Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3572/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Şikayət vermiş şəxs: X3 iştirakları ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 01 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə "xxxx" QSC-nin qida təhlükəsizliyi üzrə məsləhətçisi kimi o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 manat cərimə olunmuşdur. Həmin qərardan verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 3(006)-2359/2022 saylı qərarı ilə qismən təmin edilmiş, sözügedən qərar ləğv edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilmişdir. Bakı Regional Bölmənin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, yenidən həmin maddə ilə 900 manat cərimə olunmuşdur. Bu qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2022-ci il tarixli, KY ********* nömrəli çıxarış və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli, YPK/0207-22 nömrəli qərarına əsasən "xxxx" QSC-nin ünvan 1 ünvanda yerləşən mağazasında plandankənar yoxlama keçirilmiş və yoxlamanın nəticəsi üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçisi X8 tərəfindən "xxxx" QSC-nin qida təhlükəsizliyi üzrə məsləhətçisi kimi guya onun İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə 23 iyun 2022-ci il tarixdə qanunsuz və əsassız olaraq MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yoxlama zamanı guya müəyyən edilmişdir ki, mağazada süd məhsulları saxlanılan soyuducuda məhsulların saxlama temperaturuna riayət olunmur. Belə ki, qanunda pendirlər və digər məhsullar +2°C+6°C temperaturda saxlanmalı olduğu halda, məhsullar +8,2°C+8,4°C temperaturda saxlanılır, məhsulların saxlandığı soyuducu “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna uyğun olaraq yoxlamadan keçməsinə dair sənədlər təqdim edilmir. X8 özü ilə gətirdiyi xüsusi texniki vasitə ilə soyuducuda temperatur rejimini ölçmüş və temperaturun +8,2°C+8,4°C olduğunu bildirmişdir. O isə K.Manafovdan soyuducuda temperatur rejimini ölçməmişdən əvvəl özü ilə gətirdiyi xüsusi texniki vasitənin göstəriciləri, tipi, markası, modeli, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları tələb etmişdir. K.Manafov ona xüsusi texniki vasitə barədə heç bir məlumat verməmiş və İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələri ilə barəsində tərtib etdiyi 23 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolda İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq istifadə etdiyi xüsusi texniki vasitə barəsində heç bir məlumat göstərməmişdir. Əslində isə yoxlama zamanı soyuducunun temperatur göstəricisi +3,4°C olmuşdur. Bu barədə tərəfindən həmin protokolda xüsusi qeyd edilmişdir. Azərbaycan Respublikasının qüvvədə olan qanunları və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktları ilə pendirin +2°C+6°C temperaturda saxlanılması qaydası müəyyən edilməmişdir. Həmçinin "xxxx" MMC tərəfindən verilmiş №1508/7-2022, №1509/7-2022, №1510/7-2022, №1511/7-2022, №1512/7-2022, №1513/7-2022, №1514/7-2022 nömrəli Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamə”lərdən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin ünvan 1 ünvanda fəaliyyət göstərən mağazasında istifadə edilən soyuduculardakı elektron termometrlər yoxlamadan keçirilmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X5 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 23 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunur ki, "xxxx" QSC-nin ünvan 1 ünvanda yerləşən mağazasında süd məhsullarının saxlanılan soyuducuda məhsulların saxlanılmasına və temperatur rejiminə əməl edilməmişdir. Belə ki, qanunda pendirlər və digər məhsullar +2°C+6°C temperaturda saxlanmalı olduğu halda, belə məhsullar +8,2°C+8,4°C temperaturda saxlanılır, məhsulların saxlandığı soyuducu “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna uyğun olaraq yoxlamadan keçməsinə dair sənədlər təqdim edilmir. Bununla da QSC-nin qida təhlükəsizliyi üzrə məsləhətçisi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. X1 tərəfindən verilmiş qeyddə soyuducunun göstəricisinin +3,4°C olduğu bildirilir, habelə istifadə olunmuş xüsusi texniki vasitənin göstəriciləri, tipi, markası, modeli, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatların göstərilmədiyi vurğulanır; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 3(006)-2359/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 23 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilmişdir. Bu qərarda göstərilmişdir ki, həmin protokol və qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş normalara əməl edilməmiş, protokol tərtib edilərkən xüsusi texniki vasitədən istifadə edilən zaman onun tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt barədə məlumatların təqdim edilməsi qanunvericiliklə müəyyən edilsə də, onlar yoxlanılan şəxsə təqdim olunmamış, növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar protokolda qeyd aparılmamış, bununla da Məcəllənin 100.1.8-ci maddəsinin tələbləri pozulmuşdur; - X5 tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə məsələyə dair etiraz məktubu göndərilmiş və bu sənəd qurum tərəfindən xx.xx.2022-ci il tarixli, 4832 saylı nömrə ilə qeydiyyata alınmışdır; - "xxxx" MMC tərəfindən verilmiş “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 1508/7- 2022, 1509/7-2022, 1510/7-2022, 1511/7-2022, 1512/7-2022, 1513/7-2022 və 1514/7- 2022 şəhadətnamələrə əsasən "xxxx" QSC-nin ünvan 1 ünvanda yerləşən obyektində olan EW 961 və TA 298 tipli elektron termometrlər xx.xx.2022-ci il tarixdə yoxlamadan keçmişlər; - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilir ki, "xxxx" QSC-nin ünvan 1 ünvanda yerləşən mağazasında süd məhsullarının satışı zamanı temperatur rejiminə əməl edilməmiş, +2°C+6°C temperaturda saxlanılmalı olan məhsullar +8,2°C+8,4°C temperaturda saxlanılmış, məhsulların saxlanılmasında istifadə olunan soyuducu “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna uyğun olaraq yoxlamadan keçməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törədilmiş və buna görə X5 həmin Məcəllənin 444.1-ci maddəsi üzrə təqsirli bilinərək 900 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Çünki, məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" QSC-nin ünvan 1 ünvanda yerləşən mağazasında süd məhsullarının satışı zamanı temperatur rejiminə əməl edilmədiyinə, +2°C+6°C temperaturda saxlanılmalı olan məhsullar +8,2°C+8,4°C temperaturda saxlanıldığına və məhsulların saxlanılmasında istifadə olunan soyuducunun “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna uyğun olaraq yoxlamadan keçməməsinə görə QSC-nin qida təhlükəsizliyi üzrə məsləhətçisi X2 Xətalar Məcəlləsinin 444.1-ci maddəsi üzrə təqsirli bilinərək 900 manat məbləğində cərimə edilmişdir. Lakin, bu qərar qəbul edilərkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 3(006)-2359/2022 saylı qərarında qeyd olunanlara əməl edilməmiş, habelə "xxxx" QSCnin həmin obyektinə dair verilmiş “Ölçmə vasitələrinin yoxlanılması haqqında” 1508/7- 2022, 1509/7-2022, 1510/7-2022, 1511/7-2022, 1512/7-2022, 1513/7-2022 və 1514/7- 2022 şəhadətnamələrə qiymət verilməmişdir. Bununla da aydın olur ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən X3 şikayəti əsasında aparılan inzibati xəta haqqında iş üzrə bütün faktiki hallar tam və hərtərəfli araşdırılmalı, o cümlədən mövcud olan məhkəmə qərarı da nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); - İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); - İnzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir (100.1.8-ci maddə); - İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat,o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3572/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3572/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver