Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3586/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında tanışı B.Ə.Bəkirova məxsus “Honor X9a” markalı mobil telefonu danışmaq adı ilə alaraq oradan uzaqlaşmış və həmin telefonu dələduzluqla ələ keçirmişdir. Qeyd edilən fakta bağlı zərərçəkmiş şəxs B.Ə.Bəkirov Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmiş, həmin müraciət əsasında Nəsimi RPİ-nin 19-cu PŞ-də müvafiq araşdırma aparılmış və şöbənin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən naməlum şəxsin müəyyən edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın Nəsimi RPİ-nin 19-cu PŞ-nin aidiyyəti əməkdaşına təqdim edilmişdir. Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru M.A.Rzazadə həmin qərar əsasında müvafiq inzibati araşdırma apararaq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru M.A.Rzazadə tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlli törətdiyini etiraf edərək bildirmişdir ki, telefonu satdığı şəxsi polis əməkdaşlarına təqdim etmiş, həmin şəxs ondan həmin telefonu şəxsiyyət vəsiqəsini olmadan almış, həmin şəxsin polis bölməsinə gəldikdən sonra oradan getməsini, əməlindən peşman olmasını və ona görə də barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs B.Ə.Bəkirov izahatında bildirmişdir ki, o, oğurlanmış telefonu kreditnər 700 manata, hər ayda 90 manat ödəməklə almışdır. Birinci ayın ödənişini etmiş, lakin digər 11 ayın ödənişi qalmışdır. Hal-hazırda Şəxs şikayətçidir və sonuncunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında B.Ə.Bəkirova məxsus “Honor X9a” markalı mobil telefonun talanması əməlində cinayət əlamətləri olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və iş üzrə materiallar Nəsimi rayon prokuroruna göndərilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş materiallara əsasən hazırki iş üzrə törədilmiş əməl nəticəsində zərərçəkmiş şəxsə 100 manatdan yuxarı (konkret olaraq 700 manat) məbləğdə ziyan vurulmuşdur. Bundan başqa məhkəmə hesab edir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru M.A.Rzazadə tərəfindən həmin əmlakın dəyəri müəyyənləşdirilməmiş, həmçinin barəsində inzibati xəta törədən şəxs telefonu satdığı şəxsi polis əməkdaşlarına təqdim etməsinə və həmin şəxsin Şəxs hansı səbəbdən telefonu şəxsiyyət vəsiqəsini olmadan almasına dair araşdırılma aparılmamışdır. Göründüyü kimi, törədilmiş əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Maddənin qeydindən göründüyü kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində göstərilmiş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan, 177.2.1-ci maddədə isə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 100 yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Belə bir vəziyyət isə məhkəməyə təqdim edilmiş protokolda göstərilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmasına dəlalət edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğu üçün iş üzrə materiallar Nəsimi Rayon Prokuroruna göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3586/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3586/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver