Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3536/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayon Polis İdarəsinin sahə rəisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(005)- 4638/2021 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(005)-4638/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(005)-4638/2021 saylı qərardadında dəyişiklik edilmişdir. X1 uşaqları, 25 mart 2015-ci il təvəllüdlü X5 və 05 fevral 2018-ci il təvəllüdlü X4 ilə sərbəst və maneəsiz ünsiyyət hüququnun təmin edilərək üçüncü şəxslərin vasitəçiliyi ilə cavabdehdən təhvil alınıb hər həftənin şənbə günü saat 14:00-dan bazar günü 14:00-dək iddiaçının öz evində sərbəst görüşməsinə maneələr yaratmaq ona və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin icra vərəqəsinin icrası ilə əlaqədar X3 övladları ilə 5 dəfə görüşməyə şərait yaratsa da, sonradan “öz evində görüş” hissəsini tələbkarın cehizlərinin yerləşdiyi ünvan 2 ünvanı hesab etdiyindən icra ilə əlaqədar görüşün həmin ünvanda təşkil edilməsini təklif etmiş, lakin qarşı tərəf bununla razılaşmamışdır. Halbuki, o həmin mənzilin açarını qarşı tərəfə təklif edərək uşaqlarla görüşün baş tutmasına maneçilik törətməyəcəyini bildirmişdir. Onun icra məmurunun qanuni tələbindən yayınmaq niyyəti olmamış, yalnız ünsiyyət üçün görüşün digər mənzildə təşkilini məqsədə müvafiq hesab etmişdir. İcra məmuru tərəfindən tərtib edilmiş protokolla razı deyil və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(005)-4638/2021 saylı qərardadına əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(005)-4638/2021 saylı qərardadında dəyişiklik edilmişdir. X1 uşaqları, 25 mart 2015-ci il təvəllüdlü X5 və 05 fevral 2018-ci il təvəllüdlü X4 ilə sərbəst və maneəsiz ünsiyyət hüququnun təmin edilərək üçüncü şəxslərin vasitəçiliyi ilə cavabdehdən təhvil alınıb hər həftənin şənbə günü saat 14:00-dan bazar günü 14:00-dək iddiaçının öz evində sərbəst görüşməsinə maneələr yaratmaq Şəxs və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. İcra sənədi Nəsimi rayon İcra şöbəsi tərəfindən 21 oktyabr 2021-ci il tarixdə icraata qəbul edilmiş və həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş tərəfə göndərilmişdir. Lakin barəsində inzibati iş üzrə icraat aparılan şəxs icra məmurunun qanuni tələbini hər dəfə müxtləif bəhanələrlə yerinə yetirməkdən imtina etdiyi üçün 17 oktyabr 2021-ci il, 24 oktyabr 2021-ci il, 06 noyabr 2021-ci il və 13 noyabr 2021-ci il tarixlərdə akt tərtib olunmuşdur. Borclunun izahatı alınmış və izahatında icra sənədindən məlumatlı olduğunu və icra vərəqində “öz evində görüş” hissəsini tələbkarın cehizlərinin yerləşdiyi ünvan 2 ünvanını nəzərdə tutduğundan icra ilə əlaqədar görüşün həmin ünvanda təşkil edilməsini təkid etmişdir. Görülmüş bütün icra tədbirləri nəticəsiz qaldığından borclu Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(005)-4638/2021 saylı icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(005)-4638/2021 saylı qərardadına əsasən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27.09.2021-ci il tarixli, 2(005)-4638/2021 saylı qərardadında dəyişiklik edilmişdir. X1 uşaqları, 25 mart 2015-ci il təvəllüdlü X5 və 05 fevral 2018-ci il təvəllüdlü X4 ilə sərbəst və maneəsiz ünsiyyət hüququnun təmin edilərək üçüncü şəxslərin vasitəçiliyi ilə cavabdehdən təhvil alınıb hər həftənin şənbə günü saat 14:00-dan bazar günü 14:00-dək iddiaçının öz evində sərbəst görüşməsinə maneələr yaratmaq Şəxs və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan 21.10.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan 17 oktyabr 2021-ci il, 24 oktyabr 2021-ci il, 06 noyabr 2021ci il və 13 noyabr 2021-ci il tarixli aktlar görünür ki, borclu tərəfindən sərbəst və maneəsiz ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı zəruri olan tədbirlər həyata keçirilməmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3536/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3536/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver