Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3453/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi "xxxx" MMC-nin direktoru X2, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətinin 22 iyul 2022-ci il tarixli, İş № - **********7/22 saylı inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətinin 22 iyul 2022-ci il tarixli, İş № - **********7/22 saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MMC-nin ünvan 1 ünvanında yerləşən istehsalatında qənnadı məhsullarının hazırlanması üçün istifadə edilən əsas avadanlıqlara ziyan vurulması ilə bağlı Binəqədi Rayon Prokurorluğuna müraciət olunmuşdur və araşdırmanın aparılması müddətinə Baş qənnadçı vəzifəsində işləyən X3 xx.xx.2022-ci il tarixli 05/03 nömrəli Əmrə əsasən işdən kənarlaşdırılmışdır. Əmək haqqının ödənilməməsi ilə bağlı E.X.Mustafayevin müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin (bundan sonra - “Xidmət”) Bakı şəhər İdarəsi (bundan sonra - “İdarə") 12 may 2022-ci il tarixindən etibarən araşdırma aparmağa başlamış və onların iştirakı olmadan 1.000 (min) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi ilə bağlı 14 iyun 2022-ci tarixli MN ******* ömrəli qərar qəbul etmişdir. İdarənin həmin qərarından verilmiş şikayətlə bağlı idınət tərəfindən 22 iyul 2022ci il tarixində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma nəticəsində şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası İnzibati ətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi səbəbilə Cəmiyyətə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilənlərə əsasən xidmət tərəfindən barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarın müddətin keçməsi ilə bağlı ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi B.M.Müslümov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında B.M.Müslümov ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, E.X.Mustafayevin mart ayı üçün əmək haqqısı tərəflərindən xx.xx.2022-ci il tarixdə tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətinin nümayəndəsi Ə.C.Əsədullayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, şikayətçi X3 30 mart 2022-ci il tarixdə əmək müfəttişliyinə müraciət edərək xx.xx.2014-cü il tarixdən etibarən "xxxx" MMC-də əmək fəaliyyətinə cəlb edildiyini, xx.xx.2021-ci il tarixindən müəssisənin adında dəyişiklik olduğunu, xx.xx.2022-ci il tarixdən iş yerinə buraxılmadığını, ona həmin səbəblə bağlı məlumat verilmədiyini, əmək haqqı məbləğinin bir hissəsinin nağd şəkildə, qalan hissəsinin isə nağdsız şəkildə ödənildiyini, həmçinin cari ilin fevral ayı üzrə nağd şəkildə ödənilən məbləğin və mart ayı üzrə çalışdığı 5 gün üzrə heç bir əmək haqqı ödənilmədiyini bildirmişdir. Vətəndaşın şikayəti əsasında araşdırma aparılmış və E.X.Mustafayevin mart ayı çalışdığı 05 gün üzrə əmək haqqısının ödənilmədiyi müəyyən edilmiş və bu barədə protokol tərtib edilmiş sonradan onun əsasında qərar qəbul edilmişdir. Göstərilənləri və şikayətin əsassız olmasını nəzərə alaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Ə.C.Əsədullayev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, inzibati xəta hadisəsi uzanan xətalara aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, vətəndaş E.X.Mustafayevin əmək qanunvericiliyinin tələbləri pozularaq (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62ci maddəsinin 1-ci hissəsinin c bəndi) işdən kənarlaşdırılmış və həmin dövrdə ona əmək haqqı ödənilməmişdir. Bununla da, "xxxx" MMC-nin direktoru B.M.Müslümov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.X.Mustafayevin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin əmək qanunveriliciyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmişdir. Bununla da, "xxxx" MMC-nin direktoru B.M.Müslümov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 1.000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli, İş № - **********7/22 saylı inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru B.M.Müslümov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətinin Bakı şəhər idarəsinin 14 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət qismən təmin edilmiş, həmin qərar dəyişdirilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə B.M.Müslümov barəsində 700 (yeddi yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 30 mart 2022-ci il tarixli müraciət vərəqəsindən görünür ki, vətəndaş E.X.Mustafayev əmək müfəttişliyinə müraciət edərək xx.xx.2014-cü il tarixdən etibarən "xxxx" MMC-də əmək fəaliyyətinə cəlb edildiyini, xx.xx.2021-ci il tarixindən müəssisənin adında dəyişiklik olduğunu, xx.xx.2022-ci il tarixdən iş yerinə buraxılmadığını, ona həmin səbəblə bağlı məlumat verilmədiyini, əmək haqqı məbləğinin bir hissəsinin nağd şəkildə, qalan hissəsinin isə nağdsız şəkildə ödənildiyi, həmçinin cari ilin fevral ayı üzrə nağd şəkildə ödənilən məbləğin və mart ayı üzrə çalışdığı 5 gün üzrə heç bir əmək haqqı ödənişinin ödənilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 05 mart 2022-ci il tarixli, № 05/03 saylı əmrin surətindən görünür ki, "xxxx" MMC-nin baş qənnadçısı E.X.Mustafayev çalışdığı müddət ərzində şirkətə məxsus bir sıra avadanlığa ziyan vuraraq istehsalata yararlığına ciddi zədə vurmuşdur. Baş vermiş hadisənin araşdırılması və hüquqi qiymətin verilməsi üçün xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə Binəqədi Rayon Prokurorluğuna müraciət edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsnin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndini (iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə) E.X.Mustafayev xx.xx.2022-ci il tarixindən işin araşdırılması ilə bağlı yekun qərar verilənədək işdən kənar edilməsi və işə gəlmədiyi günlər üçün əmək haqqı ödənilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC 2022-ci ilin mart ayı üçün iş vaxtı tabelinin çıxarışından görünür ki, E.X.Mustafayevə həmin ay üzrə heç bir ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərardadından görünür ki, "xxxx" MMC-nin direktoru B.M.Müslümovun vəsatəti təmin olunaraq inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, B.M.Müslümov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətinin 22 iyul 2022-ci il tarixli, İş № - **********7/22 saylım inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət məhkəmə icraatına qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, E.X.Mustafayevin şikayət ərizəsi əsasında əmək müffəttişliyinin əməkdaşları tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində "xxxx" MMC-də qənnadçı işləyən E.X.Mustafayev işdən xx.xx.2022ci il tarixdə kənarlaşdırılmış və həmin tarixli əmrə əsasən ona əmək haqqının ödənilməməsi müəyyən edilmişdir. Bundan sonra, "xxxx" MMC-nin direktoru B.M.Müslümov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə 03 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 14 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 manat məbləğində inzibati cərimə edilmiş, daha sonra şikayət əsasında həmin cərimə məbləği 700 (yeddi yüz) manata endirilmişdir. Bundan başqa, məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti tərəfindən təqdim edilmiş mart ayı üçün iş vaxtı tabelinin çıxarışından müəyyən edilmişdir ki, şikayətçi E.X.Mustafayev xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də işləmiş və ona həmin ay üzrə şikayət verdiyi günədək heç bir ödəniş edilməmişdir. Həmçinin "xxxx" MMC-nin direktoru B.M.Müslümov məhkəmə iclasında bildirmişdir ki, E.X.Mustafayevin mart ayı üçün əmək haqqısı tərəflərindən xx.xx.2022-ci il tarixdə tam şəkildə ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Viva Desserts MMC-nin direktoru B.M.Müslümov tərəfindən Əmək qanunvericiliyinin tələbləri pozularaq E.X.Mustafayev işdən kənarlaşdırılarkən onun əmək haqqı ödənilməmişdir. Həmçinin məhkəmə qeyd etməti zəruri hesab edir ki, Viva Desserts MMC-nin direktoru B.M.Müslümov məhkəmə iclasında verdiyi izahatında törətdiyi inzibati xəta hadisəsini etiraf edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsaslanmaqla inzibati xətanın törədildiyi gündən üç ay keçdiyi üçün iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə belə hesab edir ki, hazırki iş üzrə inzibati xətanın aşkar edildiyi gün vətəndaş E.X.Mustafayevin AR DƏMX-ya müraciət etdiyi, yəni 30 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, hazırki iş üzrə inzibati xəta haqqında protokol 03 iyun 2022-ci il tarixdə tərtib edilmiş, həmin protokol əsasında qərar isə qanunvericiliklə müəyyən edilmiş müddət, yəni 03 ay keçmədən 14 iyun 2022-ci il tarixdə Viva Desserts MMC-nin direktoru B.M.Müslümovun 1.000 manat məbləğində cərimə edilməsinə dair qəbul edilmiş və həmin qərar 24 iyun 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Həmçinin Viva DessertsMMC-nin direktoru B.M.Müslümov tərəfindən 14 iyun 2022ci tarixli qərardan şikayət verilmiş və həmin şikayət 22 iyul 2022-ci il tarixdə qismən təmin edilərək tətbiq edilmiş cərimənin məbləği 1.000 (bir min) manatdan 700 (yeddi yüz) manata endirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə əsasən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitəvə ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru B.M.Müslümov tərəfindən Əmək qanunvericiliyinin tələbləri pozularaq E.X.Mustafayev işdən kənarlaşdırılarkən onun əmək haqqı ödənilməmişdir. Bununla da, B.M.Müslümov barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətinin 22 iyul 2022-ci il tarixli, İş № - **********7/22 saylı qərarı qanuni və əsaslı olduğundan B.M.Müslümovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətinin 22 iyul 2022-ci il tarixli, İş № - **********7/22 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3453/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3453/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver