Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3559/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu tərtib etmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6 oğlunun Barəsində icraat aparılan hüquqi şəxs: Şəxs MMC-nin vəkili X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 03, mənzil 15; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi üzrə tərtib olunmuş 16.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən ofisində lisenziya olmadan surətli poçt çatdırılma xidmətini həyata keçirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib edilmiş qurumun nümayəndəsi X3 izahatında bildirdi ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə keçirilmiş operativ vergi yoxlaması nəticəsində 16.11.2021ci il tarixdə Şəxs MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən “ontime.az” adlı ofisində lisenziya olmadan surətli poçt çatdırılma xidmətinin göstərilməsi faktı aşkar edilmişdir. Belə ki, şirkətin fəaliyyəti ilə bağlı lisenziyası olsa da, icazədə göstərilən fəaliyyət ərazi baxımından hüquqi ünvanından başqa bir obyektə həyata keçirilir və bu ünvanın obyekt kodu mövcud deyil. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X2 izahat verərək bildirdi ki, Şəxs MMC-nin fəaliyyət ilə bağlı lisenziyası mövcuddur, surətli poç xidməti ilə bağlı fəaliyyəti 21.07.2021-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən “ontime.az” adlı ofisində həyata keçirilir. Bu ünvanda faəliyyət göstərdiyi müddət ərzində əldə olunan gəlir 300 manat təşkil edir. Lakin şirkətin lisenziyasına həmin obyektdə fəaliyyət göstərməsinə dair hər hansı əlavəsi yoxdur, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində də belə bir əlavəyə dair hər hansı tələb qeyd olunmayıb. İş materiallarında olan: - 16.11.2021-ci il tarixli, DVX 000081 saylı Akta görə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanda yerləşən “ontime.az” adlı ofisdə Şəxs MMC tərəfindən surətli poçt çatdırılma xidmətinin həyata keçirildiyi aşkar olunmuşdur; - 24.10.2016-cı il tarixli, İN/L-2040/2016 saylı xüsusi lisenziyanın sürətinə əsasən Şəxs MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 03, mənzil 15də sürətli poçt xidmətinin göstərilməsinə icazə verilir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa görə: lisenziya və icazə sistemi – lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısının müəyyən edilməsi, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi, şərtlərinə riayət olunmasına nəzarətlə bağlı prosedurların məcmusudur (1.0.5-ci maddə); lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, lisenziya və icazə şərtlərinin siyahısı, onları müəyyən edən hüquqi aktlar (o cümlədən, texniki normativ hüquqi aktlar), lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydaları, lisenziya və icazə verən orqan tərəfindən qəbul olunan inzibati aktlardan şikayət verilməsi qaydası, lisenziya və icazə verən orqanın səlahiyyətlərini əks etdirən məlumatlar, lisenziyalara və icazələrə dair hüquqi aktların tətbiqinə dair verilən izahatlar, tez-tez verilən suallara cavablar, habelə sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edə biləcək məlumatlar lisenziya və icazə verən orqanların internet saytlarında yerləşdirilməli və “Lisenziyalar və icazələr” portalında yerləşdirmək üçün səlahiyyətli orqana göndərilməlidir. Həmin məlumatlarda dəyişikliklər baş verdikcə, onlar yenilənməlidir (12.2-ci maddə); lisenziyada göstərilən fəaliyyət növü və icazədə göstərilən hərəkət ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi (icra edildiyi) halda lisenziyanın (icazənin) əlavəsi verilir (19.14.1-ci maddə); lisenziya (icazə) verildikdən sonra lisenziyanın (icazənin) sahibi lisenziyada (icazədə) göstərilən fəaliyyət növünü (hərəkəti) başqa obyektlərdə də həyata keçirmək üçün lisenziyanın (icazənin) əlavəsinin, lisenziyanın əlavəsində göstərilməyən fəaliyyət növləri, iş və xidmətlər ilə məşğul olmaq üçün lisenziyanın əlavəsinin alınması ilə bağlı lisenziya və icazə verən orqana ərizə ilə müraciət edə bilər (19.16-cı maddə). Göründüyü kimi, qanunvericiliyə əsasən lisenziyada göstərilən fəaliyyət növü və icazədə göstərilən hərəkət ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi (icra edildiyi) halda lisenziyanın (icazənin) əlavəsi verilməlidir. Lisenziyanın əlavəsi də lisenziya prosedurlarının məcmusuna daxildir. Hazırki işdən aydın olur ki, Şəxs MMC Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 03, mənzil 15-də sürətli poçt xidmətinin göstərilməsinə lisenziya alsa da, həmin fəaliyyətin Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında göstərilməsinə dair lisenziyaya əlavə almayaraq xidmət göstərib 300 manat məbləğində gəlir əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli - 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3559/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3559/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver