Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3554/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qarayev Fuad Novruzəli oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X8 nümayəndəsi və vəkili X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, DƏMX-nin Bakı şəhər İdarəsi xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı ilə onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsi haqqında qərar çıxarmışdır. DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarını tamamilə qeyri-qanuni və əsassız hesab edir. Belə ki, DƏMX-nin Bakı şəhər İdarəsi həmin qərarı çıxararkən tərəfindən təqdim edilmiş şübutlara heç bir əhəmiyyət verməmiş və buna görə də qeyri-qanuni və əsassız qərar çıxarmaqla onun hüquqlarını kobud şəkildə pozmuşdur. Əvvəla DƏMX-nin Bakı şəhər İdarəsi xx.xx.2022-ci il tarixli MN ******* li qərarını İXM-nin tələblərini pozmaqla çıxarılmışdır. Çünki həmin qərardan inzibati xətanın və onun həmin inzibati xətanı törətməkdə təqsirinin konkret olaraq nədən ibarət olmasını müəyyən etmək mümkün deyil. DƏMX-nin Bakı şəhər İdarəsi X3 haqq-hesabının düzgün hesablanıb ödənilmədiyinə istinad edərək onu İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edərək 700 (yeddi yüz) manat məbləğində cərimə etmişdir. Halbuki həmin şəxsin pulu tam ödənilmişdir. DƏMX-nin Bakı şəhər İdarəsi isə çıxardığı qərarda yalnız işçinin son haqq-hesabının düzgün hesablanıb ödənilmədiyini qeyd etməklə kifayətlənmişdir. Lakin qeyd edilən pozuntunun mahiyyəti və nədən ibarət olması barədə heç bir məlumat verilməmişdir. Bununla da DƏMX-nin Bakı şəhər İdarəsi həm İXM-nin tələblərini həm də onun hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, DƏMX-nin Bakı şəhər İdarəsinin törədilməsinə istinad etdiyi inzibati xəta pozuntusu direktoru olduğu "xxxx" MMC ilə bağlıdır. "xxxx" MMC-nin həmin dövrdəki faktiki ünvanı, yəni fəaliyyət göstərdiyi ünvan ünvan 1in Bakı şəhər İdarəsi törədilməsinə istinad etdiyi inzibati xətanın törədilmə yerinin "xxxx" MMC-nin ofisi, yəni Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi, ev 30A olmasını baxımından inzibati xətanın törədilmə yeri kimi o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 3(010)- 137/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanının ünvan 2rək işi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 3(006)- 1785/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə heç bir əsas göstərmədən inzibati qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılmasını əsas gətirərək şikayəti geri qaytarmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, DƏMX-nin Bakı Şəhər İdarəsi xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı poçt vasitəsi ilə ona göndərilmiş və xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. O, isə həmin qərardan xx.xx.2023-cü il tarixində Bakı səhəri Suraxanı Rayon Məhkəməsinə şikavət vermişdir. Bakı səhəri Suraxanı Rayon Məhkəməsi 3(010)-137/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə işin baxılmasını istisna edən halların mövcud olmamasına, şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsinə, işin icraatını rədd edən halların mövcud olmamasına istinad edərək işi baxılması üçün icraata qəbul etmişdir. İş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə aidiyyəti qaydalarına əməl edilməsi məqsədi ilə göndərilmişdir. Buna görə də hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 3(006)-1785/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə onun məhkəmə müdafiəsi hüququnu pozmuşdur. O isə qanunvericiliklə müəyyən edilmiş şikayət müddətini buraxmamışdır. Buna görə də şikayəti icraata qəbul edilərək baxılmalıdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X8 nümayəndəsi və vəkili X11 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı ilə X12 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 15 dekabr 2022-ci il tarixli qərarı ləğv olunmuş, X12 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X2 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, X5 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X12 tərəfindən X9 əmək müqaviləsinə xitam verərkən son haqq-hesab vaxtında ödənilməmiş və işlədiyi müddət ərzində normal əmək və istirahət rejiminə riayət edilməmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu, yəni son haqq-hesabının düzgün hesablanıb ödənilməmişdir. Nəticədə, X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, "xxxx" ММC tərəfindən X9 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz ərizəsi əsasında 30 sentyabr 2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi faktı müəyyən edilməlidir. Lakin, X10 inzibati araşdırma apararkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almadan, işçinin son haqq-hesabının düzgün hesablanıb ödənilmədiyini təsdiq edən sübutlar müəyyən edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXMninhansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin quruma qaytarılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3554/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3554/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver