Məhkəmə qərarları › İş №3(006)-3437/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3437/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3437/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İş № 3(006)-3437/2023 QƏRAR (İnzibati xəta haqqında iş üzrə) 12 iyul 2023-cü il Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Badamlı kəndində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 554SCV5), evli, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2899/2021 saylı icra sənədinə əsasən 665 manat, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(006)-3959/2022 saylı icra sənədinə əsasən 6387.5 manat, xx.xx.2023-cü il tarixli, 2(006)-1198/2023 saylı icra sənədinə əsasən 10.000 manat pul vəsaiti borclu Şəxs tutulmalıdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru P.M.Babayev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)- 2899/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 489 manat əsas, 146 manat cərimə borcu, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 665 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmiş, sonuncuya icra sənədi üzrə xəbərdarlıq edilmişdir. Daha sonra borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3959/2022 saylı icra sənədinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Şəxs əsas borc üzrə 5.900 manat, həmin borcun illlik 5% olmaqla hesablanmış faiz borcu üzrə 367,5 manat, habelə ödənilmiş 82 manat məbləğində dövlət rüsumunun 60 manatı olmaqla cəmi 6327,5 manat məbləğində pul alınaraq iddiaçı E.N.Səfiyevə verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildirişlər göndərilmiş, həmin bildiriş xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmiş, sonuncuya icra sənədi üzrə xəbərdarlıq edilmişdir. Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1198/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 9.500 manat əsas borc, 380 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 9.880 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı E.N.Səfiyevə verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərarla Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2(006)-2899/2021 saylı, xx.xx.2022-ci il tarixli, 2(006)-3959/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(006)-1198/2023 saylı icra sənədləri üzrə borclu “X5” MMC-yə aid hissədə ümumi icraatda birləşdirilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmiş, borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş, lakin sonuncunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Borclunun əmlak vəziyyəti ilə bağlı sorğular göndərilmiş, lakin onun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə bugünədək borclu Şəxs tərəfindən icra sənədləri üzrə bugünədək 2.300 manat məbləğində ödəniş edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru P.M.Babayev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələbkar E.N.Səfiyev borcun ödənilməsində maraqlıdır. Lakin bu günədək borclu Şəxs tərəfindən icra sənədi üzrə 300 manat ödəniş edilmişdir. Borclunun digər icra işi üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədlərindən məlumatı var. Həmin icra sənədləri üzrə ümumilikdə 2.300 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda işləmir borclarını tam ödəməyə maddi imkanı yoxdur, adına hər hansı daşınar və ya daşınmaz əmlakı da yoxdur. Söz verir ki, borcunu hissə-hissə ödəyəcəkdir. Bundan başqa, o, digər icra işinə görə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 500 manat məbləğində cərimə edilmişdir. Göstərilənləri, maddi imkanının aşağı olmasından borcunu ödəyə bilməməsini, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar E.N.Səfiyev öz izahatında göstərmişdir ki, hal-hazırda borcludan şikayətçidir və borcun ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2(006)-2899/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 489 manat əsas, 146 manat cərimə borcu, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 665 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-2899/2021 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Nəsimi Rayon İcra şöbəsinin məktubundan görünür ki, borclu Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və sonuncu xx.xx.2023-cü il tarixdə həmin bildirişi almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs Nəsimi rayon icra şöbəsinə məcburi gətirilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə təqdimat verilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3959/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs əsas borc üzrə 5.900 manat, həmin borcun illlik 5% olmaqla hesablanmış faiz borcu üzrə 367,5 manat, habelə ödənilmiş 82 manat məbləğində dövlət rüsumunun 60 manatı olmaqla cəmi 6327,5 manat məbləğində pul alınaraq iddiaçı E.N.Səfiyevə verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3959/2022 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəsimi Rayon İcra şöbəsinin məktubundan görünür ki, borclu Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və sonuncu xx.xx.2023-cü il tarixdə həmin bildirişi almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs Nəsimi rayon icra şöbəsinə məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1198/2023 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 9.500 manat əsas borc, 380 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 9.880 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı E.N.Səfiyevə verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1198/2023 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Nəsimi Rayon İcra şöbəsinin məktubundan görünür ki, borclu Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və sonuncu xx.xx.2023-cü il tarixdə həmin bildirişi almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-2899/2021 saylı, xx.xx.2022-ci il tarixli, 2(006)-3959/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(006)-1198/2023 saylı icra sənədləri üzrə borclu “X5” MMC-yə aid hissədə ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs axtarılması haqqında qərar qəbul edilmişdir.\ İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-2899/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 489 manat əsas, 146 manat cərimə borcu, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 665 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmiş, sonuncuya icra sənədi üzrə xəbərdarlıq edilmişdir. Daha sonra borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3959/2022 saylı icra sənədinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Şəxs əsas borc üzrə 5.900 manat, həmin borcun illlik 5% olmaqla hesablanmış faiz borcu üzrə 367,5 manat, habelə ödənilmiş 82 manat məbləğində dövlət rüsumunun 60 manatı olmaqla cəmi 6327,5 manat məbləğində pul alınaraq iddiaçı E.N.Səfiyevə verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildirişlər göndərilmiş, həmin bildiriş xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmiş, sonuncuya icra sənədi üzrə xəbərdarlıq edilmişdir. Borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(006)-1198/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 9.500 manat əsas borc, 380 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 9.880 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı E.N.Səfiyevə verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərarla Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-2899/2021 saylı, xx.xx.2022-ci il tarixli, 2(006)-3959/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(006)-1198/2023 saylı icra sənədləri üzrə borclu “X5” MMC-yə aid hissədə ümumi icraatda birləşdirilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmiş, borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş, lakin sonuncunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Borclunun əmlak vəziyyəti ilə bağlı sorğular göndərilmiş, lakin onun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə bugünədək borclu Şəxs tərəfindən icra sənədləri üzrə bugünədək 2.300 manat məbləğində ödəniş edilmişdir. Daha sonra borclu Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bununla da məhkəmə hesab edir ki, borclu Şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-2899/2021 saylı, xx.xx.2022-ci il tarixli, 2(006)-3959/2022 saylı və xx.xx.2023-cü il tarixli, 2(006)-1198/2023 saylı icra sənədləri üzrə borcunu ödəməkdən yayınmışdır. Lakin sonuncu tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xəta təkrar törədildiyi üçün onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi deyil onun əməlində həmin Məcəllənin 528.1-1-ci maddəsinin tərkib əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən, 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar