Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-353/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1966-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:25 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində “Ford Transit” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-4040/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırılsa da, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs tərəfindən verilmiş şikayət qismən təmin olunaraq rayon məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə əlavə araşdırmanın aparılması üçün material Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin qərarda göstərilmişdir ki, iş materiallarında olan “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədəxx.xx.2024-cü il tarixli akta əsasən Şəxs idarə etdiyi “Ford” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkəti ilə duracağa gətirilmiş və avtomobilin saxlanılma səbəbi kimi sadəcə “333.1” rəqəmi qeyd edilmişdir. Lakin akt nə onu tərtib etmiş şəxs tərəfindən, nə də nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən imzalanmamışdır. Bundan əlavə, aktda tarix, saat, avtomobilin markası, qeydiyyat nömrəsi, avtomobil sahibinin adı, avtomobili saxlamağa qəbul etmiş şəxsin adı və soyadı bir qələmlə, avtomobilin saxlanılması səbəbini göstərən “333.1” rəqəmi isə başqa qələmlə yazılmışdır. xx.xx.2024-cü il tarixli sərxoşluğun müəyyən edilməsi üçün istifadə edilən alkotester cihazının göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğunun 2,039 promil olması aşkar edilmişdir. Qanunvericiliyin tələblərinə görə şəxsin alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmaması, qanında alkoqolun konsentrasiyasının promillə ölçülən miqdarından asılıdır və qanda alkoqolun konsentrasiyası 0,3 promil və daha artıq olduqda o, sərxoş hesab edilir və bu vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyətə cəlb edilə bilər. xx.xx.2024-cü il tarixli, ******* saylı sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda müayinə nəticəsində “Ford” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs spirtli içki qəbul etməsinin müəyyən olunması qeyd edilsə də, həmin protokol nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən imzalanmamış, onun protokolu imzalamamasının səbəbləri protokolda göstərilməmiş, nə protokolun surətinin ona təqdim edilməsi ilə bağlı, nə də protokolun surətini qəbul etməkdən imtina etməsi ilə bağlı hər hansı sənəd protokola əlavə edilməmişdir. Bundan başqa, istər inzibati xəta haqqında protokolda, istərsə də sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə, saat 21:25 radələrində saxlanılması qeyd edilmişdir. Lakin, sərxoşluğun müəyyən edilməsi üçün istifadə edilən xüsusi texniki vasitənin göstəricilərinə dair qəbzdən müəyyən olunur ki, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sərxoşluq vəziyyətinin müayinəsi xx.xx.2024-cü il tarixdə, saat 20:43-də aparılmışdır. Göründüyü kimi, Şəxs polis əməkdaşı tərəfindən saxlanılma vaxtı ilə xüsusi texniki vasitənin göstəricisində qeyd olunan vaxt arasında kəskin fərq vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Ukrayna” dairəsi tərəfdə idarə etdiyi “Ford Transit” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol patrul xidmətinin inspektoru tərəfindən saxlanılaraq sağdan-sola manevr etməsi bildirilmişdir. O bununla razılaşmadıqda isə avtomobili duracağa aparılmış və səhəri günü hadisənin araşdırılması üçün onun Nəsimi Rayon Dövlət X5 gəlməsi bildirilmişdir. O, şöbəyə gəldikdə isə Vüqar Ağayev adlı polis kapitanı ona bildirmişdir ki, guya həmin gecə sərxoş olmuş və ondan 800 manat pul istəmişdir. Halbuki o, saxlanıldıqda polis əməkdaşları onu nə həkim mayinəsindən keçirmiş, nə də alkotester vasitəsi ilə yoxlamışlar. Aradan uzun müddət keçdikdən sonra isə ona məlum olmuşdur ki, barəsində saxta sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında geri tarixli, yəni xx.xx.2024-cü il tarixli tərtib edilmiş protokol baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində tərtib edilmiş protokol ilə razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iş üzrə təqdim edilmiş sənədlər natamam və ziddiyətli olduğundan, bununla da işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün olmadığından, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon X1ytarılmalı, eyni zamanda həmin qurumun diqqətinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında göstərilən nöqsanlar çatdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Dövlət X5 geri qaytarılsın. Həmin qurumun diqqətinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında göstərilən nöqsanlar çatdırılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-353/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-353/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver