Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-356/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 01:35-də Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbduov küçəsində “Hyundai Sonata” minik markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi N.Ə.Abbasov inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixdə dostu R.A.Altıxanov ilə yol gedərkən polis əməkdaşları onları saxlamış, həmin vaxt içkili olsa da nəqliyyat vasitəsini idarə etməmişdir. Belə ki, həmin halları təsdiq edəcək şəhər kameraları var, həmin görüntülərdə onun nəqliyyat vasitəsini idarə etmədiyini müşahidə etmək olar. Lakin buna baxmayaraq polis əməkdaşları həmin video görüntülərini təqdim etməmişlər. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti inspektoru X2 izahatında göstərmişdir ki, postda xidmətdə olarkən R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsində, gecə saat 12 radələrində postda yaxın avtomobil saxlanılmış, avtomobildə olan şəxslər düşmüş, Şəxs yanında 120 kq çəkidə 2 adam olmuş, həmin adam ona əvvəl maşını sürdüyünü, əvvəlcə yerlərini dəyişəcəklərini daha sonra üstləri batmasın deyə dəyimədiklərini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın yol patrul xidməti inspektoru X4 izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə karantin postunda xidmətdə olduqları zaman “Hyundai Sonata” minik markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün onları görüb maşını saxlamış, həmin vaxt maşında olan şəxslər yerdəyişmə etmək istəmiş və həmin şəxslər sonra maşından düşmüşlər. Daha sonra onlar həmin şəxslərə yaxınlaşaraq sonuncuların sərxoş olub-olmamasını müəyyən etmək məqsədilə onları müayinə etmiş, Şəxs sərxoş olduğu aşkar edilmiş və sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə R.Behbudov küçəsində post var idi. Elçin içkili olduğuna görə maşını o özü sürmüş və həmin vaxt sms icazə götürmüşdür. Posta çatanda maşını sms icazənin gəlməsi üçün saxlamışdır. Daha sonra bunu görən çevik alayının əməkdaşları onlara yaxınlaşaraq sənədlərin təqdim edilməsini tələb etmiş, sonra YPX əməkdaşı da gəlib Elçini analiz üçün aparmışdır. Bundan başqa o, bildirmişdir ki, maşının içərisində yerdəyişmə olmamış, heç buna cəhd də etməmişlər. Sadəcə sms icazənin olmamasına görə narahat olmuşlar, icazənin gəlməsini gözləyərək posta yaxınlaşmamışlar. Həmçinin bildirmişdir ki, polis əməkdaşı Elçinin içkili olub-olmamasını yoxladıqdan sonra onu maşına əyləşdirib maşını kənara çəkməsini bildirib. Bundan başqa, xx xxxxxx 2021-ci il tarixdə maşını onun sürməsini təsdiq edəcək şəhər kamera görüntüləri də var. Məhkəmə proses iştirakçısılarını və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri BPİ-nin DYPİ-nə geri qaytarılmalıdır. Belə ki, əvvəla, toplanmış material üzrə natamam araşdırma aparılmış, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında qeyd etdiyi hallara qiymət verilməmiş, inzibati xəta hadisəsinin baş verməsi anını qeydə almış videogörüntünün olub-olmaması müəyyənləşdirilməmiş məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol müdafiə edən şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri BPİ-nin DYPİ-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-356/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-356/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver