmasının dayandırılmasını xahiş etmiş, müfəttiş isə həmin ərizəni də materiallara əlavə edərək barəsində inzibati xəta haqqında icraat aparılan müəssisənin Azərbaycan dilini bilməyən rəhbərində belə təəssürat yaratmışdır ki, guya protokolun yazılması formal tələbdir və heç bir məsuliyyət yaratmır. Türkiyə Respublikasının vətəndaşı olan müəssisə rəhbəri Mecid Topçu Azərbaycan dilini qismən başa düşsə də, hüquqi terminləri bilmir, habelə ona hüquq və vəzifələri izah olunmamışdır. Bundan əlavə, protokoldan da göründüyü kimi orada yazılanları hətta Azərbaycan dilini yaxşı bilən şəxs də çox çətinliklə oxuya bilir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli, 466 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati xəta haqqında protokol formasının 4-cü bəndi tələb edir ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə) izah edilsin və bu barədə ona imza etdirilsin. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin rəhbərinin hüquqlarının izah edilməməsi ilə yanaşı onun İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan bir sıra digər hüquqlarından - izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, müdafiəçinin hüquqi yardımından istifadə etmək, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək kimi hüquqlarından da məhrum edilməsi ilə nəticələnmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: • X1 xx.xx.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətində qeyd olunur ki, ona əvvəl işlədiyi Şəxs MMC tərəfindən fevral və mart aylarının, aprelin 15-nə ayın əmək haqqısı ödənilməmiş, əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmiş və faktla bağlı araşdırılma aparılmasını xahiş edir; • “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nə görə X3 Şəxs MMC-də menecer vəzifəsində işləyir, əmək müqaviləsinin bağlanıldığı tarix xx.xx.2024-cü il qeyd olunur. Bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilib; • “BİO-SUN» MMC-nin 18 iyul 2024-cü il tarixli, 19 saylı məktubda göstərilir ki, X3 02 yanvar 2024-cü il tarixli, 54 saylı əmrə əsasən Şəxs MMC-də menecer vəzifəsinə 450.00 manat aylıq əmək haqqı ilə təyin edilmişdir. Lakin 17 mart 2024-cü il tarixdə o, işə gəlmədiyi və rəhbərliyi məlumatlandırmadığı səbəbindən 01 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. 2024-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqını cədvələ əsasən almış və imzası ilə təsdiq etmişdir. Mart ayının 11 iş günün əmək haqqını hər zaman gəlib ala bilər. Menecer vəzifəsində işlədiyi və şirkətin mallarının satışı ilə məşğul olduğu üçün (oturaq iş tərzi keçirmədiyi üçün) tabel yazılmamışdır; • Şəxs MMC üzrə “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, 58 saylı əmrə əsasən menecer vəzifəsində işləyən X3 ilə bağlanılmış 12UMEGE000700 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Məhkəmədə müəyyən olunur ki, Şəxs MMC ilə X3 arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanılsa da, həmin müqavilə xx.xx.2024-cü il tarixdə elektron informasiya sisteminə daxil edilmiş, nəticədə qeyd olunan dövrdə işçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Şəxs MMC-nin nümayəndəsi həmin şəxslə xx.xx.2024-cü il tarixdə bağlanılmış əmək müqaviləsinin elektron informasiya sisteminə həmin günü deyil, xx.xx.2024-cü il tarixdə daxil edilməsinin səbəbini həmin sistemdə yaranmış nasazlıq səbəbi ilə əlaqələndirsə də, bunu təkzib edən dəlilləri, o cümlədən məsələ barədə müvafiq dövlət orqanına dərhal müraciətin edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə (hadisə baş verən vaxtı qüvvədə olan redaksiyası) görə: • Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (3-cü maddə); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7-ci maddənin 2-ci hissəsi); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (49-cu maddənin 1-ci hissəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar