Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-354/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsi X2, Barəsində iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili X4 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili nəzarət sistemini tətbiq etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli qərarları ilə iş üzrə icraata xitam verilsə də, Bakı Apelyasiya Məhkəməsinin müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarları rayon məhkəməsinin həmin qərarları ləğv olunaraq iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X7 izahatında göstərdi ki, Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı Şəxs MMC tərəfindən yoxlamanın əsasını təşkil edən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər”in 6-cı bəndinin pozulması faktı aşkar edilmişdir. Bununla bağlı Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxin vəkili X12 izahatında göstərdi ki, Şəxs MMC hüquqi xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olur. Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinin xx.xx.2019-cu il tarixli **********190629 qərarına əsasən Şəxs MMC-də “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdınlmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan fəaliyyət dövrü üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş, İdarənin xx.xx.2019-cu il tarixli, **********190629 nömrəli qərarına görə operativ yoxlama zamanı guya Şəxs MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 12-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2010-cu il tarixli, 002 nömrəli qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər”in 6-cı bəndini pozulması, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi müəyyən edilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 4.2-ci maddəsinə əsasən normativ xarakterli aktlar onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz. Qeyd edilən müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 dekabr tarixli 533 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nda da öz əksini tapmışdır. Göründüyü kimi, normativ xarakterli aktın tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsi ilə hər hansı məsuliyyət müəyyən edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər”in müəyyən edilməsi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Bu Tələblərin qəbul edilməsinin nəzərdə tutulduğu “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə” isə ölkə Prezidentinin xx.xx.2016-cı il tarixli, 1032 nömrəli Sərəncamı ilə ləğv edilmişdir. Buna görə də inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Konstitusiyasının, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun, İnzibati Xətalar Məcəlləsinin və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozulmaqla tərtib olunmuşdur. Məhkəmə təcrübəsinə əsasən də birinci instansiya məhkəmələri tərəfindən bu qəbildən olan işlərə bir qayda olaraq xitam verilir. O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6-cı bəndindən aydın olur ki, dövlət vergi müfəttişinin ümumiyyətlə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 12-ci maddəsinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər”in 6-cı bəndinin tələbləri pozulmuşdur; - “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərara görə Şəxs MMC üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədilə 2016-cı ilin iyul – 2019-cu ilin iyun aylarının vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın keçirilməsi Vergilər Nazirliyinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin dövlət vergi müfəttişi X5 tapşırılmışdır; - xx.xx.2019-cu il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, növbədənkənar (plandankənar) həmin operativ vergi nəzarəti yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır; - “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2019-cu il tarixli Tələbnaməyə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək vergi dövrü əhatə edən aşağıdakı zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur: “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti; müştərinin və benefısiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafıq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin, şəxsiyyət vəsiqəsi, pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti), müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri); məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s.); Qanunun 7.2-ci və 9.15-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinq orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri; Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sisteminin təşkilinə dair məlumatlar və sənədlərin (qaydar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri; nəzarət orqanı tərəfindən nəzarət olunan subyektə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri; nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlər; - Q.Rüstəmova məxsus əmək kitabçasının surətindən görünür ki, o, 2017-ci ildən başlayaraq hüquqşünas ixtisası üzrə vəkil köməkçisi olaraq fəaliyyətə başlamış, Şəxs MMC üzrə xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən cəmiyyətdə hüquqşünas kimi işə qəbul olunmuşdur. - Şəxs MMC üzrə xx.xx.2018-ci il tarixli əmrlə X3 monitorinq iştirakçılarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə dair fəaliyyət üzrə daxili nəzarət sisteminə məsul şəxs təyin edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli arayışının surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X1 məhkumluğu yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə məsuliyyət müəyyən edir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa görə: - monitorinqdə iştirak edən digər şəxslər - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər, lotereya və idman mərc oyunları təşkilatçıları, vəkillər, notariuslar, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslərdir (1.0.8-ci maddə); - daxili nəzarət sistemi - monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən həyata keçirilən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan kompleks daxili nəzarət tədbirləridir (1.0.10cu maddə); - monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər (5.4-cü maddə); - Monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Bu sistem ən azı aşağıdakılardan ibarət olmalıdır: cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların hazırlanması (12.1.1-ci maddə); cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu risklərin idarə olunması və azaldılması üçün tədbirlərin görülməsi (12.1.1-1-ci maddə); müştərilərin, onların adından çıxış edən səlahiyyətli nümayəndələrin, benefisiar mülkiyyətçilərin, əməliyyatların eyniləşdirilməsinə və verifikasiyasına, müştərinin və benefisiar mülkiyyətçinin xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə imkan verən daxili, mərkəzləşdirilmiş arxivin yaradılması (12.1.2-ci maddə); məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydaların hazırlanması (12.1.3-cü maddə); cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsi (12.1.4-cü maddə); monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməsi (12.1.5-ci maddə); bu Qanunla tələb olunan qaydaların monitorinq iştirakçıları tərəfindən tətbiq olunmasının səmərəliliyini yoxlayan daxili audit mexanizmi (12.1.7-ci maddə); monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsi (12.1.8-ci maddə); fəaliyyət xüsusiyyətindən asılı olaraq, işə qəbul və işçilərin yoxlanması mexanizmlərinin, habelə xarakteri şübhə doğuran hər hansı əməliyyatın aşkarlanması, qarşısının alınması və lazımi məlumatların bu Qanunun 11-ci maddəsinə əsasən maliyyə monitorinqi orqanına təqdim olunması üzrə digər mexanizm və qaydaların hazırlanması (12.1.9-cu maddə); - monitorinq iştirakçıları daxili nəzarət sistemlərini maliyyə monitorinqi orqanının tələblərinə uyğun olaraq hazırlamalıdırlar (12.3-cü maddə). Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər”ə əsasən: - “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 12-ci maddələrinə uyğun olaraq, hüquqi şəxs olan monitorinq iştirakçısı və monitorinqdə iştirak edən digər şəxs cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidir (2-ci bənd); - bu Tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş hüquqi şəxs olan monitorinq iştirakçısı və monitorinqdə iştirak edən digər şəxs tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxsin peşə ixtisasına və təcrübəsinə dair tələbləri müəyyən edir (3-cü bənd); - məsul şəxsin peşə ixtisasına və təcrübəsinə dair aşağıdakı tələblər gözlənilməlidir: ali təhsilə və monitorinq subyektinin əsas fəaliyyəti çərçivəsində azı 2 illik iş stajına malik olması; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli qanunvericiliyi, beynəlxalq standartları və tələbləri bilməsi; monitorinq subyektinin fəaliyyətinin ayrı-ayrı başlıca sahələri haqqında məlumatlı olması; Azərbaycan Respublikasının dövlət dilini mükəmməl bilməsi; törədilmiş cinayətə görə məhkumluğun olmaması (6-cı bənd) - monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi müvafiq qərarla (əmr, sərəncam və s.) rəsmiləşdirilir. Həmin qərarda məsul şəxsin 6-cı bənddə nəzərdə tutulmuş tələblərə uyğunluğunu göstərən məlumatlar qeyd olunmalıdır. Monitorinq subyektinin rəhbərliyi tərəfindən imzalanmış qərarın bir surəti iki iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur (9-cu bənd). Beləliklə aydın olur ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinə əsasən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu sahədə daxili nəzarət sistemini hazırlayıb həyata keçirməli, bununla bağlı məsul şəxsi müəyyən etməli və həmin şəxsin peşə ixtisasına və təcrübəsinə dair yuxarıda qeyd olunan tələblər gözlənilməlidir. Məhkəmədə müəyyən edildi ki, Şəxs MMC üzrə verilmiş xx.xx.2018-cı il tarixli əmrə əsasən qurumun hüquqşünası X3 cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə dair fəaliyyət üzrə daxili nəzarət sisteminə məsul şəxs təyin edilərkən “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər”inə riayət olunmamış, Q.Rüstəmov bu sahəyə məsul şəxs müəyyən edilərkən o, Şəxs MMC-də azı 2 il işləməmiş (işə xx.xx.2018-ci il tarixdə qəbul edilib), onun məhkumluğu həmin anda yoxlanılmamış (müvafiq arayış xx.xx.2019-cu il tarixdə əldə olunmuşdur), verilmiş əmrdə məsul şəxsin Tələblərin 6-cı bəndində nəzərdə tutulmuş tələblərə uyğunluğunu göstərən məlumatlar qeyd olunmamış və bu əmrin bir surəti maliyyə monitorinqi xidmətini həyata keçirən orqana təqdim olunmamışdır. Göründüyü kimi, Şəxs MMC tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması halı aşkar olunduğundan qurum barəsində düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi üzrə inizibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 15.000 (on beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-354/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-354/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver