Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3542/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs rəhbəri X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının X6 Bakı şəhər Reklam İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının X6 Bakı şəhər Reklam İdarəsi tərəfindən 17 iyul 2023cü il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 44A ünvanında xx.xx.2023-cü il tarixdə, saat 12:35 radələrində “Dera Restoran” adlı obyektin üzərində İ**********0002 nömrəli icazənin şərtləri pozularaq (müvafiq yayım haqqı məbləği ödənilmədən) açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlər göndərilsə də, tərəf məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 44A ünvanında yerləşən “Dera Restoran” adlı obyektdə 17 iyul 2023-cü il tarixdə İ**********0002 nömrəli icazənin şərtləri pozulması ilə əlaqədar X6 Bakı şəhər Reklam İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, o, müvafiq ödənişi edərək İ**********0002 nömrəli icazənin şərtlərini yerinə yetirmişdir. Lakin X6 Bakı şəhər Reklam İdarəsi tərəfindən onun icazə şərtlərini yerinə yetirməsi nəzərə alınmadan müvafiq protokol tərtib edilmişdir. Hal-hazırda ödəniş tapşırığını məhkəməyə təqdim edərək, Şəxs MMC barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən i**********0002 saylı müvafiq icazə sənədinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 44A ünvanında yerləşən Şəxs adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmişdir. Məhkəməyə təqdim edilmiş 18 iyul 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə dair ödənişlər edilmişdir. Beləliklə, məhkəmənin gedişində rəsmi olaraq ödənişlər olunduğundan, Azərbaycan Respublikasının X6 Bakı şəhər Reklam İdarəsi tərəfindən protokol yazılan dövrü də əhatə edən icazə sənədləri məhkəməyə təqdim edildiyindən məhkəmə o qənaətə gəlir ki, inzibati xəta tərkibi aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 23 fevral 2019-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. Müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3542/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3542/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver