Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3416/2023 20.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Vilvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx), evli, Lənkəran rayonu, Vilvan ərazi dairəsi, Vilvan kəndində qeydiyyatda olan və yaşayan "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru V.Ş.Qaralov tərəfindən 06 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 06 iyul 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4705/2021 saylı icra sənədi üzrə qanuni təmsilçi Şəxs tərəfindən icra edilmir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru V.Ş.Qaralov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin X2 ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmri ləğv edilmiş, E.T.Vəliyeva "xxxx" MMCdə insan resusrları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq E.T.Vəliyevaya ödənilməli və manat dövlət rüsumu Buta TraidingMMC-dən tutulub dövlət gəlirinə alınmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, xəbərdarlıq edilmişdir. Daha sonra icra şöbəsi tərəfindən borclunun adına hər hansı daşınar və daşınmaz əmlakının olması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, lakin sonuncunun adında heç bir əmlakın olmadığı müəyyən edilmişdir. Dəfələrlə göndərilmiş bildirişlərə baxmayaraq borclu icra sənədinin icrasından yayınmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru V.Ş.Qaralov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, E.T.Vəliyevanın işə bərpası ilə əlaqədar Şəxs tərəfindən əmr verilsə də tələbkar işə başlamamış dərhal işdən çıxarılmışdır. Bu hal isə icra sənədinin icra edilməmiş kimi qəbul edilməsidir. Bundan başqa Şəxs hüquqi şəxs tərəfindən məcbur iş buraxmaya görə əmək haqqını tələbkara tam ödəməmişdir. Ümumilikdə 3 ay üzrə 1290 manat əmək haqqı ödənilməmişdir. Bununla əlaqədar Şəxs xəbərdarlıq olunmasına baxmayaraq bu günədək icra edilməmişdir. Həmçinin şöbəyə gəlib izahat verməkdən imtina etmişdir. Tələbkar E.T.Vəliyeva xx.xx.2023-cü il tarixli ərizə ilə şöbəyə müraciət etmiş, uzun müddətdir ki məhkəmə qərarının çıxmasına baxmayaraq nə icraçılardan, nə də "xxxx" MMC-dən məlumat verilmədiyini, işinin icra olunmadığını bildmiş və uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədindən məlumatı yoxdur, yalnız icra şöbəsində icra işi ilə tanış olarkən "xxxx" MMC-nin direktoru olması barədə məlumatı olmuşdur. O, heç vaxt belə bir şirkətin direktoru olmamış, həmin şirkətin iş fəaliyyəti ilə tanışlığı yoxdur. Faktiki olaraq da həmin şirkətin sahibinin kim olmasi barədə hər hansı bir məlumatı yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində başlamış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. O icra sənədi üzrə tələbi icra etmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı və xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, borclu "xxxx" MMC E.T.Vəliyeva ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmri ləğv edilməli, E.T.Vəliyeva "xxxx" MMC-də insan resusları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməli və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul "xxxx" MMC-dən E.T.Vəliyevaya ödənilməlidir. 5 manat dövlət rüsumu "xxxx" MMC-dən tutulub dövlət gəlirinə alınmalıdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-4705/2021 saylı icra sənədinin icrası üçün xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizə ilə şöbəyə müraciət etmiş, uzun müddətdir ki məhkəmə qərarının çıxmasına baxmayaraq nə icraçılardan, nə də "xxxx" MMC-dən məlumat verilmədiyini, işinin icra olunmadığını bildimiş və uyğun tədbir görülməsini xahiş etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin X2 ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmri ləğv edilmiş, E.T.Vəliyeva "xxxx" MMC-də insan resusrları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq E.T.Vəliyevaya ödənilməli və manat dövlət rüsumu Buta Traiding MMC-dən tutulub dövlət gəlirinə alınmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, xəbərdarlıq edilmişdir. Daha sonra icra şöbəsi tərəfindən borclunun adına hər hansı daşınar və daşınmaz əmlakının olması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, lakin sonuncunun adında heç bir əmlakın olmadığı müəyyən edilmişdir. Dəfələrlə göndərilmiş bildirişlərə baxmayaraq borclu icra sənədinin icrasından yayınmışdır. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş verilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirməməsi kimi qiymətləndirmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədiicra məmurutərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda,icra məmuruborclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir(vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla).İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonraicra məmurutərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə,Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətininağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3416/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3416/2023
20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver