Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3502/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı Nəqliyyat Agentliyi xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərarı ilə 20 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi olduğuna görə mülkiyyətində olan nəqliyyat vasitəsini məhkəmənin yaxınlığında saxlamışdır. Lakin məhkəmədə olarkən telefonuna cərimə olunduğu barədə mesaj daxil olmuşdur. O, avtomobilin yanına gələrək orada hər-hansı bir yol nişanının olmadığını müəyyən etmişdir. Şikayətə əlavə etdiyi şəkillərdən də görünür ki, avtomobili saxladığı yerdə heç bir qadağanedici nişan yoxdur. İnzibati xəta o halda törədilmiş hesab olunur ki, hər hansı hüquq pozuntusu mövcud olsun. Göstərilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Müvafiq çıxarışa əsasən xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3 (**-SD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, hadisənin qeydə alınma yeri: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 56) İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə olunmuşdur; - Fotoşəkillərə görə **-SD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi piyada zolağının və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında saxlanılmışdır. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin İV hissəsinə əsasən piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda (4-cü bənd) və hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında - hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda (5-ci bənd) dayanma qadağandır. İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Beləliklə müəyyən edilir ki, X3 idarə etdiyi **-SD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda dayanma və ya durma qaydalarını pozmuş və bununla bağlı o haqlı olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3502/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3502/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver