Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3532/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 qızının katibliyi, şikayətçi Matanat Madineavanın iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X4 üzrə Baş İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Matanat Madineava tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Matanat Madineava şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X4 üzrə Baş İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X4 üzrə Baş idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə tərtib olunmuş İnzibati xəta haqqında protokola (xx.xx.2020, № 0254779) əsasən inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar qəbul edilmişdir. Belə ki, qərarda prosessual hüquq normaları pozulduğundan, işin faktiki halları düzgün əsaslandırılmadığından və nəticə olaraq qərar qeyri-qanuni çıxarıldığından ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, xx.xx.2020-ci il tarixdən etibarən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində müştərilərə açıq hava sahəsində yerində xidmətlərin göstərilməsi bərpa olundu. Qeyd olunan ərazilərdə yerləşən ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmətin saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilməsinə icazə verildi. Rəhbərlik etdiyi Bakı şəhəri, Nəsimi rayonu, 3 MKR, Cavad Xan küçəsi, ev 3005-ci məhəllədə yerləşən “BAŞKENT” restoranı da qanunvericiliyin tələblərinə tam şəkildə riayət edərək müştərilərə xidmət göstərməyə başladı. xx.xx.2020-cil tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik X1 əməkdaşları obyektə daxil olaraq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar nəzarət həyata keçirmiş, tərəflərindən, nəzarət tədbiri nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinin pozulması faktını aşkar etdiklərini iddia edərək, barəsində xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı “İnzibati xətalar haqqında” protokol tərtib etmişlər. Protokolda obyektlərində masalar arası məsafənin 2 metrdən az olduğunu iddia etmişlər. Bundan başqa, protokol tamamilə əsasız olaraq tərtib edilmişdir. Müştərilərinin və əməkdaşların sağlamlığını nəzərə alaraq masalararasının Azərbaycan Respublikası İXM-nin 11.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda İXM-nə görə İnzibati cərimə inzibati tənbeh növü təbiq edilməzdən əvvəl xəbərdarlıq inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, İXM-nin 24.1-ci maddəsinə əsasən, xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. Göründüyü kimi, vergi xidməti yoxlama aparmazdan əvvəl metodik göstərişlər verməli və ya tövsiyyə xarakterli göstərişlər verməli daha sonra əməl olunmadıqda Azərbaycan Respublikası İXM-nin 24-cü maddəsinə əsasən, yazılı xəbərdarlıq etməli olduqları halda etməmiş və birbaşa inzibati cərimə protokolu tərtib etmişlər. Bütün dünyada elan edilən pandemiya ilə bağlı ölkəmizdə tətbiq edilən karantin rejimi nəticəsində aylardır fəaliyyət göstərmirik. Bunun nəticəsində çətinləşən iqtisadi durumumuzu, ödədiyimiz icarə haqqını, əmək haqqını və s. çəkilən xərcləri nəzərə alsaq, öncədən heç bir nəzarət, tövsiyə, göstəriş xarakterli görüşlər təşkil olunmadan, maarifləndirici tədbir görülmədən, fəaliyyətə başladıqları ilk gün cərimənin tətbiq edilməsi son dərəcə ədalətsiz addımdır və İnzibati qanunvericiliyin tələblərinin pozulmasıdır. Bundan əlavə, ölkə iqtisadiyyatının gücləndirilməsinə yox, çökməsinə xidmət edən tənbeh üsuludur, sahibkarların ağır şəraitində onlara dövlət qayğısı əvəzinə məmur ədalətsizliyidir. Bu cür yanaşma onların biznes sahəsindəki çətin olan vəziyyətlərini daha da ağırlaşdırır. Göstərilənləri nəzərə alaraq, X4 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğvi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi M.Madineava şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, 16 ildir bu sahədə işləyir. Pandemiya dövründə açıq hava sahəsində kafe və restoran işlətmək icazəsi olduğundan ona məxsus restoranı işlətmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Dövlət Vergi Xidmətini BKSİB-nin rəis müavini X2 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş, Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli qərarının tələbləri pozularaq iaşə obyektində masalar arasında 2 (iki) metr ara məsafəsinin saxlanılmadığı müəyyən edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, **********60500 saylı bildirişdən görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına dair barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola baxılmanın nəticəsi üzrə çıxarılmış xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surəti məlumat üçün göndərilmişdir. İş materiallarında olan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X4 üzrə Baş İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, M.Madineavaya məxsus olan “BAŞKENT” restoranında sosial məsafəni saxlamadan müştəriləri yerləşdirmiş və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “BAŞKENT” restoranında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar M.Madineava Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli qərarının tələbləri pozaraq iaşə obyektində masalar arasında 2 (iki) metr ara məsafəsinin saxlamamış, nəticədə barəsində Dövlət Vergi Xidmətini BKSİB-nin rəis müavini V.Ə.Qurbanov tərəfindən xx xxxxxxxx 2020ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qanuni və əsaslı qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Dövlət Vergi Xidmətinin Bakı X4 üzrə Baş İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan M.Madineavanın verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Matanat Madineavanın şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı X4 üzrə Baş İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3532/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3532/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver