Məhkəmə qərarları › İş №3(006)-3474/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3474/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3474/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Göyçay rayonu, Çərəcə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Çərəkə Ə/D, Çərəcə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs 28 mart 2023-cü il tarixdə idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti istiqamətindən gəlib “Koala” parkını keçdikdən sonra Ənvər Qasımzadə küçəsinin kəsişməsində sola dönən vaxt ehtiyatsızlıq edərək piyada keçidində işıqforun yaşıl işığında piyada yolu keçən vaxt Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetrilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, 28 mart 2023-cü il tarixdə idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti istiqamətindən gəlib “Koala” parkını keçdikdən sonra Ənvər Qasımzadə küçəsinin kəsişməsində sola dönən vaxt ehtiyatsızlıq edərək piyada keçidində işıqforun yaşıl işığında piyada yolu keçən vaxt Zərərçəkmiş şəxs vuraraq sonuncuya xəsarət yetirmişdir. O, avtomobildən düşərək zərərçəkmiş şəxsə yardım göstərməyə çalışmış və ilk öncə sonuncunu 5 saylı xəstəxanaya, daha sonra isə travmatologiya xəstəxanasına aparmışdır. Aparılmış müayinələrdən sonra ona ciddi xəsarət olmadığını bildirmişlər və zərərçəkmiş şəxs evə buraxılmışdır. Lakin sonradan zərərçəkmiş şəxsin qardaşı ona zəng vuraraq 2000 manat məbləğində pul tələb etmiş, o da həmin məbləği ödəmək imkanının olmadığını bildirmişdir. Daha sonra onun barəsində polisə şikayət olunmuşdur. Qeyd olunanları və özünün “Vətən müharibəsi” iştirakçısı olmasını nəzərə alaraq, barəsində cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsin Nəsimi rayon şöbəsindən daxil olmuş 02 may 2023-cü il tarixli, 396 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs 28 mart 2023-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ-yə müraciət edərkən onun bədənində aşkar edilmiş xəsarət – sağ ayağın İV barmağının proksimal falanqasının yerdəyişməyən natamam xətti sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən qəbul edilmiş 04 may 2023cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK- 279 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə inspektoru X1 tərəfindən tərtib edilmiş 11 may 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə tərəfindən Şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilir. Məhkəmə tərəfindən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar