Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3500/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci Ərazi X9 İdarəsinin 15 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci Ərazi X9 İdarəsinin 15 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 9A ünvanda yaşayan, X1 xx.xx.2022-ci il tarixli, i-0029 saylı müraciətinə əsasən FHN-in X9 Xidmətinin 2-ci ərazi X9 İdarəsinin əməkdaşları X7 və X8 yuxarıda göstərilən ünvanda qazanxananın yanğın-texniki müayinəsi aparılmış və bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixində akt tərtib etmişlər. Ona məlumdur ki, yoxlamanın nəticəsi ilə əlaqədar olaraq FHN-nin yuxarıda qeyd edilən əməkdaşları tərəfindən aşkar olunmuş yanğın təhlükəsizlik qaydalarının pozuntusuna görə inzibati protokol tərtib edilmiş, lakin qeyd edilən protokol ona təqdim olunmamış, onun məzmunu ilə tanış olmamışdır. xx.xx.2022-ci il tarixdə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2ci ərazi X9 idarəsi tərəfindən ona 37/R-02789 saylı bildiriş təqdim olunmuşdur. Orada barəsində İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair 2715 saylı işin baxılmasında iştirak etmək üçün 15 avqust 2022-ci il tarixində X9 Xidməti 2-ci ərazi X9 idarəsinə çağırıldığı qeyd olunmuşdur. 15 avqust 2022-ci il tarixində qeyd edilən idarəyə gəlmiş, orada ona idarənin inspektoru Fərhad Əliyev tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 9A ünvanda yerləşən yaşayış binasında yanğın təhlükəsizlik qaydalarının pozulmasına görə İXM-in 518.1-ci maddəsi ilə, vəzifəli şəxs qismində 150 manat məbləğində cərimə olunacaqdır. Bu barədə Qərarın surətini inspektor Fərhad Əliyev ona 16 avqust 2022-ci il tarixində təqdim etmişdir. Həmin Qərardan görünür ki, hansı səbəbə görə ona 150 manat məbləğində cərimə tətbiq olunmuşdur. O, qərarda göstərilən cərimə məbləğini ödəməyə hazır olmuş və gözləmişdir ki, avqust ayı üçün əmək haqqını aldıqdan sonra, cəriməni ödəsin. Sonradan məlum olmuşdur ki, o, İXM-in 518.1-ci maddəsinə əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarın subyekti deyil. Qeyd edir ki, o, Vaqif prospekti 9A ünvanda yerləşən çoxmənzilli yaşayış binasının komendantıdır, fəaliyyəti isə binada inzibati idarəçiliyin və nəzarətin təşkili funksiyasını həyata keçirməkdir, yəni vəzifəli şəxs deyil. Bu baxımdan da, hesab edir ki, qərarda qeyd edilən cəriməni ödəməli deyil. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci Ərazi X9 İdarəsinin 15 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci Ərazi X9 İdarəsinə lazımi qaydada məlumat verilsə də, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci Ərazi X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X2 Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. İşin faktiki hallarından göründüyü kimi X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanıldıqdan sonra qərar qəbul edilərkən X3 yanğından məsul şəxs olmaması nəzərə alınmamış, inzibati orqan tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 15 avqust 2022-ci il tarixli ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci Ərazi X9 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.1-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X6 barəsində səlahiyyətli şəxs Nicat Məmmədovun gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, yəni işə baxılaraq qərar qəbul edilərkən yanğına məsul şəxsi dəvət edlib dindirməklə həmin şəxs aydınlaşdırmamışdır. Belə olan halda, X3 şikayəti qismən təmin edilməklə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci Ərazi X9 İdarəsinin 15 avqust 2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün 2-ci Ərazi X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci Ərazi X9 İdarəsinin 15 avqust 2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 2-ci Ərazi X9 İdarəsinə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3500/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3500/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver