Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3417/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati qaydada icraat aparılan «Bakı şəhər Təcili və X5 Stansiyası» X17 nümayəndəsi X2, Suraxanı rayon prokurorunun köməkçisi X4 iştirakları ilə, «Bakı şəhər Təcili və X5 Stansiyası» X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Suraxanı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Suraxanı rayon prokurorluğu «Bakı şəhər Təcili və X5 Stansiyası» X19 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə 22 may 2023cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edərək, baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-2160/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərardadına əsasən «Bakı şəhər Təcili və X5 Stansiyası» X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Materiala əsasən «Bakı şəhər Təcili və X5 Stansiyası» X12 tibbi yardım üzrə həkim vəzifəsinə işə götürülmüş X3 xx.xx.2022-ci il tarixdə yıxılaraq xəsarət alması barədə hadisə baş verən gün hadisənin araşdırılması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verməmişdir. Nəticədə «Bakı şəhər Təcili və X5 Stansiyası» X19 tərəfindən Azərbaycan Respubliksı İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında «Bakı şəhər Təcili və X5 Stansiyası» X17 nümayəndəsi X6 etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, “Bakı şəhər Təcili və X5 Stansiyası” X10rşı İnzibati xətalar Məcəlləsinin 555.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İstehsalatda Bədbəxt hadisə haqqında 05/2022 nömrəli Aktdan da görünür ki, 23 iyun 2022-ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində həkim X1 yıxılmış, sol əlindən zədə almışdır. Hadisə ilə bağlı X16 Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələblərinin pozulmasına (istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə) görə məsuliyyətə cəlb olunmuşdur. Lakin qeyd olunmuş aktdan da görünür ki, bədbəxt hadisə gecə saat 23:00 radələrində baş vermişdir. Məhz bu səbəbdən müvafiq məlumatın verilməsinə cəhd edilsə də, bu mümkün olmamışdır. Bununla belə, növbəti gün müvafiq məlumatlandırılma zəng vasitəsilə aparılmışdır. Göründüyü kimi, icraatın başlanmasının əsasını təşkil edən fakt tamamilə əsassızdır - işdə ümumiyyətlə, inzibati xətanı təşkil edən predmet yoxdur. Həmçinin inzibati xəta tərkibi olsa belə hüquqi şəxs barəsində deyil, məhz məlumat verməmiş vəzifəli şəxs barəsində tərtib edilməli idi. Bundan əlavə, əgər, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi aşkar olunarsa, müvafiq araşdırma Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmalı və protokol tərtib edilməlidir. Bundan başqa xüsusilə qeyd edilməlidir ki, bədbəxt hadisənin 2022-ci ilin iyun ayında baş verməsi nəzərə alınmaqla, İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən şəxsin məsuliyyətə cəlb edilmə müddəti ötürülmüşdür. Eyni zamanda hesab edir ki, hüquqi şəxsin hansı əsasla məsuliyyətə cəlb edilməsi onlara məlum deyildir. Belə ki, İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunan maddənin tələblərindən də görünür ki, hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi zamanı müvafiq pozuntuların onun xeyrinə, hər hansı şəkildə gəlir və ya mənfəət əldə etməsinə yönəldilməsi məsələsi araşdırılmalıdır. Lakin işin hallarından aydın görünür ki, adıçəkilən hadisə - tibb işçinin yıxılaraq zədə alması ilə bağlı “Bakı şəhər Təcili və X5 Stansiyası” X19 heç bir gəlir və ya mənfəət məqsədi güdmür, marağı yoxdur. Qeyd olunanlara əsasən Suraxanı rayon prokurorluğu tərəfindən «Bakı şəhər Təcili və X5 Stansiyası» X19 barəsində tərtib olunmuş inzibati qərar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Bakı şəhər Suraxanı rayon prokurorluğunun nümayəndəsi X8 izahatında bildirmişdir ki, “Bakı şəhər Təcili və X11” X19 həmin hüquqi şəxsdə tibbi yardım üzrə həkim vəzifəsinə işə götürülmüş X3 xx.xx.2022-ci il tarixdə çağırış əsasında tibbi yardım üçün getdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsində məcburi köçkünlərin yerləşdiyi baxçadan çıxarkən yıxılaraq xəsarət almasına dair əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən X9 Xidmətinə məlumat verməmişdir. Qeyd olunan fakt üzrə Suraxanı rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış və 10 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərar əsasında “Bakı şəhər Təcili və X11” X19 barəsində “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 22 may 2023-cü il tarixli qərar qəbul edilmiş və İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati xəta haqqında icraata Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən başlanılması mümkün olsa da, həmin qurum tərəfindən tərəflərin inzibati araşdırmada iştirakının təmin edilməsi mümkün olmamış, həmçinin dörd aylıq inzibati məsuliyyətə cəlb edilməsi müddəti ötürüldüyündən müvafiq araşdırma Suraxanı rayon prokurorluğu tərəfindən aparılmışdır. Həmin araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilsə də, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə istinad edilməklə “Bakı şəhər Təcili və X11” X19 barəsində İXM-nin müvafiq maddəsilə inzibati icraat başlanmışdır. İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin dispozisiyasında işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verməsi tələb olunduğundan və işəgötürən şəxs, məhz, “Bakı şəhər Təcili və X11” X19 müəyyən olunduğundan, haqlı olaraq, inzibati icraat da hüquqi şəxs barəsində başlanılmışdır. Lakin, vəzifəli şəxsin barəsində inzibati icraat başlanılmalı olarsa, müvafiq cinayət işi başlanmasının rədd edilməsi barədə qərar hissəvi ləğv olunaraq həmin şəxs barədə inzibati icraat başlanıla bilər. Həmçinin qeyd edir ki, nümayəndəsi olduğu qurum tərəfindən həm inzbati, həm də cinayət işi üzrə icraatın başlanılması barədə qərar qəbul etməsi mümkündür. Qeyd olunanların nəzərə alınaraq, hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 10 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X3 xəsarət alması faktına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi və “Bakı şəhər Təcili və X11” X12 barəsində Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. İş materiallarında olan 22 may 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, “Bakı şəhər Təcili və X11” X19 barəsində Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “Bakı şəhər Təcili və X11” X12 baş direktoru Rauf Nağıyev tərəfindən Azərbaycan Respublikasının ƏƏSMN yanında X9 Xidmətinin rəisi V.Quliyevə ünvanlanmış 02 avqust 2022-ci il tarixli, 485 saylı məktubdan görünür ki, “Bakı şəhər Təcili və X11” X17 11 saylı bölməsinin təcili və X5 üzrə həkimi X7 24 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində xəstəni hospitalizasiya edərkən yıxılaraq zədə almışdır. Bu barədə X9 Xidmətinə məlumat vermək üçün 25, 26 və 27 iyun tarixlərində zəng edilsə də, bayram günü və qeyri-iş günü olduğuna görə telefona cavab verən olmamış, 28 iyun tarixində yenidən zəng edilərək məlumat verilmiş və qeydiyyata alınmışdır. Baş vermiş hadisədən sonra bütün bölmə müdirlərinə məlumat verilmişdir ki, bayram günü və qeyri-iş günləri iş vaxtı xəsarət aldığı zaman dərhal X9 Xidmətinin elektron ünvanına məlumat yazılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında materialı nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Bakı şəhər Təcili və X5 Stansiyası» X17 Azərbaycan Respublikasının İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, «Bakı şəhər Təcili və X5 Stansiyası» X12 tibbi yardım üzrə həkim vəzifəsinə işə götürülmüş X3 xx.xx.2022-ci il tarixdə yıxılaraq xəsarət alması barədə hadisə baş verən gün hadisənin araşdırılması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verməmiş və bununla da «Bakı şəhər Təcili və X5 Stansiyası» X19 Azərbaycan Respublikasının İXM-nin 555.1ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, qanunun tələbinə əsasən işəgətürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməsi imperativ qaydada müəyyən edilməsinə baxmayaraq, «Bakı şəhər Təcili və X5 Stansiyası» X19 tərəfindən hüquq normasının bu şərtlərinə riayət olunmamışdır ki, bununla da «Bakı şəhər Təcili və X5 Stansiyası» X19 Azərbaycan Respublikasının İXM-nin 555.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, «Bakı şəhər Təcili və X5 Stansiyası» X19 tərəfindən törədilən inzibati xəta hadisəsi hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 01 (bir) il 01 (bir) ay öncə (inzibati xəta hadisəsi xx.xx.2022-ci il tarixdə aşkar olunmuşdur) baş vermiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi həmin Məcəllənin 39-cü fəslində (idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar) nəzərdə tutulmuş və həmin növ inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti dörd ay müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında 02 dekabr 2022-ci il tarixli 664-VİQD saylı Azərbaycan Respublikasının Qanununa əsasən İXM-nin 38-ci maddəsinin məzmununda “üç” sözü “dörd” sözü ilə əvəz olunmaqla inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə biləcəyi qeyd edilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Bakı şəhər Təcili və X5 Stansiyası» X19 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi 02 dekabr 2022-ci il tarixədək, yəni sözügedən dəyişiklik qanuni qüvvəyə minmədən törədildiyindən və hazırki iş üzrə inzibati tənbehin tətbiq edilməsi müddətinin dörd aya kimi qəbul edilməsi şəxsin vəziyyətini ağırlaşdırdığından 02 dekabr 2022-ci il tarixli 664-VİQD saylı Azərbaycan Respublikasının Qanunu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə münasibətdə tətbiq edilə bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «Bakı şəhər Təcili və X5 Stansiyası» X19 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: «Bakı şəhər Təcili və X5 Stansiyası» X19 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3417/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3417/2023
28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver