Məhkəmə qərarları › İş №3(006)-3464/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3464/2021

13.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3464/2021 13.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Sabirabad rayonu, Sarxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Sabirabad rayonu, Moranlı ərazi dairəsi, Sarxanbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 14, Karvansaray hostelində müvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 11 noyabr 2021-ci il tarixdə polis əməkdaşları 22-ci PŞ-nin ərazisində xidmətdə olduqları zaman 20:40 radələrində 99-C- 853 dövlət qeydiyyat nişanlı motoskileti idarə edən şəxsin yolun əks istiqamətdə hərəkətdə olduğu anda qarşıdan gələn avtomobil sürücünün havanı yağışlı olduğunu və düzgün idarə etməklərini xahiş etdikdə vətəndaş onlara qarşı kobud cavab vermişdir. Onlar vətəndaşa yaxınlaşıb özlərini təqdim etmiş, vətəndaşa onun törətdiyi xətaları izah etdikdə qarşıdan gələn maşınlara təhlükə yaratdığını və hadisə yerinə YPX-nin əməkdaşlarını dəvət etmək istədikdə vətəndaş onlara qarşı kobud cavab verərək və öz əməllərinə davam etməyə başlamışdır. Onlar vətəndaşı sakitçiliyə dəvət etsələr də vətəndaş PŞ-nə dəvət etsələr də vətəndaş öz əməllərinə davam edərək avtopatrula əyləşməkdən imtina etmiş və onlardan yayınmağa cəhd göstərmişdir.Vətəndaş qəsdən və bilərəkdən polisin qanuni tələblərinə məhəl qoymadığı üçün PŞ-nə gətirib Növbətçi Hissəyə təhvil verilmişdir. PŞ-də həmin şəxsin xx xxxx 1996-cı il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə rəisi R.M.Aslanov protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 11 noyabr 2021-ci il tarixdə, saat təxminən 20:40 radələrində sifariş aparan zaman Nəsimi rayonu, Bülbül prospekti və D.Əliyeva küçələrinin kəsişməsində özünə məxsus 99-C-853 dövlət qeydiyyat nişanlı motosikleti idarə edən zaman hava yağışlı olmasına görə əks istiqamətlə hərəkət etməsini nəzərə çatdırmışdır. Elə bu zaman polis əməkdaşları həmin yerə yaxınlaşıb özlərini təqdim edərək etdiyi qanunpozuntusu ilə bağlı ona irad bildirmiş, polis şöbəsinə dəvət etdikdə aralarında anlaşılmazlıq olmuş, hadisə nəticəsində polisin gəlməsinə görə narahat olmuş və polis şöbəsinə getmək istəməmişdir. Buna görə də mübahisə uzanmışdır. Həmçinin orada motoskileti olduğu üçün avtopatrula əyləşmək istəməmiş, məqsədi polisin qanuni tələbinə tabe olmamaq boyun qaçırmaq olmamış, qorxub narahat olduğu üçün aqressiv olmuşdur. Göstərilənləri, təhsil haqqına görə kuryer işləməsini, ailəsinə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin PPX-nin bölüyü polis nəfəri X2 izahatında göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə 22-ci PŞ-nin ərazisində digər polis nəfəri A.H.Hacıyev ilə xidmətdə olduqları zaman 20:40 radələrində 99-C-853 dövlət qeydiyyat nişanlı motoskileti idarə edən şəxsin yolun əks istiqamətdə hərəkətdə olduğu anda qarşıdan gələn avtomobil sürücünün havanı yağışlı olduğunu və düzgün idarə etməklərini xahiş etdikdə vətəndaş onlara qarşı kobud cavab vermişdir. Onlar vətəndaşa yaxınlaşıb özlərini təqdim etmiş, vətəndaşa onun törətdiyi xətaları izah etdikdə qarşıdan gələn maşınlara təhlükə yaratdığını və hadisə yerinə YPX-nin əməkdaşlarını dəvət etmək istədikdə vətəndaş onlara qarşı kobud cavab verərək və öz əməllərinə davam etməyə başlamışdır. Onlar vətəndaşı sakitçiliyə dəvət etsələr də vətəndaş PŞ-nə dəvət etsələr də vətəndaş öz əməllərinə davam edərək avtopatrula əyləşməkdən imtina etmiş və onlardan yayınmağa cəhd göstərmişdir. Vətəndaş qəsdən və bilərəkdən polisin qanuni tələblərinə məhəl qoymadığı üçün PŞ-nə gətirib Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Nəsimi RPİ-nin PPX-nin bölüyü polis nəfəri X3 ondan əvvəl izahat vermiş şahid E.Ə.Məmmədzadənin izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 11 noyabr 2021-ci il tarixli, AB 150828 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 11 noyabr 2021-ci il tarixdən, saat 22:10-dan məhdudlaşdırılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 11 noyabr 2021-ci il tarixdə, saat 20:40 radələrində özünə məxsus olan 99-C-853 dövlət qeydiyyat nişanlı motosikleti idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarının xidmət maşını ilə polis şöbəsinə gətirilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar