Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3556/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Laçın rayonu, Hacıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Hacıxanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 26 sentyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May və Puşkin küçələrinin kəsişməsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X2 verdiyi izahatında bildirdi ki, 26 sentyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində yol-patrul xidməti polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Bakı şəhəri, Nəsimi rayonu, 28 May və Puşkin küçələrinin kəsişməsində “Changan” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və avtomobili idarə edən Şəxs avtomobili telefon istifadə edərək sürməsi bildirilməklə sənədlərini təqdim etməsini tələb etmişlər. Lakin həmin vaxt Şəxs sənədlərini təqdim etməkdən imtina etmişdir. Bundan sonra, yol-patrul xidməti polis əməkdaşları həmin şəxsə avtomobilin duracağa yerləşdiriləcəyi barədə xəbərdarlıq etsələr də, Şəxs avtomobilinə əyləşərək tabesizlik göstərməklə ərazidən uzaqlaşmaq istəmişdir. Lakin yol-patrul xidməti polis əməkdaşları həmin şəxsi saxlayaraq Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təhvil vermişlər. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polis qüvvələrinin köməkliyi ilə polis bölməsinə gətirilmiş və tərəfindən Şəxs barəsində inzibati xəta haqqında prorokol tərtib olunaraq aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, o, 26 sentyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May və Puşkin küçələrinin kəsişməsində “Changan” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-patrul xidməti polis əməkdaşları tərəfindən saxlanılmış və ona sənədlərini təqdim etməsi tələb edilmişdir. O, sürücülük vəsiqəsini polisə təqdim etmiş, lakin avtomobili idarə etmək üçün yol vərəqini təqdim edə bilməmişdir. Buna səbəb idarə etdiyi avtomobilin şirkətə məxsus olması və yol vərəqinin hal-hazırda ofisdə olduğu, gec saatları olduğu üçün təqdim edə bilməməsi olmuşdur. Yol-patrul xidməti polis əməkdaşları ona mütləq həmin sənədi təqdim etməsini tələb etmiş, əks təqdirdə avtomobilin duracağı aparılacağı bildirilmişdir. Bundan sonra onunla polis əməkdaşları arasında mübahisə yaranmış və o, avtomobilini sürərək uzaqlaşmaq istədikdə polis əməkdaşları onu zor tətbiq etməklə saxlamış və Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə aparmışlar. Halbuki, onun polis əməkdaşlarına qarşı müqavimət göstərmək və onların qanuni tələblərinə tabe olmamaq niyyəti olmamışdır. Onun polis şöbəsinə aparıldıqdan sonra izahatı alınmış və barəsində inzbati xəta haqqında protokol tərtib edilmişdir. İzahatının sonunda heç bir təqsirinin olmamasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin X4 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru Rza-zadə Təbriz Şahin oğlu verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 26 sentyabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «28 May və Puşkin küçələrinin kəsişməsində “Changan” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən srücünün telefondan istifadə etməsini müşahidə etdikdən sonra dərhal həmin şəxsin avtomobili saxlanılmış və sürücüyə sənədlərini təqdim etməsi xahiş edilmişdir. Lakin, sonradan şəxsiyyəti tam olaraq məlum olan Şəxs onlara sənədlərini təqdim etməkdən imtina etmişdir. Həmin şəxsdən yol vərəqəsini təqdim etməsi tələb edilsə də, Şəxs müddətin bildiyini bildirmişdir. Daha sonra o, evakuator gətirərək avtomobilin duracağa aparılmasını təmin etmək istədə də, Şəxs avtomobili sürərək ərazidən uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşlarının birlikdə səyi nəticəsində Şəxs idarə etdiyi avtomobil saxlanılmış və sürücü Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan 27 sentyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 sentyabr 2022-ci il tarixdə, saat 01:00 radələrində inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3556/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3556/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver