Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3561/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhərii Nəsimi Rayon Məhkəməsinə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(006)-3563/2023 saylı, 3(006)-3562/2023 saylı və 3(006)- 3561/2023 saylı materiallar daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ünvanlanmış olduğu ərizəsinə uyğun izahat verərək göstərdi ki, "xxxx" MMCnin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 3(006)-3561/2023, 3(006)-3562/2023 və 3(006)- 3563/2023 saylı inzibati xəta haqqında materiallar məhkəminin icraatındadır. Məlumat üçün bildirir ki, buna qədər də DGK Bakı Baş Gömrük İdarəsi eyni xüsusatlar üzrə inzibati xəta haqqında protokollar tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Nəsimi rayon Məhkəməsinin 3(006)-2566/2023, 3(006)-2568/2023 və 3(006)-2569/2023 saylı inzibati xəta haqqında işlər üzrə xx.xx.2023-cü il tarixli qərardadlarla ”Şərq Kimya Şirkəti-Bakı” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01215/23) saylı; xx.xx.2023-cü il tarixli, 00100- 01213/23 (EP № 0079117) saylı və xx.xx.2023-cü il tarixli, 00100-01215/23 (EP № 0079121) saylı inzibati xəta haqqında protokollar ona əlavə edilmiş sənədlərlə birlikdə DGK Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmışdır. Hər üç qərardadın qəbul edilməsi üçün əsas ondan ibarət olmuşdur ki, "xxxx" MMC-nin barəsində İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar bir icraatda baxılmalıdır, lakin üç ayrı müxtəlif protokol tərtib edilmişdir və bu natamamlıqlan işə baxılarkən tamamlamaq mümkün deyil, ona görə protokollar və sənədlər DGK Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmışdır. Lakin göründüyü kimi DGK Bakı Baş Gömrük İdarəsi, qeyd edilən çatışmazlıqları və natamamlıqlan aradan qaldırmadan, yenidən "xxxx" MMC-nin barəsində bir inzibati xətaya görə üç ayrı-ayrı inzibati xəta haqqında protokol tərtib edərək, yenidən baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsində deyilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eyni Məcəllənin 34.4-cü maddəsinə görə şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1,28.3, 29.3 və 30.l-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair’* Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunur ki. şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı- ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Qeyd edilən Qərarda mövqeyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, protokollar və materiallar səlahiyyəti olan şəxs tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir, işə baxılmasının təxirə salınması, iş barəsində zəruri olan əlavə materialların tələb edilməsi və ekspertizanın təyin edilməsi üçun əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 38 və 39-cu maddələrində nəzərdə tutulan hallar mövcud deyildir. Azərbaycan Respublikasımn İXM-nin 34.2-ci maddəsinə əsasən "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(006)-3563/2023 saylı, 3(006)-3562/2023 saylı və 3(006)-3561/2023 saylı işlər birləşdirilməli və qeyd olunan inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur.” Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(006)-3563/2023 saylı və 3(006)-3561/2023 saylı işlər saylı işlər icraatda olan 3(006)-3563/2023 saylı iş nömrəsi altında birləşdirilsin. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3561/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3561/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver