Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3505/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan “KOLİN İNŞAAT TURİZM SANAYİ VE hüquqi şəxs: TİCARET ANONİM ŞİRKETİ”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Əliyev İsmayıl Əlimusa oğlunun iştirakları ilə Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 06; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 22.224,00 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə4 izahatında bildirdi ki, Nümayəndəliklə Türkiyədə fəaliyyət göstərən “X5 San. Tic. A.Ş.” arasında xx.xx.2022-ci il tarixli, KOL-KL-052 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin ümumi dəyəri 42,224 Avro olmuş və tərəflər bu məbləğin 22,224 Avro dəyərində olan hissəsinin avans olaraq müqavilə imzalandıqdan dərhal sonra, qalan hissəsinin isə malların Nümayəndəliyə təhvilindən sonra edilməsi barədə razılığa gəlmişlər. Razılaşmaya uyğun olaraq müqavilə üzrə avans ödəniş xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Mallar **********3233 saylı gömrük bəyannaməsi üzrə Azərbaycan Respublikası ərazisinə idxal edilmiş, lakin qeydiyyat zamanı texniki səhvə yol verilmişdir. Belə ki, idxalın əsası kimi müqavilə yox, tərəflər arasında imzalanan, sırf Türkiyə Respublikası qanunvericiliyinə uyğun olaraq tərtib edilən, özlüyündə yalnız malların Azərbaycan Respublikasına qəti ixracını nəzərdə tutan formal müqavilə (xx.xx.2022-ci il tarixli, 2022/68 saylı “X3”) qeyd edilmişdir. Gömrük kodlaşdırılması ilə bağlı məlumatsız olduqlarından və gömrük əməkdaşı tərəfindən yol verilən texniki xətaya dair məlumatları olmadığı üçün bəyannaməyə düzəliş edilməli olduğunu yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə müraciət etdikdə sonra məlumatları olmuşdur. Bəyannamə üzərində müvafiq düzəlişlərin edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət olunsa da, məsələ hələ öz həllini tapmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda qeyd olunur ki, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi xx.xx.2022-ci il tarixdə ölkə xaricinə 22.224,00 Avro göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Türkiyədə fəaliyyət göstərən “İNTEK KALİP SKELE SANAY VE TİCARET A.Ş.” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli, KOL-KL- 052 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 22.224,00 Avro məbləğində pul göndərilmişdir. Beləliklə müəyyən edilir ki, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 22.224,00 Avro məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2022-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində 2 il müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Eyni zamanda, məhkəməyə Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi tərəfindən təqdim edilmiş **********3233 saylı gömrük bəyannaməsində ölkəyə idxal olunan mallar şirkətlər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2022/68 saylı müqavilə ilə bağlı olmuş, xx.xx.2022-ci il tarixli, KOL-KL-052 saylı müqavilə üzrə isə malların ölkəyə vaxtında daxil olmasını təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxsnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 22.224,00 Avro valyuta vəsaiti məbləğinin 20 faizi – 4.444 (dörd min dörd yüz qırx dörd) Avro 80 (səksən) sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3505/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3505/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver