Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3572/2024 29.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X1 iştirakları ilə X1 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şikayətdə göstərilir ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Azadlıq prospektində “Toyota Prius” markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman polis əməkdaşı onu saxlamış və qarşıdakı avtomobilə yol vermədiyini deyərək qayda pozduğunu söyləmişdir. O isə belə bir halın olmadığını və qayda pozmadığını bildirmiş, hadisə yerində olan kameralara baxılmasını istəmişdir. Polis əməkdaşı gedəndən sonra telefonuna 80 manat cərimə olunduğu barədə məlumat gəlmişdir. Bu səbəbdən də Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati təbeh vermə qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, hadisə Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş vermiş və işin baxılması üçün bu məhkməyə göndərilməsi ona aydın deyil. İşin baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarından şikayət olunan qurumun nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə iclasında şikayətçi hadisənin Bakı şəhəri, Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verdiyini bildirmişdir. Müvafiq portaldan əldə olunmuş elektron xəritəyə görə həmin ərazi Binəqədi rayonuna aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129 və 114-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati təbeh vermə qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3572/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3572/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver