Məhkəmə qərarları › İş №3(006)-3558/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3558/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3558/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı və xx.xx.2025-ci il tarixli, AYN ******* inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı və xx.xx.2025-ci il tarixli, AYN ******* inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdə keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı və xx.xx.2025-ci il tarixli, AYN ******* inzibati tənbeh vermə haqqında qərar X1 barəsində tərtib edilmiş, lakin həmin qərardan şikayəti X4 vermişdir. Göründüyü kimi, X4 şikayətlə məhkəməyə müraciət edərkən imza etmə səlahiyyəti olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmçinin, iş materiallarından müəyyən edilir ki, eyni vaxtda törədilmiş inzibati xətalara görə X1 barəsində ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar əsasında ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, eyni vaxtda törədilmiş iki müxtəlif inzibati xətaya görə (346-1.1-ci maddəsi üzrə) X1 barəsində tərtib edilmiş iki inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş iki inzibati tənbeh vermə haqqında qərardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol və qərar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 16 may 2025-ci il və 17 may 2025ci il tarixlərdə törədilmiş bir neçə inzibati xətalara görə X1 barəsində tərtib edilmiş, inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətə bir icraatda baxılması qeyri-mümkün olduğundan, həmçinin şikayət imza səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı və xx.xx.2025-ci il tarixli, AYN ******* inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar