Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3457/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2049/2021 saylı icra vərəqəsinə əsasən "xxxx" MTK tərəfindən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 2 otaqlı 62,60 kv.m. olan təmirli yaşayış sahəsi ilkin iddia üzrə iddiaçı X1 mülkiyyətinə verilməklə maddi ziyana görə 1.000 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq V.Məmmədovun xeyrinə ödənilməlidir. "xxxx" MTK-nın rəhbəri Şəxs tərəfindən bu icra sənəni heç bir üzrsüz səbəb olmadan icra edilmir. Eyni zamanda təqdim edilmiş materiallardan müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2049/2021 saylı qətnaməsi apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda "xxxx" MTK tərəfindən iş üzrə Ali Məhkəmənin müvafiq qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə xx.xx.2022-ci il tarixdə şikayət verilmiş, bu barədə barəsində icraat aparılan şəxs də icra məmuruna izahatında bildirmişdir. Lakin icra məmuru tərəfindən bu şikayətin icraata götürülüb-götürülməməsi halı dəqiqləşdirilməmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmçinin, o da aydın olur ki, inzibati xəta haqqında protokol barəsində icraat aparılan şəxsə bu barədə qabacadan məlumat verilmədən və müvafiq qaydada hüquq və vəzifələri izah edilmədən tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bu Məcəllənin 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda sadalanları nəzərə alaraq hesab edirəm ki, təqdim edilmiş inzibati xəta haqqında protokol qanunvericiyilin tələblərinə müvafiq halda tərtib edilmədiyi, işlə bağlı kifayət qədər sübutlar təqdim olunmadığı və bununla da mövcud çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün olmadığı üçün protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3457/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3457/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver