Məhkəmə qərarları › İş №3(006)-3441/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3441/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3441/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X4, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 05 avqust 2024-cü il tarixli MN saylı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23 iyun 2024-cü il tarixdə əmək müqaviləsi və ya mülki müqavilə hüquqi qüvvəyə minmədən X6 işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə nümayəndəsi X12 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verib əlavə olaraq göstərmişdir ki, aparılmış araşdırma nəticəsində hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 əmək müqaviləsi və ya mülki müqavilə hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Belə ki, Sabunçu rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, X10 23 iyun 2024-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən mühafizəçi olaraq "xxxx" MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilərkən müştəri qismində obyektə gəlmiş iki nəfər şəxslə mübahisə etmiş, nəticədə Rüstəm Ağayev yumruqla bir dəfə Səbuhi adlı şəxsi vuraraq xəsarət yetirmişdir. Səbuhi adlı şəxsin şikayəti əsasında Sabunçu rayon Polis İdarəsində aparılmış araşdırmalar nəticəsində X3 23 iyun 2024-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən mühafizəçi olaraq "xxxx" MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilməsinə əsaslar müəyyən edildiyindən müvafiq icra hakimiyyətinə, yəni X9 Xidmətinə məlumat verilmişdir. Qeyd olunmalıdır ki, X10 və "xxxx" MMC-nin təsisçisi X1 rayon Polis İdarəsində verdiyi izahatlarında Rüstəm Ağayevin mühafizəçi olaraq əmək fəaliyyətinə cəlb edilməsini təsdiq etmişlər. Qeyd olunanların nəzərə alınaraq, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) X13 izahatında bildirmişdir ki, 23 iyun 2024-cü il tarixdə "xxxx" adlı restoranda baş vermiş hadisə zamanı Rüstəm Ağayev vətəndaş olaraq icazəsiz və qolbaqsız restorana daxil olmaq istəyən Səbuhi və Pərviz adlı şəxsləri uzaqlaşdırmaq istəyərkən Səbuhi adlı şəxslə aralarında baş vermiş mübahisə nəticəsində sonuncunu əli ilə itələmişdir. Lakin sonradan Səbuhi adlı şəxs şikayət etdiyindən Rüstəm Ağayev və restoranın icarədarı X11 rayon Polis İdarəsinə dəvət olunmuş və təhqiqatçı tərəfindən izahatları alınarkən Rüstəmin cinayət məsuliyyətindən azad edilməsi üçün guya sonuncunun həmin restoranda işləməsi barədə izahat verməsini tələb etmişdir. Həmin vaxt Turan Həsənzadə də Rüstəm Ağayevlə eyni məzmunlu izahat vermişdir. Halbuki, Rüstəm Ağayev həmin restoranın müştərisi, həmçinin Turan Həsənzadənin tanışı olmuşdur. Göründüyü kimi, Rüstəm Ağayev həmin restoranda müştəri olaraq iştirak etmiş və təhqiqatçının yalnış yönləndirməsi nəticəsində Sabunçu rayon Polis İdarəsində həqiqətə uyğun olmayan izahat vermişdir. Sabunçu rayon Polis İdarəsi tərəfindən X9 Xidmətinə məqsədli şəkildə hadisənin videogörüntüləri təqdim edilməmişdir. Bundan əlavə, sadəcə izahatların sübut kimi qəbul edilib inzibati xəta haqqında protokolun tərtib edilməsi, araşdırmanın X9 Xidməti tərəfindən düzgün aparılmadığını göstərir. Təhqiqatçının hərəkətlərindən və qərarından hazırki tarixədək şikayət verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Sabunçu rayon Polis İdarəsinin rəisi Cavid Muradov tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X9 Xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış 02 iyul 2024-cü il tarixli, 49/2-25321 nömrəli məktubdan görünür ki, xx.xx.1982-ci təvəllüdlü X3 22 iyun 2024-cü il tarixdə Sabunçu rayonu, nardaran qəsəbəsində yerləşən “Sea Breeze” ərazisində yerləşən "xxxx" MMC-də qeyri-qanuni, yəni əmək müqaviləsi bağlamadan əməyə cəlb edilməsi aşkar edilmişdir. "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan X3 və X2 Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsində verdikləri izahatlarının qısa məzmunundan görünür ki, X10 "xxxx" adlı restoranda günəmuzd mühafizəçi olaraq işlədiyini və hər gün saat 21:00-da işə gedib səhər 06:00-da işdən çıxdığını qeyd etmişdir. Bundan əlavə, "xxxx" adlı restoranın icarədarı Turan Həsənzadə izahatında Rüstəm Ağayevin mühafizəçi olaraq işlədiyini, həmçinin onunla əmək müqaviləsinin bağlanıb-balanmamasından xəbərsiz olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.118.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 müştəri qismində restorana gəlməsini və heç bir işlə məşğul olmamasına tənqidi yanaşaraq hesab edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 23 iyun 2024-cü il tarixədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, X3 və X1 rayon Polis İdarəsinin 42-ci polis bölməsində verdikləri izahatlarında X3 "xxxx" adlı restoranda günəmuzd mühafizəçi olaraq işlədiyini qeyd etmiş, həmçinin "xxxx" adlı restoranın icarədarı Turan Həsənzadə izahatında Rüstəm Ağayevin mühafizəçi olaraq işlədiyini, həmçinin onunla əmək müqaviləsinin bağlanıb-balanmamasından xəbərsiz olduğunu bildirmişdir. Təhqiqiatçı tərəfindən həmin izahatların yazılmasına təsir göstərilməsi təhqiqatçının hərəkətlərindən, həmçinin onun verdiyi qərarından şikayət verilməsi nəticəsində aparılmış araşdırma nəticəsində öz təsdiqini tapa bilər. Lakin məhkəmə iclasında həmin təhqiqatçının hərəkətlərindən, həmçinin onun verdiyi qərarından X10 və X7 tərəfindən şikayət verilməməsi müəyyən olunmuşdur. Bununla da, X3 və X1 rayon Polis İdarəsinin 42-ci polis bölməsində verdikləri izahatlarında qeyd olunan faktların həqiqəti əks etdirməsinə şübhələrin mövcud olmadığı qənaətinə gəlinmişdir. Görünüdüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən: 1.İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçi ilə əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Həmçinin inzibati xəta aşkar olunduqdan sonra qeyd olunan şəxslərin əmək müqaviləsi bağlanılmaqla işlərə cəlb edilməsi MMC-nin məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar