Məhkəmə qərarları › İş №3(006)-35/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-35/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-35/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Zərər çəkmiş şəxsin “Femida” Vəkil bürosunun vəkili nümayəndəsi: X1 iştirakları ilə xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Gülüstan qəs., ev 7, mənzil 53-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 15.12.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08.11.2021-ci il tarixdə, saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Ravon Nexia R-3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə üzü 28 May küçəsi istiqamətində hərəkətdə olarkən Azadlıq prospekti, 192 saylı ünvanda yerləşən “Krevetka” restoranının qarşısına çatdıqda solda dayanmaqdan ötrü hərəkət etdiyi orta zolaqdan sola dönmə işıqlarını yandırmaqla sol birinci zolağa keçmək istəyərkən ehtiyatsızlıq nəticəsində sol tərəfində ikinci zolaqla hərəkətdə olan sürücü X2 idarə etdiyi “Hyundai Grandeur” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Ravon Nexia R-3” markalı nəqliyyat vasitəsi yarıdönmüş vəziyyətdə olarkən ön hissəsi ilə onun arxa hissəsindən toqquşmuş və bunun nəticəsində “Ravon Nexia R-3” markalı avtomobilin hərəkət sürəti artaraq qarşıya hərəkət edib yolun sol kənarında səkinin üzərinə çıxması nəticəsində orada dayanmış piyada Zərərçəkmiş şəxs maşının ön hissəsi ilə vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol- nəqliyyat hadisəsini törətmişdir. Aparılmış araşdırma nəticəsində Şəxsnın törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Babək Mirzəyevin 10.12.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxsnın əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X6 izahatında bildirdi ki, Zərərçəkmiş şəxs 08.11.2021-ci il tarixdə, saat 22:30 radələrində Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Krevetka” restoranında olmuş və evə getmək üçün “Bolt” taksi xidmətindən həmin ünvanın qarşısına taksi sifariş vermişdir. Təxminən bir neçə dəqiqə sonra sifarişə gələn “Ravon Nexia R-3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü çatdığını bildirdikdə o, restoranın qarşısına çıxaraq səkinin kənarında dayanıb taksinin dayandığı yerə gəlməsini gözləmişdir. Elə həmin vaxtda sifarişə gələn taksi sürücüsü orta zolaqdan sola zolaqları dəyişməklə ona tərəf gəldikdə arxadan hərəkətdə olan “Hyundai Grandeur” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxdığı üçün toqquşma baş vermiş və bu zaman “Ravon Nexia R-3” markalı avtomobil ona tərəf gəlib səkinin üzərinə çıxaraq ön hissəsi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs baş, alın, sifət və bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Hadisə yerindən onu “Hyundai Grandeur” markalı avtomobilin sürücüsü xəstəxanaya aparmış, tibb yardım göstərildikdən sonra stasionar müalicəyə yerləşdirilmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs əlində olan 2.900 manat dəyərində “Samsung S21 Ultra 5G” markalı mobil telefon yerə düşüb sınaraq yararsız olmuşdur. X3 tərəfindən Zərərçəkmiş şəxs vurulmuş heç bir zərər ödənilməmiş, ona ən ağır tənbehin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və digər zərər çəkmiş şəxs X7 məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 08.11.2021-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə ünvan 1 ünvanda baş vermişdir; - 09.11.2017-ci il tarixli, AE seriyalı, 123454 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; - AD 131250 saylı, 17.01.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R-3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi “AZƏRMAŞ MMC-dir və bu avtomobil 18.09.2021-ci il tarixli etibarnamə ilə 18.11.2021-ci il tarixədək idarə edilməsi üçün Şəxs verilmişdir; - AC 188869 saylı, 09.12.2014-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Grandeur” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Nəsimi rayon şöbəsinin 06.12.2021-ci il tarixli, 1115 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs Məmmədrəhim oğlunun bədənində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ əlin İİ barmağın proksimal falanqasının qapalı, yerdəyişməyən sınığı, sağ qaş və sağ gözün üst qapağının, sağ gözaltı nahiyənin, sağ əlin arxa səthinin və sağ budun yuxarı 1/3-nin bayır səthinin qançırları, alın nahiyəsinin sağ yarısının dərialtı hematoması və sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 08.11.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. S.Rəhimovun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı piyada qismində avomobillə vurulması nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin V hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxsnın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxsnın şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar