Məhkəmə qərarları › İş №3(006)-3531/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3531/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3531/2020 06.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Mətanət Mədinəyevanın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X1 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq məhkəmə müəyyən etdi: Mətanət Mədinəyeva şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X1 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək şikayət ərizəsinin imzalanmadan məhkəməyə təqdim edildiyini müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Məhkəmə hesab edir ki, təqdim edilmiş şikayət imzalanmadığından və onun məhz Mətanət Mədinəyeva tərəfindən verilməsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X1 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Mətanət Mədinəyevanın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X1 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayəti geri qaytarılsın. Hakim: Elməddin Hüseynov İş № 3(006)-3531/2020 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL xx xxxxxx 2020-ci il Bakı şəhəri NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi ilə, Mətanət Mədinəyevanın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X1 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında baxılır. İclas saat 10:00-da açıldı. Sədrlik edən məruzə edərək bildirir ki, Mətanət Mədinəyeva şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X1 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirib, qərarın çıxarılması üçün müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərardadı elan edir. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş və imzlanmışdır. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar