Məhkəmə qərarları › İş №3(006)-3487/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3487/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3487/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında X3 Xidmətinin protokolu tərtib etmiş: nümayəndəsi Nümayəndə1 oğlunun Zərər çəkmiş şəxs: Şahid1 oğlunun Barəsində inzibati xəta Şəxs MMC-nin haqqında iş üzrə icraat nümayəndələri Vəkil aparılan: Nümayəndə2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 191, mənzil 26; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC tərəfindən vətəndaş Şahid1 2024-cü ilin may ayının 06-dan 14-dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, Şahid1 xx.xx.2024-cü il tarixdə X3 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edilərək xx.xx.2024cü il tarixdən Şəxs MMC-də əmək fəaliyyətinə cəlb edilməsini, lakin onunla əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən bağlanılmasını və xx.xx.2024-cü il tarixdə müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən xitam verildiyini, vəzifə maaşının 700 manat qeyd olunmasına baxmayaraq işəgötürən tərəfindən şifahi olaraq bundan əlavə məbləğdə (plana görə işlədiyi üçün) pul veriləcəyini, lakin iyun ayı üzrə işlədiyi və təqdim etdiyi plana görə əldə etdiyi əmək haqqının məbləğinin düz hesablanmadığını, qeyri-iş gününün olmasına baxmayaraq “Qurban bayramı”nda da işə cəlb edildiyini, artıq işlədiyinə görə əmək haqqı ilə təmin olunmadığını, müqaviləyə xitam verildikdən sonra son haqq-hesabının ödənilmədiyini göstərmişdir. Müraciət üzrə aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şahid1 Şəxs MMC-də faktiki olaraq 2024-cü ilin may ayının 06-dan işə cəlb edilsə də, onunla əmək müqaviləsi həmin ayın 14-də bağlanılmış, bununla da işçi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil izahatında göstərdi ki, MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol yalnız Şahid1 və onun yaxın dostu, hal-hazırda birlikdə işlədikləri X1 izahatları əsasında tərtib edilmişdir. Onlar əvvəllər 15 gün, 01 ay, 03 ay, 06 ay və s. müddətlərdə 7-8 iş yerində işləmişdir. Protokolda MMC-nin Şahid1 06 may 2024-cü il tarixdən işə cəlb etdiyi, lakin əmək müqaviləsini 14 may 2024-cü il tarixdən rəsmiləşdirdiyi qeyd olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 81-1.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Həmin Məcəllənin 81-1.2-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir. Elektron informasiya sistemindən görünür ki, Şahid1 əvvəlki iş yerindən 08 may 2024-cü il tarixdə çıxmış və onun əmək müqaviləsinə xitam verilmişdir. Bu hal özü-özlüyündə MMCnin Şahid1 06 may 2024-cü il tarixdən işə cəlb etmə imkanını istisna edir. Protokol tərtib edilərkən bu hala diqqət yetirilməmişdir. Digər tərəfdən Şahid1 və H.Əhmədzadə MMC ilə qərəzli münasibətdədir, hər ikisi işdən çıxmış və hazırda birlikdə başqa şirkətdə çalışırlar. Şahid1 izahatından da görünür ki, sonuncu guya onun mümkün olan bütün əmək hüquqlarının pozulduğunu (əmək haqqının rəsmi verilmədiyini, 01 ay işlədiyi halda məzuniyyətə çıxmadığını və s.) bildirmişdir. Şəxs MMC ilə Şahid1 arasında xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlanılmış və o bu tarixdən də müvafiq işlərin görülməsinə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış icraata xitam verilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Şahid1 MMC-də xx.xx.2024-cü il tarixədək qeyri-rəsmi olaraq işləməmişdir. MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilməmiş işçi ilə əmək münasibətləri yaratmır. Şahid1 rəsmi olaraq işə qəbul olunduqdan sonra əvvəlki işçi Rauf Babazadədən ona təhkim edilmiş ərazini qəbul etmiş və bununla bağlı təhvil-təslim aktı imzalamışdır. Daha sonra o, MMCnin satış hədəflərini yerini yetirmədiyi üçün onunla tabe olduğu şöbə müdirləri tərəfindən işlədiyi müddət ərzində bir neçə dəfə olaraq söhbətlər aparılmış, lakin Şahid1 ona təyin olunan vəzifə funksiyalarını yerinə yetirməmiş və öz ərizəsi ilə işdən azad olunmaq istəmişdir. Buna görə də onunla MMC arasında olan əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra Şahid1 MMC-yə qarşı qərəzli olaraq düşmənçilik edərək X3 Xidmətinə yalan məlumat verərək qeyri-rəsmi olaraq işlədiyini bildirmişdir. Şahid1 qeyd etdiyi tarixlərdə onun digər şirkətdə rəsmi olaraq aktiv əmək müqaviləsi mövcud olmuşdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Şahid1 izahatında göstərdi ki, o, əvvəllər çox yerlərdə işləməmiş, 13 ilə yaxın da “Cahan” holdinqdə çalışmışdır. Hikmət Əhmədzadəni də orada işlədiyi vaxtdan tanımış və sonra hər ikisi də Şəxs MMC-də işləmişlər. Onun əvvəlki iş yerindən işdən azad olunması barədə əmr 08 may 2024-cü il tarixdə verilsə də, o, bu iş yerinə faktiki olaraq mayın əvvəlindən getməmiş və may ayının 06-dan Şəxs MMC-də işə başlamışdır. Razılşamaya əsasən onun əmək haqqısı 700 manat olsa da, qoyulmuş plan üzrə sifarişləri yerinə yetirdiyi təqdirdə ona əlavə olaraq bonuslar veriləcəkdir və beləliklə aylıq qazancı 1700-1800 manat civarında olacaqdır. Eyni zamanda ona bildirilmişdir ki, əvvəlki işçi Rauf Babazadədən ona təhkim olunmuş Nərimanov rayonu üzrə ərazini qəbul edərək sifarişləri qəbul etməli və qoyulmuş aylıq planı yerinə yetirməlidir. O da həmin gündən etibarən verilən tapşırığa uyğun olaraq ona həvalə edilmiş müvafiq ərazidə olan mağazalarla tanış olmuş və daha sonra bu obyektlərdən məhsulların sifarişlərini götürüb aidiyyəti üzrə anbara ünvanlamışdır. Anbardan da bu məhsullar şirkətin digər işçiləri vasitəsilə həmin obyektlərə çatdırılmış və qaimələrdə onun adı qeyd olunurdu. xx.xx.2024-cü il tarixdə isə onunla rəsmi olaraq əmək müqaviləsi bağlanılmışdır. Lakin, MMC-də bir müddət işlədikdən sonra ona hesablanmış əmək haqqısının az olduğunu görüb bunun səbəbləri barədə bölmə rəhbəri Şahid2 müraciət etmiş, sonuncu da onun doğru dediyini və məsələni həll edəcəyini söyləsə də, bu öz həllini tapmadığı üçün o, işdən ayrılmaq qərarına gəlmiş və rastlaşdığı problemlə əlaqədar X3 Xidmətinə şikayət etmişdir. Onu da qeyd edir ki, obyektlərdən qəbul etdiyi sifarişlər onun telefonuna şirkət tərəfindən yüklənilmiş xüsusi proqram vasitəsilə onlayn həyata keçirilmiş və işdən çıxarkən MMC tərəfindən onun telefonuna yazılmış xüsusi proqram silinsə də, qəbul etdiyi sifarişlərin və malların təhvilinə dair bəzi sənədlərin çəkilmiş şəkilləri onun telefonunda qalmışdır. Hazırda bu sənədləri məhkəməyə təqdim edir. Eyni zamanda vurğulayır ki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktındakı imza ona məxsus deyil. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, o, Şəxs MMC-də bölmə rəhbəri vəzifəsində işləyir. Şahid1 şirkətdə satış təmsilçisi vəzifəsində işləyən işçi tanımış və onun 2024-cü ilin may ayının 14-dən işə başladığını bilmişdir. Bir müddətdən sonra Şahid1 ona müraciət edərək əmək haqqısının düz hesablanmadığını demiş, o da bununla əlaqədar mühasibatlıqla maraqlanmış və ödənişin düzgün hesablanıldığı deyilmişdir. İş materiallarında olan: • Şahid1 xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə ərizə ilə müraciət edərək həmin tarixdən ticarət nümayəndəsi vəzifəsi üzrə işə qəbul edilməsini xahiş etmişdir; • Şahid1 tərəfindən xx.xx.2024-cü il tarixdə X3 Xidmətinə ünvanlanmış müraciətdə göstərilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-də əmək fəaliyyətinə cəlb edilsə də, əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış və xx.xx.2024-cü il tarixdə müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” (tərəflərdən birini təşəbbüsü) bəndinə əsasən xitam verilmişdir. İşçi ilə müqavilə bağlanarkən müqavilədə vəzifə maaşının 700 manat qeyd olunmasına baxmayaraq, işəgötürən tərəfindən şifahi olaraq təqdim olunan məlumata əsasən qeyd olunan əmək haqqından əlavə məbləğlə (plana görə işlədiyi üçün) təmin olunmalı idi. Lakin iyun ayı üzrə işlədiyi və təqdim etdiyi plana görə əldə etdiyi əmək haqqının məbləği qeyd olunan məbləği əhatə etmir. Eyni zamanda əmək müqaviləsində işçinin iş rejimi 5 günlük qeyd olunsa da, “Qurban bayramı” ilə əlaqədar olaraq istehsalat təqvimində göstərilən qeyriiş günlərində də işçi əmək fəaliyyətinə cəlb edilmiş, lakin artıq işlədiyinə görə əmək haqqı ilə təmin olunmamış, müqaviləyə xitam verildikdən sonra son haqq-hesabı ödənilməmişdir; • Şahid1 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də satış təmsilşisi vəzifəsində işləmişdir. İşlədiyi dövrdə məzuniyyət hüququndan istifadə etməmişdir. Əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmiş, lakin son haqq-hesabı düzgün hesablanıb ödənilməmişdir. Eyni zamanda, əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixdə başlamasına baxmayaraq onunla əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanılmışdır. Həmçinin əmək haqqı da gecikdirilərək ödənilməmişdir. Onun işlədiyi dövrdə əmək haqqısı 700 manatdan çox hesablanmalıdır. Bununla bağlı əmək haqqı hesablanması cədvəlini araşdırmaya təqdim edir. Həmin cədvəl 2024-cü ilin 01 iyun ayının əmək haqqı hesablama cədvəlidir; • X1 xx.xx.2024-cü il tarixli izahatında qeyd olunur ki, o, 2024-cü il yanvar ayından Şəxs MMC-də işləmiş, xx.xx.2024-cü il tarixdə işdən azad olmuşdur. Şahid1 xx.xx.2024-cü il tarixdən həmin Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. O, 2024-cü ilin may ayının 06-dan iyul ayının 01-dək Şahid1 hər gün “X4“MMC-də işə gəlib-getməsinin şahidi olmuşdur; • Şahid1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli sifariş blanklarının surətlərindən görünür ki, “Market: GRM74 (Nerimanov)” və “Market: GRM17 (Fresco7)” qeydləri olan obyektlərdən müvafiq olaraq saat 11:45 və 14:26 göstərilmiş vaxtlarda “7 Gözəl”, “İvanovka”, “Sevgilim” və “Sevinc” markalı çaxırların sifarişləri qəbul olunmuşdur; • X4” MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının surətinə əsasən bu sənədi Rauf Babazadə və Şahid1 imzalayıblar; • Şəxs MMC üzrə “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, 854 saylı əmrə əsasən ticarət nümayəndəsi vəzifəsində işləyən Şahid1 Ramiz oğlu ilə bağlanılmış xxxxxxx000700 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər istifadə edilməmiş 04 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, müəyyən olunur ki, Şahid1 Şəxs MMC-də 2024-cü ilin may ayının 06-dan işə satış təmsilçisi kimi cəlb edilərək ona müvafiq ərazilər təhkim olunmuş və o, həmin tarixdən də aidiyyəti mağazalardan məhsulların sifarişlərini telefonuna quraşdırılmış xüsusi proqram vasitəsilə qəbul edərək şirkətin anbarına göndərməyə başlamışdır. May ayının 14-dən isə onunla rəsmi əmək müqaviləsi bağlanılmışdır. Bu fakt həmin şəxsin izahatı, habelə xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də işləyən X1 X3 Xidmətinə vermiş olduğu izahatı ilə, habelə Şahid1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli sifariş blankları ilə təsdiq olunur. Barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndələri isə bunu qəti surətdə inkar edə biləcək və inandırıcı dəlilləri məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinə (hadisə baş verən vaxtı qüvvədə olan redaksiyası) görə: • Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (3-cü maddə); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7-ci maddənin 2-ci hissəsi); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (49cu maddənin 1-ci hissəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar