Məhkəmə qərarları › İş №3(006)-3449/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3449/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3449/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhəri BPİ X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 21683708 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 26 iyun 2024-cü il tarixli, EQ seriyalı 21683708 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, idarə etdiyi **-GR-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA YARİS” markalı avtonəqliyyat vasitəsi ilə 10 iyun 2024-cü il tarixində, saat 12:21-də, Nəsimi rayonu, “28 May” küçəsi istiqamətində hərəkət edərkən, asfalt üzərində olan nişanlanma xəttinin deyil, yol kənarında quraşdırılmış yol nişan lövhəciyinin tələbinə riayət etdiyi üçün barəsində 5.8.1 “yol nişanının tələbinə riayət edilməməsi” İlə əlaqədar elektron qərar tərtib edilmişdir. Bildirir ki, həmin ərazidə həm asfalt üzərində nişanlanma, həm də yol kənarında yol nişan lövhəciyi olmasına baxmayaraq onların tələbləri bir-birlərinə ziddir. Hesab edir ki, barəsində tərtib edilmiş bu qərar qanunsuz və əsassızdır. Göründüyü kimi, Azərbaycan Respublikasında yol hərəkətinin təşkilinin texniki vasitələri (işıqfor, nişan və nişanlanma xətləri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyası, bu Konvensiyanı tamamlayan Avropa sazişi, bu Sazişin “Yol nişanlanması barədə” Protokolu, “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Tətbiqi qaydaları” adlanan QOST 23457-86 və “Yol nişanları. Ümumi texniki şərtlər” adlanan QOST 10807-78 standartları ilə müəyyən edilir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun 69-cu maddəsinin 4-cü hissəsinə əsasən, yolun nişanlanması, yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və va (dəblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. Qanunun bu konkret müddəasından görünür ki, nişanlanma xətləri yol nişanlarıyla bərabər, onlarla birlikdə tətbiq edilmişdirsə, deməli, nişanların mənasını tamamlamağa və dəqiqləşdirməyə xidmət etməlidir. Həmin nişanlanmaların fərqli mənası və ya tələbi ola bilməz. Həmçinin, həmin qanunun 61-cı maddəsinin Vİ-İ hissəsinə əsasən, eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yal nişanları ilə dinər texniki vasitələrin tələbləri arasında ziddiyyət və va uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və va uyğunsuzluq təxirəsalmmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və dieər texniki vasitələrin tələbləri arasında ziddiyyət va va uyğunsuzluq olarsa, müvəqqəti vol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nisanlanmcı xətləri arasında ziddiyyət və va uyğunsuzluq yolverilməzdir. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun 61-ci maddəsinin Vİİİ hissəsinə əsasən, yol nişanlarının qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş verdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilirlər. Lakin, təqdim etdiyimiz video və fotoşəkillərdən də göründüyü kimi müvafiq orqan tərəfindən qanunvericiliyin bu tələblərinə də riayət edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, həmin ərazidə asfalt üzərində olan nişanlanmanın tələbi ilə, yol kənarında yol nişan lövhəciyində olan göstərişin birbirlərinə zidd olması, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun müddəalarının kobud şəkildə pozulması hesab olunmalıdır. Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinməyinə dair Bakı şəhəri BPİ X8 İdarəsinin polis mayoru X1 EQ 21683708 nömrəli 10 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri BPİ X8 İdarəsinin polis polkovniki X5 tərəfindən tərtib olunmuş 26 iyun 2024-cü il tarixli, EQ seriyalı 21683708 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 10 iyun 2024-cü il tarixdə saat 12:21-də “Toyota Yaris” minik markalı, **-GR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğu əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərar EQ ******* saylı, xx.xx.2024cü il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 26 iyun 2024-cü il tarixli, EQ seriyalı 21683708 saylı inzibati tənbeh vermə haqqında qərarda X2 “Toyota Yaris” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməsi qaydalarını pozduğu göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 10 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 26 iyun 2024-cü il tarixli, EQ seriyalı 21683708 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 10 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 26 iyun 2024-cü il tarixli, EQ seriyalı 21683708 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhəri BPİ X8 İdarəsi tərəfindən 10 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 26 iyun 2024-cü il tarixli, EQ seriyalı 21683708 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri BPİ X8 İdarəsi tərəfindən 10 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 26 iyun 2024-cü il tarixli, EQ seriyalı 21683708 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar