Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3524/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı X1 Bakı şəhər X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 3(005)-2094/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, şikayətdən görünür ki, X2 onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan şikayət etmişdir və protokolun ləğv edilməsini xahiş edir. Barəsində şikayət edilən protokol əsasında qəbul edilmiş hər hansı bir qərar şikayətə əlavə edilməmişdir. Həmçinin, şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra mübahisələndirmiş, şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası xahiş olunmamış, bunun üçün üzrlü səbəblər göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Göründüyü kimi, məhkəməyə İXM-nin 129-cu maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən hazırkı şikayətə baxılması mümkün olmadığından, şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, Q Ə R A R A A L D İ M: X1 Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3524/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3524/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver