Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3584/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, Şəxs ASC (hüquqi ünvanı: ünvan 1 A, məhəllə 657, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs ASC mülkiyyətində olan «MERCEDES BENZ S350 Minik» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, şirkətin mülkiyyətində olan «MERCEDES BENZ S350 Minik» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə inzibati xətanı törətmiş sürücü barəsində məlumatın verilməsinə dair sorğu şirkətə təqdim olunmamışdır. Sorğunun çatdırılması barədə poçt qəbzində olan “Qasımova” adlı soyadın və imzanın kimə məxsus olması aydın deyil, çünki şirkətdə belə bir şəxs işləmir. Bankın ləğv prosesində olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin məktubu və müvafiq poçt qəbzindən görünür ki, Şəxs ASC-dən cəmiyyətə məxsus «MERCEDES BENZ S350 Minik» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuş, bununla bağlı göndərilmiş məktubun xx.xx.2020-ci il tarixdə “Qasımova” soyadlı şəxsin qəbul etməsi qeyd olunur. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Qeyd olunan Məcəllənin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut da təqdim olunmamışdır. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov İş № 3(006)-3584/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş materiala xx xxxxxx 2020-ci il tarixdə, Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 16:10-da açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Azərbaycan Respublikasının inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi barədə Şəxs Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin fikrini soruşur . Şəxs Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi: - İşə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmirəm. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Şəxs Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş materiala inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılsın. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi: X2 – xx.xx.1979-cu ildə Qazaxstan Respublikası, Çimkent şəhərində anadan olmuş, ali təhsilli, ünvan 2 m.78 ünvanında yaşayan. (etibarnamə iş materiallarına əlavə edilmişdir). Sədrlik edən hakimi və katibi elan edir. Hakim Hüseynov Elməddin Mirpaşa oğlu. Məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızı. Sədrlik edən proses iştirakçısından hakimə və məhkəmə iclas katibinə etirazın olubolmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinə Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edənin s/c olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən proses iştirakçısından başqa əlavə və vəsatətinin olub-olmamasını soruşur. Əlavə və vəsatət daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinə izahat vermək üçün söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti nümayəndəsi Zümrüd Alıevanın izahatı: -Möhtərəm hakim, Bildirirəm ki, şirkətin mülkiyyətində olan “MERCEDES BENZ S350 Minik» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə inzibati xətanı törətmiş sürücü barəsində məlumatın verilməsinə dair sorğu şirkətə təqdim olunmamışdır. Sorğunun çatdırılması barədə poçt qəbzində olan “Qasımova” adlı soyadın və imzanın kimə məxsus olması aydın deyil, çünki şirkətdə belə bir şəxs işləmir. Bankın ləğv prosesində olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edənin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə sualına cavab - Xeyr, poçt qəbzində olan imza kimə məxsus olması aydın deyil, şirkətdə belə bir şəxs işləmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə əlavə suallar daxil olmadı. Sədrlik edən işdə olan sənədləri elan edir və elan olunmuş sənədlərə qarşı proses iştirakçısından etirazının olub – olmamasını soruşur. Elan olunmuş sənədlərə qarşı etiraz olmadı. Çıxış üçün tərəfə söz verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs : Möhtərəm hakim, işin icraatına xitam verilməsini məhkəmədən xahiş edirəm. Çıxışlar başa çatdı. Sədrlik edən iş materiallarını nəzərdən keçirib müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №3(006)-3584/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3584/2020
23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver