Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3569/2023 16.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, Azərbaycan Respublikasının İXM-nin 114 və 115-ci maddələrinə əsasən göstərilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarla ona "xxxx" MMC-nin direktoru olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat inzibati cərimə növü tətbiq edilmişdir. Qərara əsasən guya X1 "xxxx" MMC-yə məxsus mühafizə köşkündə xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minənədək işlərin (xidmətlərin) yerinə yetirilməklə cəlb olunduğu müəyyən edilmişdir. Bununla da guya o, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərarın qəbul edilməsinə əsas kimi prokurorun xx.xx.2023-cü il tarixli 18-k-23 saylı qərarına əsasən inzibati xəta haqqında materialların araşdırılması qeyd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məlumat üçün bildirir ki, Nəsimi rayon prokurorluğunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı qəbul edilmiş xx.xx.2023-cü il tarixli Qərarına xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Məhkəməsində baxılmış və məhkəmə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsasən 20000 manat məbləğində cərimə təyin edilmişdir. Qeyd edilən qərar elektron məşkəmə vasitəsilə onlara xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və ondan apelllyasiya qaydasında şikayət verilmişdir. Qeyd edir ki, MMC-nin 20000 manat məbləiğində cərimələnməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvəsini almamış, onu rəsmi qaydada alandan sonra apellyasiya qaydasında mübahisələndirmişlər və həmin qərar apellyasiya icraatı qaydasında ləğv edildiyi təqdirdə MN ******* saylı, 2306.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı heç bir hüquqi əhəmiyyət kəsb etməyəcəkdir. Həmçinin, hesab edir ki, eyni norma ilə həm rəhbəri olduğu MMC-nin, həm də onun MMC-nin rəhbəri kimi cərimələnmələri də qanuni sayıla bilməz. Hər bir halda MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilənlərin heç bir hüquqi əsası yoxdur və bunu həmin qərarın qəbul edilməsinə əsas olmuş Nəsimi rayon prokurorluğunun qeyd edilən qərarından verdiklər etirazın məzmunu tam təsdiq edir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 nümayəndəsi və vəkili X11 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilən orqanın nümayəndəsi X8 bildirmişdir ki, 21 fevral 2023-cü il tarixdə X2 ünvan 1 ünvanında naməlum səbəbdən vəfat etməsi barədə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna məlumat daxil olmuşdur. Araşdırma zamanı izahatı alınmış X4 bildirmişdir ki, İlqar Abdullayevi təxminən 3-4 ay olar ki, tanımışdır. İlqar həyətdə fəhlə işləmişdir. İlqarın vəfat etdiyi mühafizə köşkü həmin ərazidə söküntünü həyata keçirən şirkətin rəhbər şəxslərinin göstərişi ilə istifadə olunmuş, İlqar da həmin şirkətdə fəhlə işləmiş, bəzi hallarda isə şirkətin əmlakının mühafizəsi İlqara tapşırılmış, mühafizəni Mirqasımov 4 ünvanında yerləşən mühafizə köşkündə həyata keçirmişdir. Qeyd olunanlar nəzərə alınmaqla Nəsimi rayon prokuroru tərəfindən 01 iyun 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Qərar qəbul edilməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında icraat başlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Buradan da görünür ki, hüquqi şəxsin və vəzifəli şəxsin əməlində inzibati xəta öz təsdiqi tapmışdır. Göstərilənlərin nəzərə alınaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərardan görünür ki, X2 "xxxx" MMC-yə məxsus mühafizə köşkündə xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi üçün X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 4000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərarın baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayətçi X7 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X3 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3569/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3569/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver