Məhkəmə qərarları › İş №3(006)-3560/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3560/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3560/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin tərtib etmiş şəxs: X8 Şöbəsinin yol-patrul xidməti inspektoru Cəfərzadə Elturan Pirverdi oğlunun Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi, döngə 02, ev 02-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində “BMW 330İ” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində “BMW 330İ” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Hadisədən sonra aparılmış tibbi müayinənin nəticəsinə X1 analizində THC (+), yəni marixuana aşkar edilmişdir. xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cəlilov X6 Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş və ona törətdiyi xətaya müvafiq olaraq 02 bal təyin edilmişdir. Bununla da həmin Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə onun tərəfindən bir il ərzində 21 bal toplandığından İnzibati Xətalar Məcəlləsinin 27.4-cü maddəsinin tələbinə əsasən onun barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Lakin Şəxs sürücülük vəsiqəsini bügünədək təqdim etmədiyindən bu tənbehin icra müddəti başlanılmamışdır. Qeyd olunanları nəzərə alaraq onun məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nizami küçəsində “BMW 330İ” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, avtomobili etibarnamə və idarə etmək hüququ olmadan idarə etdiyi üçün polis əməkdaşları onun avtomobilini cərimə meydançasına aparmışlar. Daha sonra o, analiz vermək üçün narkoloji dispanserə aparılmışdır. O, bir daha belə hərəkətlərə yol verməyəcək. İş materiallarında olan: • xx.xx.2024-cü il tarixli, 1/876 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”na əsasən Şəxs sidik analizində THC (+) aşkar edilmişdir; • xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəlləyə əsasən: • Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); • İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (9.1-ci maddə); • Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (31.2-ci maddə). Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən, saat 17:25-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar