Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-354/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi üzrə tərtib olunmuş 19.01.2022-ci il tarixli, EP ******* (00100-0139/22) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19.01.2022-ci il tarixli, EP ******* (00100-0139/22) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 19AAT425/19LP984 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş və **********4961 sorğu nömrəli, 06.01.2022 tarixli Gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 19AAT425/19LP984 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli, 3(006)-354/2022 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin iş hazırki iş ilə eyni mahiyyətli, eyni nəqliyyat vasitəsi ilə eyni satıcıdan çatdırılan mallar üçün qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməsi qaydasının pozulması ilə bağlı olmuşdur. Mallar eyni nəqliyyat vasitəsi ilə gətirilməsinə və eyni bir invoysda göstərilməsinə baxmayaraq səlahiyyətli orqan tərəfindən İXM-də nəzərdə tutulmuş xəta ilə bağlı iki ayrı-ayrı protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Dövlət Gömrük Xidmətinin X1 Sistemindən “malın çatdırılması və boşaldılması”na dair çıxarışdan görünür ki, idxalatçı Şəxs MMC ünvanına göndərilən mallar **********01186 nömrəli nəqliyyat vasitəsi ilə 03.01.2022-ci il tarixdə saat 15:44-də Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur, lakin qısa idxal bəyannaməsi gömrük orqanınlarına təqdim edilməmişdir. İş materiallarında olan 10.01.2022-ci il tarixli raportdan görünür ki, Şəxs MMC ünvanına 19AAT425/19LP984 nömrəli yük avtomobili ilə daxil olmuş yüklər **********4691 saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. İdxalatçı tərəfindən gətirilən mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannamələri təqdim edilmədiyi üçün **********4691 saylı bəyannamənin 40-cı qrafasında qeyd edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.02.2022-ci il tarixli, 3(006)-354/2022 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, inzibati xəta haqqında işə məhkəmə iclasında baxıldığı zaman müəyyən edilmişdir ki, Şəxs ünvanına 03.01.2022-ci il tarixdə saat 15:44-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə Türkiyə Respublikasından 19AAT425/19LP984 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş mallar **********4662 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilsə də, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 24.02.2022-ci il tarixli, 3(006)-354/2022 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bununla da məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə aid eyni fakt üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 3(006)-321/2022 nömrəli qərarı ilə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə aid eyni fakt üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 3(006)-321/2022 nömrəli qərarı ilə inzibati tənbeh tətbiq edildiyinə görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair 19.01.2022-ci il tarixli, EP ******* (00100-0139/22) nömrəli protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-354/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-354/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver