Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3531/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, X1nun iştirakı ilə, X2 Bakı şəhər BPİ X6 İdarəsinin 19 iyul 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ X6 İdarəsinin 19 iyul 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, 13 may 2023-cü il tarixdə, o, səhər saatlarında işə gedərkən YPX əməkdaşı kiçik çavuş Ağamirzə Babakişiyev tərəfindən saxlanılmışdır. Həmin polis əməkdaşı maşının ön tərəfinə baxış keçirmiş və sürücü əyləşən tərəfə yaxınlaşmışdır. O, təzyiq xəstsi olduğuna görə gözləri az qızartılı olur və polis əməkdaşı onun sərxoş vəziyyətdə olmasından şübhələnmişdir. Ondan sərxoş vəziyyətdə olduğunu soruşduqda polis əməkdaşına sərxoş vəziyyətdə olmadığını bildirmişdir. Lakin 12 may 2023-cü il tarixdə saat 19:00 radələrində 01 ədəd pivə içkisi qəbul etdiyini bildirmişdir. Polis əməkdaşı onu əlindəki alkotestr aparatı vasitəsilə yoxlamış və onun sərxoş vəziyyətdə olduğunu iddia etmişdir. Lakin, polis əməkdaşı onunla razılaşmayaraq onun sərxoş vəziyyətdə olduğunu sübut etmək üçün onu həkim müayinəsinə aparmalı olduğunu bildirmişdir. Polis əməkdaşı avtomobillə onu izləməsini tələb etmiş, o da polis əməkdaşının tələbini yerinə yetirmişdir. Polis əməkdaşı onun avtomobilini cərimə meydançasına gətirtmiş və ona qorxmamasını heç bir məsuliyyətə cəlb edilməyəcəyini bildirmişdir. Polis əməkdaşı onu Bakı şəhər BPİ X6 İdarəsinin 23-cü otağına getməsini tövsiyə etmişdir. Bundan sonra, o, könüllü şəkildə gedib analiz vermiş və onun spirtli içki qəbul etmədiyi məlum olmuşdur. O həkim müayinəsinin rəyini götürüb qeyd olunan 23-cü otağa aparıb təqdim etmiş, lakin həmin otaqda olan polis zabiti sənədi məhkəməyə təqdim etməli olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, 19 iyul 2023-cü il tarixli TP seriyalı ******* saylı qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı şəhər BPİ X6 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Bakı şəhər BPİ X6 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər BPİ X6 İdarəsinin 19 iyul 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinməsi nəzərə alınmamış, yenidən cərimə edillmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər BPİ X6 İdarəsinin 19 iyul 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhər BPİ X6 İdarəsinin 19 iyul 2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3531/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3531/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver