Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3461/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Günay Alim qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev 30, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş 16.03.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli, 16.03.2021-ci il tarixli inzibati xəta haqqında protokola görə Şəxs mülkiyyətində olan «Nissan Sunny» minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobillə 06.01.2021-ci il tarixdə saat 15:46-da inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 izahatında göstərdi ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin binasında 12 avtomobil var. Onlardan 2-si mikroavtobus, 10-u minik avtomobildir. Azərtac fasiləsiz rejimdə fəaliyyət göstərir, Azərbaycan Respublikası Prezidentinin, dövlət və hökümət qurumlarının fəaliyyətini işıqlandırır. Agentliyin avtomobilləri əməkdaşları işə gətirib-apararkən onun Bülbül prospekti 30 ünvanında yerləşən binasının qarşısında dayanır. Bu zaman yol polisi avtomobillər üçün inzibati xəta protokolları tərtib etmişdir. Halbuki, Azərtacın balansında olan avtomobillərin qeydiyyat nömrələri, markaları, onları idarə edən sürücülər haqqında məlumatı onlar hər il Nəsimi rayon Polis İdarəsinə təqdim edirlər. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 370636 saylı məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, Şəxsnə məxsus «Nissan Sunny» minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 06.01.2021-ci il tarixdə saat 15:46-da İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu 19.01.2021-ci il tarixdə həmin cəmiyyətə çatdırılmışdır. İş materiallarında olan Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin rəisinə ünvanlanmış 18.12.2020-ci il tarixli məktubdan görünür ki, Şəxs mülkiyyətində olan avtonəqliyyat vasitələrinin sürücülərinin qoşmada olan siyahıda göstərilən şəxslər olduğunu bildirmişdir. Sözügedən məktuba qoşma olaraq əlavə edilən sürücülərin siyahısında «Nissan Sunny» minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini X1 idarə etdiyi qeyd olunmuşdur. Beləliklə aydın olur ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) X7 mülkiyyətində olan «Nissan Sunny» minik markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobillə 06.01.2021-ci il tarixdə saat 15:46-da inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumat qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3461/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3461/2021
26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver