Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3440/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1991-ci ildə Yardımlı rayonu, Nisəkələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, ali təhsilli, Yardımlı rayonu, Nisəqala kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:45 radələrində sürücülük hüququ olmadan AZ 21154” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə V edərək Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ilə üzü Salamzadə küçəsi istiqamətində hərəkətdə olarkən Nəsimi Rayon Məhkəməsinin qarşısında hərəkət istiqamətinin əksinə arxa-arxaya gəlib sola geriyə dönən, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında daxil olmuş məlumata əsasan Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində iki minik avtomobili toqquşmuşdur. Hadisə yernə gəldikdən və müvafiq araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, Şəxs “VAZ 21154” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ilə üzü Salamzadə küçəsi istiqamətində hərəkətdə olarkən hərəkət istiqamətinin əksinə arxaya doğru gəlib Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “MİTSUBİSHİ PAJERO” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsini vurmuşdur. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş, xəsarət alan olmamışdır. Sənədlərinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 20:45 radələrində qardaşına məxsus “VAZ 21154” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ilə üzü Salamzadə küçəsi istiqamətində hərəkətdə olarkən Nəsimi Rayon Məhkəməsinin qarşısında səhvən hərəkət istiqamətinin əksinə arxa-arxaya gəlmiş, bu zaman sola geriyə dönən “MİTSUBİSHİ PAJERO” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ yan hissəsindən vurmuşdur. Həmin ərəfədə “Go” markalı energetik içkisi qəbul etmiş, nəqliyyat vasitəsini də idarə etmək hüququ olmamışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2020-ci il tarixli, İXP3515867 saylı inzibati xəta haqqında protokoldan və tərtib edilmiş sxemdən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 20:45 radələrində Şəxs idarə etdiyi “VAZ 21154” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ilə üzü Salamzadə küçəsi istiqamətində hərəkətdə olarkən Nəsimi Rayon Məhkəməsinin qarşısında hərəkət istiqamətinin əksinə arxaya doğru gəlmiş, bu zaman sola geriyə dönən “MİTSUBİSHİ PAJERO” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur; - xx.xx.2020-ci il tarixli, 2/17947 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”na əsasən Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmiş, onda olan alkoqolun miqdarı 4,92‰ təşkil edir; - portaldan çıxarışdan görünür ki, “VAZ 21154” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r; - AC 512210 saylı, xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, MİTSUBİSHİ PAJERO” markalı, **- ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r; - 27.03.2016-cı il tarixli etibarnamənin surətindən aydın olur ki, “MİTSUBİSHİ PAJERO” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək Zərərçəkmiş şəxs etibar edilmişdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədədir; - portaldan çıxarışa əsasən Şəxs adına verilmiş sürücülük vəsiqəsi mövcud deyil. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinə görə nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsi onun İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3440/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3440/2020
05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver