Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3455/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X10 Qərardan şikayət verən şəxs: X2 vəkili X11 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 vəkili X23 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, X3 "xxxx" MMC-nin (VÖEN: **********) hazırda qanuni təmsilçisi və direktorudur. "xxxx" MMC ilə "xxxx" MMC arasında 05 fevral 2021-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən X28 Limanı və Əhmədbəyli - Füzuli-Şuşa yolunun km 34+000-51+000 hissəsinin tikintisi” ilə əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərdə işlərin görülməsi ilə bağlı işçilər üçün icazənin alınması məqsədilə "xxxx" MMC 120 nəfərlik əməkdaşının siyahısını "xxxx" MMC-yə 24 aprel 2024-cü il tarixdə təqdim edilmişdir. Həmin şəxslər üçün "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində icazə üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə müraciət edilmişdir. 16 may 2024-cü il tarixindən etibarən işçilər üçün portaldan icazə alınmışdır. 2024-cü ilin aprel ayının 24-dən may ayının 16-dək olan müddət ərzində 13 nəfər əməkdaş (X6 - xx.xx.2024, X4 -xx.xx.2024, X32 - xx.xx.2024, X7 - xx.xx.2024, X16 xx.xx.2024, X12 - xx.xx.2024, X13 - xx.xx.2024, X5 - xx.xx.2024, X17 - xx.xx.2024, X14 xx.xx.2024, X18 - xx.xx.2024, X8 - xx.xx.2024, X24 - xx.xx.2024-cü il tarixdə xitam verilmişdir) "xxxx" MMC tərəfindən işdən azad edilərək “ƏMAS sistemi”ndə əmək bildirişlərinə xitam verilmişdir. İşçilər “ƏMAS sistemi”ndən çıxarıldıqdan sonra "xxxx" MMCnin e-mail ünvanına (Elektron ünvan ) həmin işçilərin portal üçün təqdim etdikləri siyahıdan çıxarılması barədə "xxxx" MMC tərəfindən məlumat verilmişdir. Lakin məlumat verilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən həmin işçilər icazə portalından çıxarılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən “ƏMAS sistemi”ndə həyata keçirilən yoxlanış zamanı icazə portalına daxil edilmiş əməkdaşlarla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi aşkar edilməmişdir. Bu barədə 12 iyun 2024-cü il tarixdə "xxxx" MMC-yə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin pozulması ilə bağlı inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmələri barədə bildiriş təqdim edilmişdir. Həmin 13 nəfər əməkdaşın işğaldan azad olunmuş ərazilərə həqiqətən getməsi və orada çalışması barədə məsələ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən dəqiqləşdirilməmişdir. Bildiriş daxil olduqdan sonra "xxxx" MMC-yə yenidən xatırlatma edilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X20 Xidmətinin Bakı Şəhər İdarəsinin qəbul etdiyi 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən Aqşin Qələndərli Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə müvafiq olaraq 4.000 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanları nəzərə alaraq həmin qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında X23 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6, X4, X16, X7, X12, X14, X18 və X15 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə "xxxx" MMC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir; • Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinə əsasən: • xx.xx.2024-cü il tarixli, 20 saylı əmrə əsasən X7 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə; • xx.xx.2024-cü il tarixli, 23 saylı əmrə əsasən X18 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə; • xx.xx.2024-cü il tarixli, 20 saylı əmrə əsasən X12 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə; • xx.xx.2024-cü il tarixli, 20 saylı əmrə əsasən X14 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə; • xx.xx.2024-cü il tarixli, 19 saylı əmrə əsasən X16 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə; • xx.xx.2024-cü il tarixli, 19 saylı əmrə əsasən X24 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə; • xx.xx.2024-cü il tarixli, 18 saylı əmrə əsasən X4 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə; • xx.xx.2024-cü il tarixli, 18 saylı əmrə əsasən X6 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. • "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış 15 iyul 2024-cü il tarixli məktubunda qeyd olunur ki, X6, X4, X16, X7, X12, X14, X18 və X24 "xxxx" MMC-nin (VÖEN: **********) işçiləri olduğu zaman onlara portal şirkətin sifarişi ilə sifarişçi "xxxx" MMC tərəfindən açılmışdır. Həmin işçilərin əmək müqavilələrinə xitam verildikdən sonra portallarının ləğv edilməsi üçün "xxxx" MMC şirkətinə müraciət edilmişdir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6, X4, X16, X7, X12, X14, X18 və X15 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə "xxxx" MMC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilsə də, X20 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, o cümlədən işçilərlə bağlanılmış əmək müqavilələrinə 2024-cü ilin aprel və may aylarında xitam verilməsinə, habelə işçilərin ƏMAS sistemindən çıxarıldıqdan sonra "xxxx" MMC-yə həmin işçilərin portal üçün təqdim etdikləri siyahıdan çıxarılması barədə "xxxx" MMC tərəfindən məlumat verilməsinə, "xxxx" MMC tərəfindən həmin işçilərin icazə portalından çıxarılmamasına qiymət verilməmişdir. Eyni zamanda həmin işçilərin onlarla bağlanılmış əmək müqavilələrinə xitam verildikdən sonra işğaldan azad olunmuş ərazilərə gedib "xxxx" MMC-də işə cəlb olunmalarına bu şəxslərin izahatları alınıb aydınlıq gətirilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X20 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Beləliklə aydın olur ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3455/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3455/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver