Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3432/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər BPİ-nin DYPİ-nin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 noyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 08 noyabr 2021-ci il tarixdə, saat 23:41-də “BAJAJ PULSAR NS 200 MOTOSİKL” markalı, 99-C-734 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qəflətən sürətləndirərək davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmaqla və ya yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla avtoxuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inspektor T.G.Qasımov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, sosial şəbəkələrə baxış keçirilərkən vətəndaş tərəfindən çəkilən video görüntüdə 99-C-734 dövlət qeydiyyat nişanlı motoskletin sürücüsünün qayda pozuntusuna yol verməklə cəmiyyətin maraqlarını nəzərə almadan və səs-küy salaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinin kobud şəkildə pozulması barədə videogörüntü müəyyən edilmiş və həmin görüntü əsasında inzibati xətanı törədən şəxs polis idarəsinə dəvət olunmuşdur. Polis İdarəsində həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu qayda pozuntusuna yol verməklə cəmiyyətin maraqlarını nəzərə almamış və səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə inspektor T.G.Qasımov məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Şəxs 11 noyabr 2021-ci il tarixdə saat 09:00-da yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 08 noyabr 2021-ci il tarixdə özünə məxsus olan “Baqaj” markalı, 99-C-734 dövlət qeydiyyat nişanlı moto ilə Lev Tolstoy küçəsi ilə Səməd Vurğun kəsişməsində bilərəkdən motoskiletin arxa təkərini yerdə lüzumsuz olaraq yolun asfalt səthinə sürüdərək təkərdən gələn tük ürpərdici səslə ətrafdakıları və sürücüləri hərəkət iştirakçılarını özünə cəlb edərkən PPX-nin əməkdaşları ona yaxınlaşaraq dayandırmışdır. Buna görə də Bakı Şəhər BPİ DYPİ-yə dəvət olunmuş, orada ona sosial şəbəkələrdə yayımlanan görüntülər təqdim olunmuşdur. Bundan başqa, o bildirmişdir ki, özünü təqsirli bilir, əməlindən səmimi peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda məhkəmə iclasında dindirilmiş polis əməkdaşlarının ifadələrinin doğruluğunu təsdiq edir. Həmçinin bildirmişdir ki, 11 noyabr 2021-ci il tarixdə saat 09:00-da özü könüllü olaraq polis idarəsinə gəlmiş və polis idarəsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 11 noyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 noyabr 2021-ci il tarixdə saat 23:41-də “BAJAJ PULSAR NS 200 MOTOSİKL” markalı, 99-C-734 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qəflətən sürətləndirərək davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmış və yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla avtoxuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan CD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs 08 noyabr 2021-ci il tarixdə “BAJAJ PULSAR NS 200 MOTOSİKL” markalı, 99-C-734 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə davamlı olaraq yol hərəkət qaydalarını pozaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarır və yolun səthində çoxsaylı təkər izlərini buraxır. Bu hal isə PPX əməkdaşı tərəfindən müşahidə edilir və sonuncunun hərəkətlərinə polis əməkdaşının tələbi ilə son qoyulur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 08 noyabr 2021-ci il tarixdə “BAJAJ PULSAR NS 200 MOTOSİKL” markalı, 99-C-734 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə davamlı olaraq yol hərəkət qaydalarını pozaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmaqla və yolun səthində çoxsaylı təkər izlərini buraxmaqla avtoxuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs Polis İdarəsində olarkən özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, inzibati xəta törətmiş şəxsin polis idarəsinə könüllü gəldiyi vaxtdan, yəni 11 noyabr 2021-ci il tarixdən saat 09:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 511.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 11 noyabr 2021-ci il tarixdən saat 09:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3432/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3432/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver