Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3500/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İş № 3(006)-3500/2023 QƏRAR 13 iyul 2023-cü il Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-7263/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1.672,36 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Borclunun icra sənədi üzrə tələbi bugünə kimi icra etməməsi icra sənədinin icrasından qərəzli olaraq yayınmasıdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru R.İ.Şıxəliyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 464/2023 saylı icra sənədinə əsasən Şəxs “Samsung Galaxy A32” markalı telefonun ödənilməyən məbləği qismində 570 manat, dövlət rüsumlarının əvəzi qismində 75 manat olmaqla cəmi 654 manat alınaraq S.N.Aslanova ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmış, tələbin könüllü icra barədə bildiriş həmin tarixdə borcluya göndərilsə də sonuncu həmin bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-7263/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 525.80 AZN ödənilməmiş hissə, 52.20 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 961.40 AZN ödənilməmiş hissə, 96.60 AZN məbləğində borc və 36,36 AZN məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022ci il tarixli qərarla başlanılmış, tələbin könüllü icra barədə bildiriş həmin tarixdə borcluya göndərilsə də sonuncu həmin bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Tərəfindən borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlakın olub-olmaması barədə müvafiq qurumlara sorğu verilmiş, lakin hər hansı əşya aşkar edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. Borclu barəsində xx.xx.2022-ci il tarixli qərarla axtarış elan edilmiş və Nəsimi RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə icra şöbəsinə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru R.İ.Şıxəliyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya bugün təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun icra sənədlərindən məlumatı olmamışdır. Belə ki, həmişə əmək fəaliyyəti ilə məşğul olmuşdur, lakin səhhətində problem yarandığından işdən çıxmışdır, buna görə də kredit ödənişlərini edə bilməmişdir. Borcunu tam ödəməyə hazırda maddi imkanı yoxdur, lakin vaxt verilsə hissə-hissə ödənişlər edə bilər. Həmçinin icra sənədi üzrə icraata başlanma haqqında qərar və tələbin könüllü icra edilməsi barədə bildirişi ona çatmamış, yalnız bugün əldə etmişdir. Göstərilənləri, icra sənədi üzrə icraata başlanması barədə məlumatlı olmamasını, yaranmış borcu hissə-hissə ödəyəciyini və qadın olmasını nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar S.N.Aslanov bildirmişdir ki, icra sənədi üzrə müəyyən edilmiş məbləğin ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq borclunun barəsində inzibati həbsin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-464/2023 saylı icra sənədindən görünür ki, Şəxs “Samsung Galaxy A32” markalı telefonun ödənilməyən məbləği qismində 570 manat, dövlət rüsumlarının əvəzi qismində 75 manat olmaqla cəmi 654 manat alınaraq S.N.Aslanova ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata həmin tarixdə başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, həmin bildirişi borclu Şəxs xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 7263/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 525.80 AZN ödənilməmiş hissə, 52.20 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 961.40 AZN ödənilməmiş hissə, 96.60 AZN məbləğində borc və 36,36 AZN məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata həmin tarixdə başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, həmin bildirişi borclu Şəxs xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. İş materiallarında olan Nəsimi rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtaış elan edilmişdir. İş materiallarında olan müvafiq qurumlardan olan elektron çıxarışlardan görünür ki, borclu Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlak qeydə alınmamışdır. İş materiallarında olan Nəsimi RPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-464/2023 saylı icra sənədinə əsasən Şəxs “Samsung Galaxy A32” markalı telefonun ödənilməyən məbləği qismində 570 manat, dövlət rüsumlarının əvəzi qismində 75 manat olmaqla cəmi 654 manat alınaraq S.N.Aslanova ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla başlanılmış, tələbin könüllü icra barədə bildiriş həmin tarixdə borcluya göndərilsə də sonuncu həmin bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-7263/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 525.80 AZN ödənilməmiş hissə, 52.20 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 961.40 AZN ödənilməmiş hissə, 96.60 AZN məbləğində borc və 36,36 AZN məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, tələbin könüllü icra barədə bildiriş həmin tarixdə borcluya göndərilsə də sonuncu həmin bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Tərəfindən borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlakın olub-olmaması barədə müvafiq qurumlara sorğu verilmiş, lakin hər hansı əşya aşkar edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. Borclu barəsində xx.xx.2022-ci il tarixli qərarla axtarış elan edilmiş və Nəsimi RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə icra şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədindən məlumatı olmamış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icra edilməsi haqqında bildiriş ona göndərilməmiş, yalnız bugün icra şöbəsinə gətirildikdən sonra ona qərar və bildiriş ona təqdim edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi borclu Şəxs məlumatlı olmadığı icra sənədi üzrə borcun ödənişindən qərəzli olaraq yayınmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3500/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3500/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver