Məhkəmə qərarları › İş №3(006)-348/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-348/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-348/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 iştirakları ilə X2 Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X4 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ona tanımadığı mobil nömrədən zəng gəlmiş və onu Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 24-cü otağına çağırmışlar. O, həmin yerə gedəndə ona bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “CHEVROLET LACETTİ” markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində yol hərəkəti qaydasını pozmuşdur. Ona kamera görüntüləri göstərilmiş və bildirilmişdir ki, bu cəriməni indi ödəməlidir. O isə etirazını bildirmiş və xüsusi texniki vasitə ilə qeydiyyata alınmış qayda pozuntusunun ünvana göndərilməli olduğunu demişdir. Buna baxmayaraq onun barəsində arxa tarixlə protokol tərtib edilmişdir. O, bununla bağlı şikayət edəcəyini bildirmişdir. Lakin həmin protokol əsasında qərar qəbul edilmişdir. O, barəsində qəbul edilmiş qərarlardan məhkəməyə şikayətlə müraciət etmiş və onun şikayətləri təmin olunmuşdur. Daha sonra ona zəng edib Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə dəvət etmişlər. O təkrar olaraq qayda pozuntusunun tam görüntüsünü istəsə də, ona sübut göstərilməmiş, əvəzində ondan protokolu yenidən yazmamaq üçün 100 manat pul istəmişlər. Qeyd olunanları nəzərə alaraq Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında X4 bildirdi ki, o, inzibati tənbeh vermə haqqında qərardan əvvəllər də məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə şikayətləri qismən təmin olunsalar da, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən əlavə heç bir araşdırılma aparılmadan həmin inzibati tənbeh vermə haqqında qərarın sadəcə tarixi dəyişdirilərək yeni tarix və fərqli seriya nömrəsi ilə qərar qəbul edilmişdir. Şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 3(006)- 4038/2024 saylı qərarına əsasən X2 şikayəti qismən təmin edilmiş, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Həmin qərarda qeyd olunur ki, məhkəmə iclasında şikayət vermiş şəxs X4 Bakı şəhər X8 İdarəsinin nümayəndəsinin təqdim etdiyi videogörüntü ilə bağlı əlavə məlumat verərək bildirmişdir ki, onun tərəfindən törədilməsi iddia olunan inzibati xəta ilə bağlı videogörüntünün əvvəlinin, yəni videogörüntüdə görünən yolun təxminən 100-150 metr əvvəlinin görüntüsü təqdim edilməmişdir. Məhkəmə iclasında Bakı şəhər X8 İdarəsinin nümayəndəsi X3 videogörüntüdə görünən yolun təxminən 100-150 metr əvvəlinin görüntüsü ilə bağlı görüntülərin olmadığını bildirmişdir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 3(006)- 4745/2024 saylı qərarına əsasən X2 şikayəti qismən təmin edilmiş, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Həmin qərarda qeyd olunur ki, qərarı barəsində şikayət verilmiş Bakı şəhər X8 İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, iş materialları ilə tanış olmuş, verilmiş şikayəti əsassız hesab edir. Belə ki, “Chevrolet Lacetti” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli hərəkət yoluna çıxaraq nəqliyyat axınının əksinə hərəkət etmişdir. Bununla bağlı şikayətin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş edir. Buna dair görüntü var, həmin görüntünü məhkəməyə təqdim edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir; • Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2024-cü il tarixdə, saat 09:23-də Bakı şəhəri, K.Səfərəliyeva küçəsində “CHEVROLET LACETTİ” markalı, **-PV-*** dövlət qeydiyyatlı nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi üzrə təqsirli bilinib 150 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, hazırki inizbati xəta ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən 16 sentyabr və 14 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə barədə qərarlar X2 iştirakı olmadan və zəruri araşdırma aparılmadan qəbul edilmiş, bu səbəbdən də bu qərarlar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq olaraq 17 oktyabr və 28 noyabr 2024-cü il tarixli qərarları ilə ləğv edilmiş və qanunvericiliyin tələblərinə əməl olunması üçün iş baxılması məqsədi ilə səlahiyyətli orqana göndərilmişdir. Lakin Bakı Şəhər X9 İdarəsi tərəfindən buna əhəmiyyət verilməmiş, barəsində icraat aparılan şəxsin iştirakı olmadan 08 yanvar 2025-ci il tarixdə yenidən qərar qəbul edilmiş, bu zaman heç bir araşdırma aparılmamış, bilavasitə hadisəni müşahidə etməyə imkan verən video görüntülər həm bu məhkəmə prosesinə, həm də əvvəlki şikayətlər üzrə baxılmış məhkəmə proseslərində təqdim edilməmişdir. Təqdim edilmiş görüntülər isə yolun təxminən 100-150 metr əvvəlinin görüntüsü olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Göründüyü kimi, qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan, şikayət vermiş şəxsin törətdiyi xətaya dair gətirdiyi dəlillər tam yoxlanılmadan, əvvəlki məhkəmə qərarlarında göstərilən nöqsanlar aradan qaldırılmadan əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş 08 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar