Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3520/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 68-də qeydiyyatda olan, "xxxx" Kiçik Müəssisəsinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(113)- 24/2022 saylı icra sənədinə görə "xxxx" Kiçik Müəssisəsi ilə ərizəçi X2 arasında bağlanmış 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsi əsasında ərizəçi X1 icarəyə verilmiş ünvan 1 ünvandakı ümumi sahəsi 330 kv.m olan qeyri-yaşayış sahəsindən ərizəçi X2 tərəfindən sərbəst istifadə edilməsinə cavabdeh "xxxx" Kiçik Müəssisəsi və digərləri tərəfindən yaradılan maneələr 1 (bir) ay müddətinə aradan qaldırılmalıdır. Borclu "xxxx" Kiçik Müəssisəsinin direktoru Şəxs tərəfindən bu tələb icra olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, "xxxx" Kiçik Müəssisəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(113)-24/2022 saylı icra sənədinin icrasından yayınmır. Belə ki, həmin icra sənədində "xxxx" Kiçik Müəssisəsi tərəfindən qeyd olunan maneələrin 1 (bir) ay müddətinə aradan qaldırılması tələb olunmuşdur. Lakin icra məmuru bu müddəti gözləməmiş və inzibati xəta hadisəsi olmadığı halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etmişdir. Eyni zamanda ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsindən X2 tərəfindən sərbəst istifadə edilməsinə müəssisə tərəfindən heç bir maneə yaradılmır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 16(113)-24/2022 saylı icra sənədinə görə "xxxx" Kiçik Müəssisəsi ilə ərizəçi X2 arasında bağlanmış 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsi əsasında ərizəçi X1 icarəyə verilmiş ünvan 1 ünvandakı ümumi sahəsi 330 kv.m olan qeyri-yaşayış sahəsindən ərizəçi X2 tərəfindən sərbəst istifadə edilməsinə cavabdeh "xxxx" Kiçik Müəssisəsi və digərləri tərəfindən yaradılan maneələr 1 (bir) ay müddətinə aradan qaldırılmalıdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, icra sənədində qeyd olunan hərəkətlər 01 ay müddətində icra edilməli olduğundan və bununla da inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3520/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3520/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver