Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-353/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi protokolu tərtib etmiş: X1 iştirakları ilə Şəxs QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsi, ev 245, mənzil 29; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (00700-00017/24) saylı, EP ******* (00700-00018/24) saylı, EP ******* (00700-00019/24) saylı və EP ******* (00700-00020/24) saylı inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamış və ya bu əraziyə qaytarılmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X3 izahatında bildirdi ki, rəsmiləşdirmə mərkəzindən daxil olmuş raportlarda Şəxs QSC tərəfindən **********4658 saylı, **********8395 saylı, **********4409 saylı və **********0488 saylı gömrük bəyannamələri üzrə “Altlıqlar və mal daşınması üçün analoji platformala” yükünün müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilərək Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirildiyi, QSC tərəfindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların bir qisminin təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi, hər bir gömrük bəyannaməsi üzrə qalan hissəsinin öhdəlik müddətinin müvafiq olaraq müxtəlif vaxtlarda bitməsinə baxmayaraq bugünədək geri qaytarılmadığı və yüklərin digər gömrük prosedurunda rəsmiləşdirilmədiyi qeyd edilmişdir. Məsələ ilə bağlı dərhal şirkətə məlumat verilmiş, məsələyə dair Şəxs QSC-nin nümayəndəsinin izahatı alınmışdır. Şirkətin əməlində İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinin tərkib əlamətləri olduğundan müvafiq protokollar tərtib edilərək bir icraata birləşdirilmiş və iş baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq şirkətin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2024-cü il tarixli, EP ******* (00700-00017/24) saylı inzibati xəta haqqında protokola görə AZERFLOAT QSC Türkiyədə qeydiyyatda olan “X8 X7 X6” şirkətindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında xx.xx.2022-ci il tarixində **********4658 nömrəli gömrük bəyannaməsi ilə “Altlıqlar və mal daşınması üçün analoji platformalar” yükünü bəyan edərək xx.xx.2023-cü il tarixədək rəsmiləşdirmişdir. Lakin 370,60 manat dəyərində təşkil edən 128 kq çəkidə bu yükü öhdəlik müddətinin bitməsinə baxmayaraq təkrar ixrac etməmiş və digər gömrük prosedurunda rəsmiləşdirməmişdir; • xx.xx.2024-cü il tarixli, EP ******* (00700-00018/24) saylı inzibati xəta haqqında protokola görə Şəxs QSC Ukraynada qeydiyyatda olan “PP Ekipaj” şirkətindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında xx.xx.2022-ci il tarixində **********8395 nömrəli gömrük bəyannaməsi ilə “Altlıqlar və mal daşınması üçün analoji platformalar” yükünü bəyan edərək xx.xx.2023-cü il tarixədək rəsmiləşdirmişdir. Lakin 1.360 manat dəyərində təşkil edən 1176 kq çəkidə bu yükü öhdəlik müddətinin bitməsinə baxmayaraq təkrar ixrac etməmiş və digər gömrük prosedurunda rəsmiləşdirməmişdir; • xx.xx.2024-cü il tarixli, EP ******* (00700-00019/24) saylı inzibati xəta haqqında protokola görə AZERFLOAT QSC Türkiyədə qeydiyyatda olan “X8 X7 X6” şirkətindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında xx.xx.2022-ci il tarixində **********4409 nömrəli gömrük bəyannaməsi ilə “Altlıqlar və mal daşınması üçün analoji platformalar” yükünü bəyan edərək xx.xx.2023-cü il tarixədək rəsmiləşdirmişdir. Lakin 1.322,60 manat dəyərində təşkil edən 776 kq çəkidə bu yükü öhdəlik müddətinin bitməsinə baxmayaraq təkrar ixrac etməmiş və digər gömrük prosedurunda rəsmiləşdirməmişdir; • xx.xx.2024-cü il tarixli, EP ******* (00700-00020/24) saylı inzibati xəta haqqında protokola görə AZERFLOATQSC Türkiyədə qeydiyyatda olan “İbrahim Turan” şirkətindən müvəqqəti idxal xüsusi gömrük proseduru altında xx.xx.2022-ci il tarixində **********0488 nömrəli gömrük bəyannaməsi ilə “Altlıqlar və mal daşınması üçün analoji platformalar” yükünü bəyan edərək xx.xx.2023-cü il tarixədək rəsmiləşdirmişdir. Lakin 2.788 manat dəyərində təşkil edən 1650 kq çəkidə bu yükü öhdəlik müddətinin bitməsinə baxmayaraq təkrar ixrac etməmiş və digər gömrük prosedurunda rəsmiləşdirməmişdir; • “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli, EP ******* (00700-00016) saylı qərardada əsasən Şəxs QSC tərəfindən müxtəlif vaxtlarda törədilən 00700-00017/24 saylı, 00700-00018/24 saylı, 00700-00019/24 saylı və 00700-00020/24 saylı inzibati xəta haqqında işlərə baxmaq Sumqayıt Gömrük İdarəsinin səlahiyyətinə aid olduğundan qeyd edilən işlər eyni vaxtda baxılaraq bir icraatda birləşdirilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: • Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir (192.1-ci maddə); • Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq müqavilələrin müddəaları, malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri nəzərə alınmalıdır (192.4-cü maddə); • Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər (193.1-ci maddə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 229 saylı Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na görə: • Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir (6.1-ci bənd); • Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər (6.2ci bənd); • Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır (6.3-cü bənd); • Müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir (6.7-ci bənd); • Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur (6.8-ci bənd). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd oluan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinə 34.1 və 34.2-ci maddələrinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan malların və ya nəqliyyat vasitələrinin müsadirə edilməsi, yaxud vətəndaşların həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilməsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilməsi və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması kimi tənbeh növləri müəyyən olunmuşdur. Həmin normadan aydın olur ki, hüquqi şəxslər barəsində bu tənbeh növlərindən yalnız inzibati xətanın bilavasitə obyekti olan malların və ya nəqliyyat vasitələrinin müsadirə edilməsinin tətbiqi mümkündür, digər tənbehlər isə fiziki şəxslər üçün nəzərdə tutulub. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Şəxs QSC İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə təqsirli bilinməli və hər bir inzibati xəta üzrə inzibati xətanın bilavasitə obyekti olan 128 kq, 1176 kq, 776 kq və 1650 kq çəkidə “Altlıqlar və mal daşınması üçün analoji platformalar” yükü müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və hər bir inzibati xəta üzrə inzibati xətanın bilavasitə obyekti olan 128 kq, 1176 kq, 776 kq və 1650 kq çəkidə “Altlıqlar və mal daşınması üçün analoji platformalar” yükü müsadirə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-353/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-353/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver