Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3501/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi hüquqi şəxsin nümayəndəsi: Nümayəndə2 iştirakları ilə "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 7, mənzil 23; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə "xxxx" MMC 21.430,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, "xxxx" MMC ilə Şri-Lankada fəaliyyət göstərən “EMERALD SHİPPİNG LİNE COMPANY (PVT) LTD” şirkəti arasında xx.xx.2022-ci il tarixli, AK01.02 saylı yük daşıma haqqında müqavilə imzalanmışdır. Bu müqavilə üzrə MMC-nin "xxxx" ASC-də olan hesabından həmin şirkətə xx.xx.2022-ci il tarixli, ESLDN********** saylı invoys üzrə xx.xx.2022-ci il tarixdə 21.430,00 ABŞ dolları məbləğində pul göndərilmişdir. Lakin, sonradan “EMERALD SHİPPİNG LİNE COMPANY (PVT) LTD” şirkəti yük göndərən şirkətdən ödənişi aldığı üçün hazırki köçürmə ilə bağlı pulu müvafiq xərclər çıxılmaqla geri qaytarmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda qeyd olunur ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə ölkə xaricinə 21.430,00 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən "xxxx" MMC tərəfindən Şri-Lankada fəaliyyət göstərən “EMERALD SHİPPİNG LİNE COMPANY (PVT) LTD” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli, AK01.02 saylı müqavilə ilə bağlı xx.xx.2022ci il tarixli, ESLDN********** saylı invoys üzrə qabaqcadan ödəniş kimi xx.xx.2022-ci il tarixdə 21.430,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; • "xxxx" MMC ilə “EMERALD SHİPPİNG LİNE COMPANY (PVT) LTD” şirkəti arasında xx.xx.2022-ci il tarixli, AK01.02 saylı yük daşıma haqqında müqavilə imzalanmışdır; • “EMERALD SHİPPİNG LİNE COMPANY (PVT) LTD” şirkəti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, mal göndərmək məqsədi ilə AK01.02 saylı müqavilə üzrə yük göndərəndən ödəniş alındığı üçün AKQ12675 nömrəli debet qeydi ilə 21.430,00 ABŞ dolları məbləğində avans ödəniş bank və digər müvafiq xərclər çıxıldıqdan sonra geri qaytarılır (09 sentyabr 2022-ci il tarixdə 12.000 və 11 oktyabr 2022-ci il tarixdə 8.700 ABŞ dolları); • "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 13742 saylı məktubda qeyd olunur ki, MMC tərəfindən “EMERALD SHİPPİNG LİNE COMPANY (PVT) LTD” şirkətinin xeyrinə xx.xx.2022-ci il tarixdə AK01/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 21.430 ABŞ dolları əvvəlcədən ödəniş olunmuşdur. "xxxx" MMC-nin hesabına “EMERALD SHİPPİNG LİNE COMPANY (PVT) LTD” şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə “FREİGHT CHARGES İNV AKQ12675” təyinatı ilə 11.975 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə “HANDLİNG CHARGES İNV NO AKQ12675” təyinatı ilə 8.680 ABŞ dolları vəsait daxil olmuşdur. Daxilolmanın təyinatında qeyd olunan məlumatları köçürmə məlumatları ilə eyniləşdirmək mümkün olunmadığı üçün avans ödənişi bağlanmamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-nin hesablaşma hesabından “EMERALD SHİPPİNG LİNE COMPANY (PVT) LTD” şirkətinin xeyrinə başqa ödəniş icra olunmamışdır. Beləliklə müəyyən edilir ki, "xxxx" MMC ilə Şri-Lankada fəaliyyət göstərən “EMERALD SHİPPİNG LİNE COMPANY (PVT) LTD” şirkəti arasında xx.xx.2022-ci il tarixli, AK01.02 saylı yük daşıma haqqında müqavilə imzalanmışdır. Bu müqavilə üzrə MMC-nin "xxxx" ASC-də olan hesabından həmin şirkətə xx.xx.2022-ci il tarixli, ESLDN********** saylı invoys üzrə xx.xx.2022-ci il tarixdə 21.430,00 ABŞ dolları məbləğində pul göndərilmişdir. Lakin, sonradan “EMERALD SHİPPİNG LİNE COMPANY (PVT) LTD” şirkəti yük göndərən şirkətdən ödənişi aldığı üçün hazırki köçürmə ilə bağlı pulu müvafiq xərclər çıxılmaqla 2022-ci ilin 28 sentyabr və 19 oktyabr tarixlərində geri qaytarmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından "xxxx" MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3501/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3501/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver