Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3454/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X2nun iştirakı ilə, X5 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 08 sentyabr 2022-ci il tarixli EQ seriyalı, 11276264 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 08 sentyabr 2022-ci il tarixli EQ seriyalı, 11276264 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, 08 sentyabr 2022-ci il tarixdə saat 09:29da mülkiyyətində olan “Hundai Tucson” markalı, **-CN-*** nömrəli avtomobil ilə ünvan 1 ünvanında dayanma-durmanı qadağan edən hər hansı işarə olmayan yerdə avtomobilini müvəqqəti park etmişdir. Bir müddət sonra avtomobilinə əyləşib hərəkət etdikdən sonra guya dayanma-durma qaydasını pozmağı ilə bağlı telefonuna məlumat (qərar) və fotoşəkillər ötürülmüşdür. Bununla bağlı dayanmanı qadağan edən işarənin olubolmamasına əmin olmaq üçün avtomobili ilə onu müvəqqəti park etdiyi həmin yerə qayıtmış və bəlli olmuşdur ki, inspektorun çəkdiyi dayanmanı qadağan edən yol nişanın təsiri yalnız avtomobilinə qədər olan yol kəsişməsinədəkdir. Belə ki, avtomobili yolkəsişməsindən sonra saxladığından dayanmanı qadağan edən nişan təsir qüvvəsini itirir və yol kəsişməsindən sonra, yəni park etdiyi hissədə dayanmanı qadağan edən hər hansı yol nişanı yoxdur. Bu səbəbdən dayanma qaydasının guya pozulması ilə bağlı çıxarılmış cərimə qərarı əsassız olduğundan ləğv edilməlidir. İnspekorun çəkdiyi fotolarda avtomobilin məhz dayanmanı qadağan edən yol nişanın təsiri hissəsində dayandığı görsənmir, inspektor nişan fotoşəklini ayrı çəkir, avtomobilin şəklini ayrı çəkir. Bu isə yolverilməzdir və qanuni sübut sayılmır. “X10” Qanunun 52-ci maddəsinin 1-ci bəndinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Bundan başqa inspektor elektron qərarı 2022-ci ilin mart ayında etibarnaməsini ləğv etdiyi X1 adına tərtib etmişdir. Lakin, 2017-ci ildə həmin şəxsə verdiyi etibarnaməni 2022-ci ilin mart ayında DNK-da ləğv etməyinə baxmayaraq BDYPİ-nin əməkdaşlarının məsuliyyətsizliyi və işlərinə laqeyd yanaşmaları səbəbindən sistemdə bununla bağlı düzəliş aparılmamış və nəticədə 6 aya yaxındır etibarnaməsi ləğv edilərək həmin avtomobili idarə etməyə hüququ olmayan şəxsə cərimə qərarı çıxarılmışdır. Bu da BDYPİ-nin əməkdaşları tərəfindən edilən qanunsuzluqdur. Odur ki, avtomobilin mülkiyyətçisi kimi məhkəməyə şikayət verməli olmuşdur. Məlumdur ki, “Polis haqqında Qanunun 4-cü maddəsinə görə polisin fəaliyyətinin əsas istiqamətlərinə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi aiddir. Hesab edir ki, bu “qayda pozuntusu”nu qeydə alan və qərar tərtib edən məsul vəzifəli şəxslər müəyyən edilərək “Polis haqqında Qanun”un 33-cü maddəsinə əsasən xidmət aparakən hüquqa zidd hərəkət eütdiyinə görə intizam məsuliyyətinə cəlb edilməlidir. Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2022-ci il tarixli EQ seriyalı, 11276264 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsində göstərilənlərə oxşar məzmunlu izahat verib, sonda şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 20 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozma həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Belə ki, **-CN-*** dövlət nömrə nişanlı, «HYUNDAİ TUCSON MİNİK» markalı avtomobilin xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkilləri mövcud olsa da, bu qeydə alınma zamanı avtomobilin məhz qadağanedici nişanın təsir dairəsində dayandığına dair sübutlar mövcud deyildir, törədilməsi ehtimal edilən inzibati xətanın məhz hansı yol nişanının təsiri altına düşməsi müəyyən edilmir. Bununla yanaşı şikayətin məzmunu və digər iş materialları ilə müəyyən olunur ki, sözügedən avtomobilin sahibi və istifadəçisi X7r, mülkiyyətçi tərəfindən nəqliyyat vasitəsindən istifadə edilməsi üçün X3 etibarnamə verilmişdir. Törədilməsi ehtimal edilən inzibati xətanın avtomobilin məhz X1 idarə etməsi zamanı qeydə alındığına dair isə sübutlar yoxdur. Belə olan halda, inzibati xətanın məhz X9 və ya X4 tərəfindən törədildiyi barədə qənaətə gəlmək üçün hüquqi əsaslar yoxdur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmədə şikayətə baxılarkən müvafiq tədbirlər görülməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, qərarın əsaslılığına dair sübutlarını təqdim etməmişdir. Hansı ki, qanunvericiliyin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla da, məhkəmə iclasında X5 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozması faktiki olaraq müəyyən edilməmişdir. X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməli, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 08 sentyabr 2022-ci il tarixli EQ seriyalı, 11276264 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 08 sentyabr 2022-ci il tarixli BNA seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3454/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3454/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver