Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3524/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, qərarından şikayət verilmiş orqan Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi baş inspektoru (YNH) X2, şikayətçi X1 iştirakları ilə, Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin özünü təqdim etməyən əməkdaşı xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi bazarının yaxınlığında yerləşən “Ağ çiçəyim” mağazasının qarşısında 85 nömrəli xətt üzrə hərəkət edən avtobusu saxlayaraq sərnişinlərin izasəninin olubolmamasını yoxlamağa başlamış, yoxlama müddətində həmin əməkdaş eyni zamanda onun şəxsiyyət vəsiqəsini tələb etdikdə o vəsiqəsi ona təqdim etmişdir. Polis əməkdaşı istifadəsində olan xüsusi cihazla vəsiqəsini yoxlamış və bildirmişdir ki, sizin icazəniz yoxdur. O, ona etirazını bildirmiş və ona iş icazəsinin olduğunu nəzərinə çatdırmış, DYPŞninəməkdaşı vəsiqəsini ona qaytarmış və icazəsinin olmadığını Banklarına bildirməyi tövsiyyə etmişdir. O, polis əməkdaşına bir daha bildirmişdir ki, “icaze.e-gov.az” portalında rəsmi icazəsi vardır. O, Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşına “icaze.e-gov.az” portalında rəsmi icazəsinin olmasını bildirməsinə və bunun yoxlanılmasını bir daha xahiş etmsinə baxmayaraq heç bir əhəmiyyəti olmamışdır. Bundan əlavə, həmin vaxtı ona qarşı hər-hansı inzibati protokol tərtib edilməmiş və inzibati tənbeh barədə qərar qəbul edilməmişdir. O,həmin protokol və inzibati tənbeh vermə haqqında qərar barədə ancaq ünvanı üzrə qeydiyyatda olan şəhər telefonuna edilən zəngdən xəbər tutmuşdur. Ona verilən məlumata əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) tətbiq edilərək ******* nömrəli inzibati xəta haqqında protokol və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında 200 (iki yüz)manat manat məbləğində cərimə edilmişdir. O, xx.xx.2020-ci il tarixdə ərizə ilə Nəsimi Rayon DYPŞ-nə müraciət edərək 3371084nömrəli inzibati xəta haqqında protokolun və TP ******* nömrəli inzibati tənbeh vermə qərarın surətinin rəsmi qeydiyyatda olduğu ünvana göndərilməsini xahiş etmiş və həmin sənədləri qeyd edilən ünvanda qəbul etmişdir. Onun şikayət vermə müddəti keçməmişdir.Məlumat üçün bir daha bildirirəm ki, o, protokolda və qərarda qeyd edilən tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül, 44-də yerləşən “xxxxxxxxxxxxxx” ASCnin Mərkəz filialında referent vəzifəsində çalışır və onun işə gedib-gəlməsi üçün “xxxxxxxxxxxxxx” ASC “icaze.e-gov.az” portalında müvafiq məlumatlar əlavə edilmişdir.Bildirirki, rəsmi icazəsi olmaqla, sosial məsafəni gözləməklə, qoruyucu maskadan istifadə etməklə avtobusla iş yerinə getdiyi zaman tərəfindən inzibati xəta və inzibati xəta tərkibli əməl törədilməmişdir.Qeyd edilənlərlə yanaşı şikayətə əlavə etdiyi sübutlar barəsində Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin baş inspektor polis baş leytenantı T.T.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol və TP ******* nömrəliinzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsasdır.Barəsində tərtib edilən protokol və inzibati tənbeh vermə haqqında qərarın “yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan” inzibati xətaların pozulması ilə əlaqədardır. O, avtobusda hərəkətdə olmuş, nəqliyyat vasitəsi idarə etməmişdir. Bundan başqa, onun tərəfindən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl edilir, yalnız rəsmi icazə əsasında evdən çıxır, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olur, bir vətəndaş olaraq həmişə ətrafında olan şəxsləri dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırmışdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin baş inspektoru T.T.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi N.A.Məhərrəmzadə şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, həmin gün polis əməkdaşına iş icazəsi ilə bağlı elektron sistemdən çıxarışı təqdim etsə də bunun heç bir faydası olmamış, qanunvericilikdə nəzərdə tutulmuş hüquqları ona izah edilmədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və özünü müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Yuxarıdakılara əsasən şikayətin əsaslı olduğunu bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi baş inspektoru (YNH) T.T.İsmayılov həmin günü N.A.Məhərrəmzadə ilə bağlı portalda baxsa da sonuncunun icazəsi portalda çıxmamışdır. Hazırda qeyd olunan inzibati işlə əlaqədar məhkəməyə hər hansı sübut təqdim edə bilməyəcəyini və şikayətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan N.A.Məhərrəmzadənin barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında eyni tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan elektron hökümətin inkişafı mərkəzininin “icaze.e-gov.az” sistemindən çıxarışından görünür ki, “xxxxxxxxxxxxxx” ASC Mərkəz filialının referent vəzifəsində fəaliyyət göstərən əməkdaşı N.A.Məhərrəmzadəyə Bakı ərazisində xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək icazəsi olduğu göstərilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli N.A.Məhərrəmzadənin ərizəsindən görünür ki, barəsində tərtib olunmuş protokoldan və inzibati tənbeh vermə haqqında qərardan xəbəri və ünvanına heç bir sənəd daxil olmadığını və həmin sənədlərin qeydiyyatda olduğu ünvana rəsmi olaraq göndərilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, N.A.Məhərrəmzadənin barəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verməsi ilə bağlı polis əməkdaşı tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, N.A.Məhərrəmzadənin barəsində Nəsimi RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP ******* saylı protokol əsasında qəbul edimiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar sonuncunun“xxxxxxxxxxxxxx” ASC-nin Mərkəz filialı tərəfindən verilən icazəsini nəzərə alınmadan, eləcə də, birtərəfli qaydada kobud pozuntulara yol verilərək qəbul edilmişdir. Bununla da, N.A.Məhərrəmzadənin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və N.A.Məhərrəmzadənin barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi N.A.Məhərrəmzadənin əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Nəsimi RPİ-nin DYPŞ-nin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3524/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3524/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver