Məhkəmə qərarları › İş №3(006)-3480/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3480/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3480/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qarayev Fuad Novruzəli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində idarə etdiyi “Şkoda Fabia” markalı, **-GR- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə soldan ikinci zolaqla düzünə hərəkət edərək həmin küçə ilə S.Əsgərova küçəsinin kəsişməsinə çatıb sola dönmə əməliyyatı etmək istəyərkən ehtiyatsızlıqdan manevr etmə qaydalarını pozması nəticəsində R.Behbudov küçəsində ondan arxada soldan birinci zolaqla düzünə hərəkətdə olan sürücü X2 etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Zərbənin təsirindən “Toyota” markalı avtomobil R.Behbudov küçəsində yol kənarında quraşdırılmış svetafora, daha sonra X1 Mərkəzinə məxsus müşahidə kamerasına dəyərək zədələmiş və nəticədə sürücü X3 dərəcəsi təyin edilməyən bədən xəsarətinin, sonuncunun idarə etdiyi avtomobilin sərnişini Zərərçəkmiş şəxs yüngül bədən bədən xəsarətinin yetirilməsinə səbəb olan zəncirvari yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin “Cinayət işinin başlanması rədd olunması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə razı olmadığı üçün ondan şikayət verəcəkdir. Buna görə də inzibati xəta haqqında materialın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə və zərər çəkmiş şəxslərə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin “Cinayət işinin başlanması rədd olunması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə razı olmadığı üçün ondan şikayət verəcəkdir. Bu səbəbdən də həmin qərar əsasında tərtib edilmiş inzibati xəta haqqında protokola hazırki mərhələdə baxılması mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar