Məhkəmə qərarları › İş №3(006)-3503/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3503/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3503/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X2 iştirakları ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, "xxxx" ASC Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 verdiyi izahatında bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında Çıxarış əsasında "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.m hissəsindən keçən yüksək gərginlikli (35kv-luq) yeraltı elektrik xətti cavabdeh "xxxx" ASC tərəfindən çıxarılaraq mülkiyyətdə olan torpaq sahəsindən kənarlaşdırılması və iddiaçıya məxsus torpaq sahəsinin zəbtdən azad edilməsi qət edilmişdir. Hal-hazırda qeyd olunan icra sənədinin icrası ilə əlaqədar yüksək gərginlikli yeraltı elektrik xəttinin yerinin dəyişdirilməsi üçün yeni trassa müəyyən edilmiş və hazırda həmin ərazidə qazıntı işləri davam etdirilir. Qısa müddət ərzində 1500 ailəlik qəsəbənin elektrik enerjisi ilə təmin edən qeyd olunan yüksək gərginlikli yeraltı elektrik xətti "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ərazidən çıxarılacaqdır. Bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məktubunu məhkəməyə təqdim edir. Lakin icra məmuru yaranmış vəziyyəti nəzərə almadan "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunanları nəzərə alaraq cəmiyyət barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X4 bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında Çıxarış əsasında "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.m hissəsindən keçən yüksək gərginlikli (35kv-luq) yeraltı elektrik xətti cavabdeh "xxxx" ASC tərəfindən çıxarılaraq mülkiyyətdə olan torpaq sahəsindən kənarlaşdırılması və iddiaçıya məxsus torpaq sahəsinin zəbtdən azad edilməsi qət edilmişdir. İcra sənədi üzrə 14 sentyabr 2022-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmişdir. Qeyd olunanlara baxmayaraq məhkəmə qərarı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən uzun müddət icra edilməmişdir. 05 may 2022-ci il tarixdə borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə inzibati məsuliyyət haqqında xəbərdarlıq göndərilərək məhkəmə qərarının icrası tələb olunmuşdur. 14 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi ücün borclu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Lakin hal-hazırda qeyd olunan icra sənədinin icrası ilə əlaqədar yüksək gərginlikli yeraltı elektrik xəttinin yerinin dəyişdirilməsi üçün yeni trassa müəyyən edilmiş və hazırda həmin ərazidə qazıntı işləri davam etdirilir. Qeyd olunan fakt problemin həlli istiqamətində cavabdeh tərəfindən zəruri tədbirlərin görülməsini təsdiqləyir. Qeyd olunanları nəzərə alaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində qanunuyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, materiallar natamam olduğundan, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından protokol və toplanmış material Nəsimi Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol birtərəfli qaydada tərtib edilmiş, protokol tərtib edilərkən "xxxx" ASC-nin nümayəndəsi dəvət edilməmiş, onun izahatı alınmamış, sübutlar təqdim etmək, öz rəy və mülahizələrini bildirmək, vəsatət və etirazlar vermək kimi hüquqları təmin edilməmişdir. Nəticədə, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, ona Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsi hissələrində heç bir qeydiyyat aparılmamış, lakin belə qeydiyyatın aparılmamasının səbəbləri belə protokolda qeyd edilməmişdir. Bundan əlavə, məhkəməyə yalnız icra vərəqəsi, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin "xxxx" ASC-nin həqiqətən də ona istinad edilən əməli törətməsini, yəni icra vərəqəsində göstərilən tələbi icra etməməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi Rayon İcra Şöbəsinə qaytarılsın. Hakim: Elməddin Huseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar