Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3418/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Dövlət vergi müffəttişi X6 tərəfindən tərtib edilmiş 04 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında 04 noyabr 2021-ci il tarixdə, saat 17:30-da Azərbaycan Respublikasının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununun tələbləri pozulduğu müəyyən edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalarını törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi P.Ə.Bəkaliyev bildirmişdir ki, hüquqi şəxsin yaradılması, idarə edilməsi, təşkili, hüquqi şəxslərin alqı-satqısı ilə bağlı məlumatlar verilməlidir. İdarə tərəfindən hər il MMC-lərə sorğular göndərilir ki, qeyd olunan hallar barədə idarəyə məlumat verilsin. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili R.N.Əmiraslanov məhkəməyə təqdim edilmiş yazılı etirazında və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilənlərlə razı deyil, Cəmiyyət barəsində protokol tərtib edilməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Bu səbəbdən də hesab edirlər ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, protokolda qeyd edilir ki, Cəmiyyət Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Qeyd edirlər ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya benefisiar mülkiyyətçinin eyniləşdirilməsi, verifikasiyası və məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına görə inzibati məsuliyyəti müəyyən edir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə görə hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətlərini həyata keçirən monitorinqdə iştirak edən digər şəxslər tərəfindən həmin Qanununun 9-11-ci və 12-1-ci maddələrinin tələbləri o halda tətbiq olunmalıdır ki, həmin şəxslər Qanunun 5.1.3cü maddəsində qeyd olunan fəaliyyət növü ilə məşğul olmuş və həmin əməliyyatları həyata keçirmiş olsun. Qanunun 9-cu maddəsinin tələbləri də məhz eyniləşdirmə və verifikasiya tədbirlərinin aparılması ilə bağlıdır. Cəmiyyət Qanunun 5.1.3-cü bəndində qeyd olunan əməliyyatları həyata keçirmədiyindən həmin Qanunun 9-cu maddəsində qeyd olunan eyniləşdirmə və verifikasiya tədbirlərini icra etmək vəzifəsi də yoxdur. Bildirirlər ki, Cəmiyyət barəsində tərtib olunan 04.11.2021-ci il tarixli, **********585300 saylı “Nəzarət olunan subyektin səyyar yoxlamasına dair Akt”dan da göründüyü kimi Dövlət Vergi Xidmətinin əməkdaşları Qanunun 5.1-ci və 5.1.3-cü maddələrinin tələblərinə riayət etmədən Cəmiyyətdən işgüzar münasibət yaratdıqları bütün müştərilərin eyniləşdirmə və verifikasiya sənədlərini tələb etmiş, Cəmiyyətin Qanunun 5.1.3.1, 5.1.3.2, 5.1.3.3, 5.1.3.4cü yarımbəndlərində qeyd edilmiş fəaliyyətlə məşğul olub-olmadığını ümumiyyətlə müəyyənləşdirməmişdir. Cəmiyyət həmin yarımbəndlərdə qeyd edilən fəaliyyət növlərinin hər hansı birini icra etməmişdir. Bu səbəbdən də Qanunu 9-cu maddəsinin tələblərinin Cəmiyyətə şamil edilməsi qanunsuzluqdur. Həmçinin Şəxs MMC-nin nümayəndəsi və vəkili R.N.Əmiraslanov bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə inzibati məsuliyyəti müəyyən edir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsi daxili nəzarət sisteminin hər hansı normativ – xarakterli akta deyil, məhz “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tətbiq edilməsini tələb edir. Daxili nəzarət sisteminə dair tələblər isə həmin Qanunun 12-ci maddəsi ilə tənzimlənir və 12.1.8-ci maddəyə əsasən hüquqi şəxs olan monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsi daxili nəzarət sisteminin tərkib hissəsidir.Cəmiyyət tərəfindən isə məsul şəxsin təyin edilməsi üzrə bütün zəruri tədbirlər həyata keçirilmiş, məsul şəxsin təyin olunması müvafiq əmrlə rəsmiləşdirilmişdir. Lakin Cəmiyyət barəsində tərtib olunan 04.11.2021-ci il tarixli, **********585300 saylı “Nəzarət olunan subyektin səyyar yoxlamasına dair Akt”dan və Protokoldan da göründüyü kimi məhz subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi barədə müvafiq qərarların, əmrlərin və s. sənədlərin Maliyyə Monitorinqi Xidmətinə çatdırılması ilə bağlı sənədlər müəssisə tərəfindən təqdim edilmədiyinə görə Cəmiyyət İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirləndirilmişdir. Məsul şəxsin təyin edilməsi barədə əmrin maliyyə monitorinqi orqanına təqdim edilməməsi və bu barədə məlumat verilməməsi o halda İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə məsuliyyət yarada bilərdi ki, belə məlumat vermək öhdəliyi ilə bağlı tələb ya birbaşa “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda, ya da həmin Qanunun göndəriş verdiyi hər hansı başqa normativ aktda təsbit edilmiş olsun. İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında istənilən normativ xarakterli aktın deyil, məhz Qanunun tələblərinin pozulmasına görə məsuliyyət müəyyən etdiyindən və həmin Qanunda məsul şəxsin təyin edilməsi barədə maliyyə monitorinqi orqanına məlumat vermək vəzifəsi müəyyən edilmədiyindən, belə məlumatın verilməməsi Cəmiyyətin İXM-nin 598.1.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə görə: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan başqa Şəxs MMC-nin nümayəndəsi və vəkili R.N.Əmiraslanov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq şirkətin müştərilər tərəfindən verilən etibarnamə əsasında daşınmaz əmlakın alqı-satqısı, müştərinin pul vəsaitlərinin və digər əmlakının idarə olunması, hüquqi şəxslərin yaradılması və onların alqı-satqısı ilə əlaqədar əməliyyatların həyata keçirməsinin mümkün olduğunu, lakin yoxlamanın şamil edildiyi dövr üzrə müştərilər bununla bağlı Cəmiyyətə müraciət etmədiyindən, Cəmiyyətin adına etibarnamə vermədiyindən və səlahiyyətləri ötürmədiyindən belə əməliyyatların aparılmadığını, müştərilərə Cəmiyyət tərəfindən sadəcə müvafiq məsələlərlə bağlı hüquqi məsləhətin verildiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 04 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında 04 noyabr 2021-ci il tarixdə, saat 17:30-da Azərbaycan Respublikasının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununun tələbləri pozulduğu müəyyən edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalarını törətmişdir. İş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında 04 oktyabr 2021-ci il tarixli, **********150304 saylı qərardan görünür ki, BUSİNESS SERVİCE CENTRE MMC (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama ilə əhatə olunan vergi dövrü: Sentyabr 2018 - Avqust 2021-ci il tarixədək müəyyən edilmiş, yoxlamanın keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İstehsal sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X4 tapşırılmış və yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, plan üzrə növbəti səyyar vergi yoxlaması sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır. İş materiallarında olan yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında 12 oktyabr 2021-ci il tarixli, **********128200 saylı tələbnamədən görünür ki, 1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun-maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti; 2. Müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən, digər sənədlərin surəti) - müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin) nümayəndənin səlahiyyətlərini - təsdiq edən sənədin, - habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnamsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri); 3. Məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyəinə dair məlumatlar (arayış, izahat və s);
4. Qanunun 7.2-ci və 9.15-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatların, həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri; 5. Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq, daxili nəzarət sisteminin təşkilinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri; 6. Nəzarət orqanı tərəfindən nəzarət olunan subyektə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri; 7. Nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlər. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri 7 iş günü müddətində, yəni 28.10.2021-ci il tarixə kimi yoxlayıcılara və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi AZ1029 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanına təqdim olunmalıdır. Təqdim olunmuş məlumatlar (sənədlər) tikilir, “əsli ilə düzdür ifadəsi və tarix qeyd olunur. Nəzarət olunan subyektin məsul şəxsi tərəfindən imzalanır və möhürlənir. Tələb olunan məlumatlar (sənədlər) vaxtında təqdim oluna bilmədikdə və ya mövcud olmadıqda bu barədə nəzarət olunan subyektin məsul şəxsi tərəfindən yazılı izahat təqdim edilir. İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 28 oktyabr 2021-ci il tarixli, **********889900 saylı qərardan görünür ki, 1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti; 2. Müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti) müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri); 3. Məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s); 4. Qanunun 7.2-ci və 9.15-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri; 5. Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq, daxili nəzarət sisteminin təşkilinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri;
6. Nəzarət orqanı tərəfindən nəzarət olunan subyektə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri;
7. Nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. İş materillarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 28 oktyabr 2021-ci il tarixli, **********889900 saylı protokoldan və həmin protokola əlavədən görünür ki, 1. BUSİNESS SERVİCE CENTRE” MMC-nin direktoru İkram Mütəllimov və aparıcı hüquqşünası (məsul şəxs) İsmayılova Nərgiz tərəfindən imzalanan izahat və onların Ş/V surətləri, izahatda bəzi sualların cavablarına əlavə edilən sənədlərin nümunələri (AR ƏN göndərilən sorğunun cavabı, Vergi Xidmətinin internet saytının axtarış sistemindən çıxarışlar, Məlumatların məxfiliyinin qorunması haqqında müqavilənin nümunəsi), Şəxs MMC-nin təsis sənədlərinin (VÖEN, Çıxarış, Nizamnamə) BSC MMC tərəfindən təsdiq olunmuş surətləri; 2. Şəxs MMC-də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Qaydaların və Qaydaları təsdiq edən direktor əmrinin BSC MMC tərəfindən təsdiq olunmuş surətləri; 3. Məsul şəxsin təyin olunması ilə bağlı sənədlər; 4. Daxili Auditin "xxxx" MMC tərəfindən təsdiq olunmuş surəti; 5. Risklərin qiymətləndirilməsi prosedurunun "xxxx" MMC tərəfindən təsdiq olunmuş surəti; 6. Arxiv fəaliyyətinin idarəolunması prosedurunun "xxxx" MMC tərəfindən təsdiq olunmuş surəti; 7. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlimlərin planının və prezentsiyanın "xxxx" MMC tərəfindən təsdiq olunmuş surəti; 8. Müştərilərə verilən sorğuların nümunələri (3 ədəd); 9. Müşətrilər ilə bağlanan xidmət müqvilələrinin surəti (42 sayda); 10. Müştərilərin (hüquqi şəxslər) təsis sənədlərinin öz möhürləri ilə təsdiq olunmuş surətləri (42 sayda) “BUSİNESS SERVİCE CENTRE MMC -nin direktoru X5 tərəfindən könüllü olaraq təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 04 oktyabr 2021-ci il tarixli, **********150304 saylı qərara əsasən Şəxs MMC-də vergi müfəttişi E.M.Həmzəyev tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 598.1.1-ci və 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 04 noyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun tərtib etmə əsası kimi Şəxs MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə əməl olunmadığı göstərilmiş, Qanunun konkret olaraq hansı maddəsinin tələblərinin pozulduğu qeyd olunmamışdır. İnzibati xətanın törədildiyini təsdiq edən sübutlar olaraq **********585300 saylı Nəzarət olunan subyektin səyyar yoxlamasına dair Akt, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin izahatı və digər sənədlər təqdim edilmişdir. Nəzarət olunan subyektin səyyar yoxlamasına dair Aktdan görünür ki, dövlət vergi müfəttişi Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 9.2.1-ci maddəsinə əsasən işgüzar münasibətlər yaradılmasından əvvəl müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görmədiyi üçün Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, Monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi barədə müvafiq qərarların, əmrlərin və s. sənədlərin Maliyyə Monitorinqi Xidmətinə çatdırılması ilə bağlı sənədlər müəssisə tərəfindən təqdim edilmədiyinə görə isə İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi qənaətinə gəlmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında 10 fevral 2009-cu il tarixli, 767-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən monitorinqdə iştirak edən digər şəxslər tərəfindən bu Qanunun 9-11-ci və 12-1-ci maddələrinin tələbləri aşağıdakı qaydada tətbiq olunur: 5.1.1. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, lotereya və idman mərc oyunları təşkilatçıları bu Qanunun 9.2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğdə nağd əməliyyatlar apardıqda; 5.1.2. daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatları həyata keçirdikdə; 5.1.3. notariuslar, vəkillər, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslər aşağıdakı əməliyyatları həyata keçirdikdə: 5.1.3.1. daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar; 5.1.3.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar; 5.1.3.3. müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar; 5.1.3.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqısatqısı ilə əlaqədar əməliyyatlar. Göründüyü kimi Qanunla monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiq edilməli olduğu hallar konkret olaraq göstərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqanın sübut qismində təqdim etdiyi Nəzarət olunan subyektin səyyar yoxlamasına dair Aktdan da aydın olduğu kimi yoxlama aparan Dövlət vergi müfəttişi Qanunun 5.1-ci maddəsinin tələblərini nəzərə almamış, Şəxs MMC –nin Qanunun 5.1-ci maddəsində qeyd olunan fəaliyyət və əməliyyatları həyata keçirib-keçirmədiyini müəyyənləşdirməmiş, onun qeyd olunan əməliyyatları həyata keçirdiyini sübuta yetirməmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdən işgüzar münasibət yaratdığı müştərilərin eyniləşdirilməsinə dair hüquqi şəxslərin nizamnamələri və dövlət qeydiyyatına alınması haqqında sənədlərin notariat qaydasında təsdiq edilmiş surətlərini tələb etmiş və həmin sənədlərin təqdim olunmamasına görə əsassız olaraq Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsində göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmişdir. İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə məsuliyyət müəyyən edilir. Daxili nəzarət sisteminə dair tələblər və sistemin hansı komponentlərdən ibarət olması həmin Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Qanunun 12.1-ci maddəsinə əsasən monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Bu sistem ən azı aşağıdakılardan ibarət olmalıdır: 12.1.8. monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsi. Qanunun 12.3-cü maddəsinə əsasən monitorinq iştirakçıları daxili nəzarət sistemlərini maliyyə monitorinqi orqanının tələblərinə uyğun olaraq hazırlamalıdırlar. Həmin tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin 21 sentyabr 2010cu il tarixli 004 №-li Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər” ilə tənzimlənir. Qeyd olunan tələblərə görə məsul şəxsin təyin edilməsi monitorinq subyektinin vəzifəsi olsa da, monitorinq subyektlərinin bu təyin etmə barədə maliyyə monitorinqi orqanına məlumat vermək vəzifəsi nəzərdə tutulmamışdır. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsi ilə maliyyə monitorinqi orqanına təqdim olunmalı məlumatların dairəsi müəyyən edilmişdir. Lakin məsul şəxsin təyin olunması barədə məlumat həmin maddədə öz əksini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokol tərtib edən orqanın istinad etdiyi Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin 25 iyun 2010-cu il tarixli 005 №-li Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər”in müəyyən edilməsi Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamış, Qanunda bu Tələblərə istinad edilməmişdir. İş materillarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokoldan və həmin protokola əlavədən görünür ki, Şəxs MMC tərəfindən məsul şəxs təyin edilmiş və bununla bağlı müvafiq əmrlər verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun Monitorinq iştirakçılarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sisteminə dair tələbləri müəyyən edən 12-ci maddəsində, nə də Qanunun istinad etdiyi tələblərdə monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi barədə müvafiq əmrin Maliyyə Monitorinqi Xidmətinə göndərilməsi vəzifəsi nəzərdə tutulmadığından belə əmrin Maliyyə Monitorinqi Xidmətinə göndərilməməsinə və bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməməsinə görə Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində göstərilən inzibati xətanın törədilməsinə dair protokolun tərtib edilməsi əsassızdır. Belə ki İXM-nin 598.1.3-cü maddəsi daxili nəzarət sisteminin məhz Qanuna uyğun olaraq tətbiq edilməməsinə görə məsuliyyəti müəyyən edir və Qanunda belə tələb təsbit edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən məsul şəxsin təyin edilməsinə baxmayaraq, bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməməsinin Dövlət vergi müfəttişi tərəfindən daxili nəzarət sisteminin tam tətbiq edilməməsi kimi qiymətləndirilməsi hüquqi müəyyənlik prinsipinin pozulması, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olmaması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilməsi zamanı hüquqi dövlətin ali prinsiplərindən olanhüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da qeyd olunur ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-də aparılan yoxlama ”Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları” na əsaslanaraq keçirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş ”Hüquq xidmətləri, mühasibat və vergi məsləhətləri xidmətləri göstərən şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları” Azərbaycan Respublikasının X10 Reyestrinə daxil edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.9-cu maddəsinə əsasən Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. X3 78.1.-ci maddəsinə əsasən Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X10 Reyestrinə daxil edilməlidir. X3 78.2.-ci maddəsinə əsasən Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X10 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. Qeyd olunan Qaydalar Azərbaycan Respublikasının X10 Reyestrinə daxil edilmədiyindən fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik deyildir. Məhkəmə hesab edir ki, protokol tərtib edilərkən obyektiv, tam və hərtərəfli araşdırma aparılmamış, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları düzgün tətbiq edilməmiş, nəticədə iş üzrə inzibati xəta tərkibinin dörd zəruri elementindən biri olan subyekt düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən tam və hərtərəfli araşdırma aparılmamış, ən vacib hesab edilən iş üzrə inzibati xəta tərkibinin zəruri elementlərindən biri olan subyekt düzgün müəyyən edilməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin inzibati xətanın subyekti olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.3-cü maddələrində qeyd olunan inzibati xətalar üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin əlamətləri mövcud olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə şəxsin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Buna görə də şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.3cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130 , 598.1.1 və 598.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Azər Tağıyev